PROTESTANTİZM

\[lat. protestans – protes, etiraz edən, açıq şəkildə sübut edən\] – pravoslavlıq və katolizmdən sonra xristian-lığın Reformasiya dövründə meydana gəlmiş cərəyanı.
PROSTAVLIQ
PSİXİKA
OBASTAN VİKİ
Protestantizm
Protestantlıq (latınca: protestans - etiraz edən) — pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri. Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındır. Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlamışdılar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi.

Digər lüğətlərdə

гиперборе́йка ма́тчевый ни́зменность оливи́н отягча́ть подо́нок автострои́тель вызу́бриваться нару́жу па́жеский сла́нцевый Днепр нирал armada crotchet East India Company endlessness half-mourning model tank neon statue лежать машиностроение поплыть преисполняться