Pəmbək (Göyçə)
Pəmbək — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Göyçə mahalının Basarkeçər rayonunun Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb, ilk baxışdan qəlblərə əbədi bir xatirə bəxş etmişdir. Kəndin 1953-cü ildə 156 yaşında rəhmətə gedən, yaşlı sakinlərindən biri olan Şahzadə nənə söyləyirdi ki, kəndə altı yaşında olarkən əmisi ilə gəlmişdir. Həmin vaxt kəndin təxminən 35–40 evi, 170–200 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakilsə (indiki Kirovakan) şəhərinin yaxınləğında olan Lori pəmbək kəndinə verilmişdir.
Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir. Kəndin bir adı da Pəmbəkli olmuşdur. Kəndin tarixi qədimdir.