Pəmbək sultanlığı — Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd şahdan fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi (339,600; 145,219-220). Lakin Məhəmməd xanın İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi. İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus olmasını bir daha bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri pozmaq istəməyən İrəvan xanı digər kəndlərin əhalisinin də geri qayıtmasına icazə vermişdi. Qaçqınların geri qayıtması ilə kifayətlənən İ.P.Lazarev mayor Çeqişevin başçılığı ilə tiflis atıcı alayını Pəmbək sultanlığının mərkəzi Qarakilsə kəndində yerləşdirərək geri qayıtdı.
[2] Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine