QIRĞIN

i. 1. slaughter, butchery, carnage; bloodshed; ~ düşmək bax qırılmaq; 2. (heyvanlarda) loss of cattle, cattleplague, murrian

QIRĞIBURUNLUQ
QIRĞINLI
OBASTAN VİKİ
Kütləvi qırğın silahları
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Kütləvi qırğın silahı
Kütləvi qırğın silahı — Kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahlar aiddir. Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir. Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Bağanis-Ayrım qırğını
Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Benzin mişarı ilə Texas qırğını (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Eilabun qırğını
Aylabun qətliamı — 30 oktyabr 1948-ci ildə Hiram əməliyyatı zamanı İsrail ordusundakı Qolani briqadası qüvvələrinin Qalileydə xristianların çoxluq təşkil etdiyi Fələstinli Eilabun kəndindən 14 kişinin ölümü ilə nəticələnən qırğındır. Onlardan 12-si gülləbaran edilərək edam edildi, sonra qırğından sonra kəndlilər bir neçə aydan sonra Livana qayıtmağa icazə verilmədən kütləvi surətdə deportasiya edildi. Bu, sakinlərinin geri qayıtmasına icazə verilən bir neçə Fələstin kəndlərindən biridir. Qolani Briqadası 30 oktyabr 1948-ci ildə Xilas Ordusunun bir diviziyasını məğlub edərək şimala çəkildikdən sonra Eilabun kəndini işğal etdi, burada kəndlilər kilsələrə toplaşdılar və ruhanilər təslim olduqlarını rəsmən elan etdilər. Lakin əsgərlər onları kilsələrdən çıxarıb kənd meydanında toplaşaraq onları atəşlə qorxutdular, nəticədə bir nəfər həlak oldu. Həmin vaxt diviziya komandiri daha 12 gənci seçərək edam etdi. güllələr vurdular, qalanlarını isə Livana sürgün etmək məqsədilə zorla qovdular. Deportasiya zamanı daha bir nəfər öldürüldü. Noyabrın 2-də İsrail əsgərləri Əl-Batuf düzənliyindəki Eilabun torpağında növbəti qətliam törədiblər, orada əsgərlər həmin ərazidə yaşayan Əl-Məvasi qəbiləsindən olan 15 gənci apararaq edam ediblər. Saad Muhammad al-Dheeb adlı bir adam qırğından sağ çıxdı və qətliamın üstünü açıb.
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Erməni-azərbaycanlı qırğınları (1905-1906)
Azərbaycan–erməni qırğınları (Azərbaycan mənbələrində erməni–müsəlman davası (az-əbcəd. ارمنی مسلمان دعواسی‎), erməni–müsəlman müharibəsi (erm. ارمنی مسلمان محاربهسی); rus və erməni mənbələrində erməni–tatar qırğını (rus. армяно–татарская резня; erm. հայ–թաթարական ընդհարումներ), erməni–türk müharibəsi (erm. հայ-թուրքական պատերազմ)) — inqilab zamanı ermənilərin və azərbaycanlıların arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir. Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Piterlo qırğını
Piterlo qırğını və ya Piterlo müharibəsi — 16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir. 1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi. Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi. Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı.
Quqark qırğını
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir. Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.
Rafah qırğını 2014
Reynland qırğınları
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Rok Sprinqs qırğını
Rok Sprinqs qırğını (ing. Rock Springs massacre), Rock Springs qiyamı olaraq da bilinir (ing. Rock Springs Riot) — 2 sentyabr 1885-ci ildə Vayominq ərazisində yerləşən Amerikanın Rok Sprinqs şəhərciyində ağ immiqrant işçilər tərəfindən çinlilərin kütləvi öldürülməsi. Qarşıdurmanın əsas səbəbləri irqi gərginliklər və «Union Pacific Coal Department»-nin Çin mədən işçilərinin ağ mühacirlərə nisbətən daha az maaş alması siyasətidir. Bu siyasətlə əlaqəli olaraq daha çox çinlilər işə götürüldü və bu da ağ işçilərin narazılığına və sonradan onların qiyamına səbəb oldu. İğtişaşlar zamanı ən azı 28 çinli mədənçi öldürüldü və 15 nəfər yaralandı. Üsyançılar 75 Çin evini yandırdılar və ümumi dəyəri 147.000 dollar olan maddi ziyana səbəb oldular. Ağldərili və Çinli immiqrantlar arasında irqi düşmənçilik xüsusilə XIX əsrin sonlarında, xüsusilə Rock Springs hadisələrindən əvvəlki on ildə, ABŞ-nin qərbində özünü büruzə verdi. Rok Sprinqs qırğını ABŞ-də Çin əleyhinə düşüncələrin artması idi. 1882-ci il tarixli Çinlilərin təcrid aktı onların köçlərini on il müddətinə dayandırmasına baxmayaraq, qərardan əvvəl ABŞ-nin qərbinə gələn minlərlə çinli işçi var idi.
Villarbasse qırğını
Villarbasse qırğını — İtaliyada sonuncu edam cəzasının tətbiq olunduğu hadisə. 20 noyabr 1945-ci il tarixli Villarbasse qırğını müharibədən sonrakı dövrün ən qəddar cinayət hadisələrindən biri olmuşdur və eyni zamanda, İtaliya cinayət hüququ tarixində simvolik bir hadisə kimi, İtaliyada ölüm cəzasının tətbiqi ilə cəzalandırılan sonuncu cinayət kimi tarixə keçmişdir. Belə ki, ölkədə sonuncu edam cəzası 4 mart 1947-ci ildə Turində baş tutmuşdur. Hadisə 1945-ci ilin payızında Villarbasse kəndində bir oğurluq zamanı törədilmişdir. On nəfər çubuqla qətlə yetirilmiş və diri-diri quyuya atılmışdır. Qətliamı hazırlayanlar dörd nəfər Siciliyalı idi. Onlardan biri tutulmazdan əvvəl Siciliyada cinayətkarlar öz aralarında əldə etdikləri əmlakı sayarkən qətlə yetirilmişdir. Cinayətkarlar Villarbasse yaxınlığında tüfənglə vurularaq öldürülmüşdür.
Vinnitsa qırğını
Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir. İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi. Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü. Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı. Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Xocalı qırğını(kitab)
Xocalı qırğını (kitab)
Yalova Qırğını
Yalova qırğını aprel-may 1921-ci ildə Yunan və yerli yunanlar və ermənilər tərəfindən Yalova bölgəsində müsəlmanlara tətbiq olunan zülmü . Bölgədəki Müsəlman Türk kəndlərinin az qala hamısı yandırıldı , minlərlə insan öldürüldü və ya qaçqın vəziyyətinə düşdü. Hadisələr yunan Türk müharibə zamanı baş verib. Hadisələr Qırmızı Xaç nümayəndələrinin də içində olduğu beynəlxalq bir heyət tərəfindən araşdırıldı. Heyət başçısı Moris Geriyə görə, təxminən 6,000 insan öldürüldü. Osmanlı qaynaqları isə daha geniş bir bölgəni içinə alaraq ümumi 9,100 ölüdən bəhs edir. Başqa mənbələrə görə yalnız Yalova ətrafında 5.500 müsəlman öldürüldü. Bir qaynağa görə Gemlik və Yalova qəzalarında 27 kənd yox edildi, Orhangazi qəsəbəsi qismən yandırıldı. Armutlu'da qadınlar sistematik bir formada təcavüz edildi. bir neçə min müsəlman qaçqın gəmilərlə İstanbula daşındı.

Digər lüğətlərdə