QIZILLI

s. 1. gold; gold-bearing; ~ sahə goldfield; 2. (i.s.) having much gold

QIZILLATMAQ
QIZILSAÇ
OBASTAN VİKİ
Qızıllı (Həştrud)
Qızıllı (fars. قزللو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 372 nəfər yaşayır (54 ailə).
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Qızıllı məscid (Təbriz)
Qızıllı məscidi — İran Azərbaycanının Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Təbriz şəhərində yerləşən məscid. Bu məscid 2005-ci il dekabrın 3-də 16671 nömrəsi ilə İranın milli abidələri siyahısında qeydə alınıb. Məscid Hacı Mirzə Yusif Təbatəbayinin sifarişi ilə inşa edilmişdir. Ərazisində və altında xeyli sayda qızıl və gümüş sikkələrin aşkar edilməsi və görünməsi ilə əlaqədar bu məscid belə adlandırılmışdır. == Memarlığı == Bu məscidin döşəməsi küçə səviyyəsindən bir metr hündürdür. Onun girişi və pəncərələri Firdovsi küçəsinə baxır. Məscidin on iki daş sütunu və iyirmi dənə kərpicdən qayırılmış balaca günbəzi var . Məscidin uzunluğu 24 metr, eni isə 20 metrdir. Həm də üç şimal, şərq və qərb tərəfində nisbətən geniş sahəyə malikdir.
Pirmurad sultan Qızıllı-Kəngərli
Pirmurad cultan Əhməd bəy oğlu Qızıllı-Kəngərli (1791-?) — sərkərdə. Pirmurad cultan Əhməd bəy oğlu 1791-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Atasının vəfatından sonra Qızıllı oymağının başçısı olmuşdu. Naxçıvan xanlığının ictimai-siyasi yaşamında mühüm rol oynamışdı. 1824-cü ildə Abbas mirzə Naibəssəltənə ona xüsusı fərmanla yavər (mayor) rütbəsı vermişdi. Pirmurad sultan Gülpəri xanımla ailə qurmuşdu. Rzaqulu bəy adlı oğlu vardı.
Qalakənd qızıllı-mis kolçedan təzahürü
Qızıllılar
Qızıllılar- türk tayfası Kəngər tayfasından olmuşlar (bax Kəngərlər). XVIII əsr-XIX əsrlərə aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan kəngər mənşəli bir sıra qol və tirələrin içərisində qızıllı nəslinin də adı çəkilir. Azərbaycan hökmdarı Nadir şah Əfşarın hakimiyyəti illərində (1736-1747) Naxçıvandakı Qızıllılara inzibati cəhətdən öz aralarından çıxmış vəkil və ağsaqqal rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının ayrı-ayrı kəndlərində qızıllı nəslinin qızılbaşlıq, qızıllı-Pirhəsən qolları məskunlaşmışdır.Maldarlıqla məşğul olmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 278. ISBN 5-8066-1468-9.

Digər lüğətlərdə