QADİRLİK
QAF²
OBASTAN VİKİ
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qaf Surəsi
50-ci surə Qaf surəsi (Məkkədə nazil olmuşdur, 45 ayədir). Surə adını ilk ayənin başındakı qaf hərfindən alır. Azsaylı mənbələr Qaf dağı ilə əlaqələndirir.
Qaf dağı
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ. Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur. == Azərbaycan mənbələrində == Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir.Hətta Azərbaycan mifoloji təsəvvürlərindən (xüsusilə də Səməndər quşu) fərqli olaraq "Munisnamə"də dünya qırx qatlı təsvir edilir.
"Qafqazın müdafiəsinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı — SSRİ medalı. == Haqqında == “Qafqazın müdafiəsinə görə” medalının təsis edilməsi haqqında SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. “Qafqazın müdafiəsinə görə” medalı Qafqazın müdafiəsinin bütün iştirakçılarına - Qırmızı Ordunun, Hərbi Dəniz Qüvvələrinin və NKVD qoşunlarının hərbi qulluqçularına, eləcə də müdafiədə bilavasitə iştirak etmiş mülki şəxslərə verilib. 1985-ci ilə qədər 870 minə yaxın insan “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir Medalın dizaynının müəllifi rəssam N. İ. Moskalevdir .
AMEA Qafqazşünaslıq İnstitutu
Qafqazşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 29 aprel 2015- ci ildə yaradılmışdır. Direktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlıdır.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir. 25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Abutalıb Qafurov
Abutalıb Qafuroviç Qafurov (lak. Гъапуров, АбутӀалиб, 21 noyabr 1882-1975) - Lak şairi. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Həyatı == Abutalıb Qafuroviç Qafurov 1882-ci il noyabrın ayının 21-də Qazıqumux dairəsinin Şuni kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. Gənclik illərində sənətkarlığın bir çox sahəsi ilə məşğul olan Abutalıb Qafurov, Qafqazın bir çox şəhərlərində olur. O, Gürcüstanda, Çariçino, Həştərxanda, Gəncədə, Bakıda sərgərdan həyatı yaşayır. Rusiyada vətəndaş müharibəsi zamanı Qırmızıların tərəfinə keçərək, partizan dəstəsində döyüşür. Abutalıb Qafurov partizan dəstəsində həm musiqiçi, həm də adi döyüşçü kimi mübarizə aparır. Sovet və Ağ qvardiyaçıların işğalına qarşı mübarizə aparan İmam Nəcməddin Qotsinskinin hərbi birləşmələri ilə mübarizədə iştirak edir. Abutalıb Qafurov Rəsul Həmzətovun "Dağıstanım" romanının əsas personajlarından biridir.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan qapıları (Qafqaz)
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Alban (Qafqaz) kitabələri
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.. 1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.
Albanopolis (Qafqaz)
Albanopolis – xristian ənənəsinə görə həvari Varfolomeyin çarmıxa çəkildiyi, böyük ehtimalla Qafqazda olan şəhər. == Tarixi mənbələr == XVIII agioqraferi Albin Batler (ing. Alban Butler) "Müqəddəslərin həyatları" əsərində qeyd edir: Ancaq Batler qeyd edir ki, Hindistan yunan və latın müəlliflərdən tərəfindən laqeydliklə Ərəbistan, Efiopiya, Liviya, Parfiya, Persiya və midiyalıların torpağına tətbiq edilən addır. == Yeri == Buna baxmayaraq, Albanopolisin yerləşdiyi yer olaraq ən azı üç yer təklif edilib: Dərbənd, Başkaledeki Albayraq (Türkiyə) və Bakı. Bakının Albanopolis olmaq ehtimalı böyükdür. Çünki Azərbaycan Respublikası tarixən Albaniya adlanırdı.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Almaz Qaffarova
Almaz Adı qızı Qaffarova (1942, Zaqatala – 17 oktyabr 2005, Bakı) — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Araçadzor (Qafan)
Araçadzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Avarlar (qafqazdilli)
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qafan, 2)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Basut çayının sağ sahilində yerləşmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir. Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.
Beşinci Qafqaz firqəsi
Beşinci Qafqaz firqəsi — Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsinə (1918-ci il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi. == Tarixi == 1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və çox vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır vəziyyət xilaskarlıq əməliyyatlarının tezliklə başlanmasının tələb edirdi. Buna görə Nuru paşa 3-cü ordunun komandanı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi nazir Ənvər paşaya 2 iyun 1918-ci il tarixli teleqramında bildirdi ki, Azərbaycan Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir. Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 5-ci Qafqaz firqəsinin albay Mürsəl bəyin komandası altında təcili olaraq Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor) Rüşdü bəy idi. Azərbaycana gəlmək üçün daha münasib oln Gürcüstan ərazisi almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin- Ərdəhan-Qarakilsə- Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvafri alayının 1918-ci il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda qarşılanma mərasimi oldu.
Bobocan Qafurov
Bobocan Qafurov (tac. Бобоҷон Ғафурович Ғафуров; 18 (31) dekabr 1908 – 12 iyul 1977, Düşənbə) — Sovet dövlət və partiya lideri, tarixçi, Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1946-1956), SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, SSRİ Akademiyasının akademiki Elmlər (1968). Tacikistan Qəhrəmanı (1997, vəfatından sonra). == Həyatı == Kəndli ailəsində anadan olub. Anası — şair Roziya Ozodru. 1935-ci ildə Moskvada Ümumittifaq Kommunist Jurnalistika İnstitutunu bitirib. === Siyasi fəaliyyəti === 1932 -ci ildən Sov.İKP — KPSS üzvü. Tacikistan universitetlərində pedaqoji işlər görmüş və jurnalistika ilə məşğul olmuşdur. 1936 -cı ildə — "Qızıl Tacikistan" qəzetinin baş redaktor müavini. Eyni zamanda, 1936 -cı ilin oktyabrından Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin mətbuat sektorunda rəhbər vəzifədə idi.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz dağları

Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.

Böyük Qafqaz keçidi
Böyük Qafqaz keçidi — tarixi və coğrafi ədəbiyyatda Dağıstanın müasir Dərbənd şəhərindən Azərbaycanın Sumqayıt şəhərinə qədər Xəzər dənizi boyunca sahil zolağının adı. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən keçid müxtəlif yerlərdə eni 25 ilə 80 km arasında dəyişir. Bu Şimali Qafqazdan Cənubi Qafqaza, Böyük Qafqazın şərq yamacları boyunca keçən düz bir keçiddir. Böyük Qafqaz keçidi Qafqazı keçmək üçün iki qədim yoldan biridir - digəri dağlıq Dəryal keçididir (məşhur Hərbi Gürcüstan yolunun XIX əsrdə çəkildiyi Daryal dərəsindən keçir). Demək olar ki, bütün fəthçilər, skiflərdən tutmuş Rusiya İmperiyası tərəfindən Cənubi Qafqazın işğal olunmasına qədər Böyük Qafqaz keçidindən istifadə etmişlər. Yol boyu İranı qorumaq üçün 5 sədd (Gilgilçay səddi, Beşbarmaq səddi) və bir çox qala (Çıraqqala) tikilmişdir. Bu addımlar fəthlərin yolunu kəsməyə xidmət etmişdir. Bunlardan ən məşhuru Dərbənd qalası, Azərbaycan ərazisindəki Çıraqqala qalasıdır. Fiziki coğrafiyada ərazi Samur-Dəvəçi ovalığına adlanır; Samur-Dəvəçi kanalı (Samur-Abşeron kanalının əsas hissəsi) kimi Sumqayıt və Abşeron yarımadasına qədər uzanır.
Böyük Qafqaz sıra dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi

Digər lüğətlərdə