QAF

QAF1

ə. 1) ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı; 2) Quran surələrindən birinin ilk hərfi və həmin surənin adı.

QAF2

ə. Ənqa, Simürğ və ya Zümrüd adlı əfsanəvi quşun yaşadığı yer kimi təsvir olunan bir dağın adı (Qafqaz dağlarından biri olduğu güman edilir).

QADİRİ
QAFA
OBASTAN VİKİ
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qaf Surəsi
50-ci surə Qaf surəsi (Məkkədə nazil olmuşdur, 45 ayədir). Surə adını ilk ayənin başındakı qaf hərfindən alır. Azsaylı mənbələr Qaf dağı ilə əlaqələndirir.
Qaf dağı
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ. Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur. Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir.Hətta Azərbaycan mifoloji təsəvvürlərindən (xüsusilə də Səməndər quşu) fərqli olaraq "Munisnamə"də dünya qırx qatlı təsvir edilir.
Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır. Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. "Кафаров Агарза Нурмамедович" (rus).
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Baş Qafqaz silsiləsi

Beşinci Qafqaz firqəsi
Beşinci Qafqaz firqəsi — Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsinə (1918-ci il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi. 1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və çox vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır vəziyyət xilaskarlıq əməliyyatlarının tezliklə başlanmasının tələb edirdi. Buna görə Nuru paşa 3-cü ordunun komandanı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi nazir Ənvər paşaya 2 iyun 1918-ci il tarixli teleqramında bildirdi ki, Azərbaycan Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir. Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 5-ci Qafqaz firqəsinin albay Mürsəl bəyin komandası altında təcili olaraq Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor) Rüşdü bəy idi. Azərbaycana gəlmək üçün daha münasib oln Gürcüstan ərazisi almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin- Ərdəhan-Qarakilsə- Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvafri alayının 1918-ci il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda qarşılanma mərasimi oldu.
Bobocan Qafurov
Bobocan Qafurov (tac. Бобоҷон Ғафурович Ғафуров; 18 (31) dekabr 1908 – 12 iyul 1977, Düşənbə) — Sovet dövlət və partiya lideri, tarixçi, Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1946-1956), SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, SSRİ Akademiyasının akademiki Elmlər (1968). Tacikistan Qəhrəmanı (1997, vəfatından sonra). Kəndli ailəsində anadan olub. Anası — şair Roziya Ozodru. 1935-ci ildə Moskvada Ümumittifaq Kommunist Jurnalistika İnstitutunu bitirib. 1932 -ci ildən Sov.İKP — KPSS üzvü. Tacikistan universitetlərində pedaqoji işlər görmüş və jurnalistika ilə məşğul olmuşdur. 1936 -cı ildə — "Qızıl Tacikistan" qəzetinin baş redaktor müavini. Eyni zamanda, 1936 -cı ilin oktyabrından Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin mətbuat sektorunda rəhbər vəzifədə idi.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz dağları

Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.

Böyük Qafqaz keçidi
Böyük Qafqaz keçidi — tarixi və coğrafi ədəbiyyatda Dağıstanın müasir Dərbənd şəhərindən Azərbaycanın Sumqayıt şəhərinə qədər Xəzər dənizi boyunca sahil zolağının adı. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən keçid müxtəlif yerlərdə eni 25 ilə 80 km arasında dəyişir. Bu Şimali Qafqazdan Cənubi Qafqaza, Böyük Qafqazın şərq yamacları boyunca keçən düz bir keçiddir. Böyük Qafqaz keçidi Qafqazı keçmək üçün iki qədim yoldan biridir - digəri dağlıq Dəryal keçididir (məşhur Hərbi Gürcüstan yolunun XIX əsrdə çəkildiyi Daryal dərəsindən keçir). Demək olar ki, bütün fəthçilər, skiflərdən tutmuş Rusiya İmperiyası tərəfindən Cənubi Qafqazın işğal olunmasına qədər Böyük Qafqaz keçidindən istifadə etmişlər. Yol boyu İranı qorumaq üçün 5 sədd (Gilgilçay səddi, Beşbarmaq səddi) və bir çox qala (Çıraqqala) tikilmişdir. Bu addımlar fəthlərin yolunu kəsməyə xidmət etmişdir. Bunlardan ən məşhuru Dərbənd qalası, Azərbaycan ərazisindəki Çıraqqala qalasıdır. Fiziki coğrafiyada ərazi Samur-Dəvəçi ovalığına adlanır; Samur-Dəvəçi kanalı (Samur-Abşeron kanalının əsas hissəsi) kimi Sumqayıt və Abşeron yarımadasına qədər uzanır.
Böyük Qafqaz sıra dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi
Böyük Qafqaz təbii vilayətinin iqlimi
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın arid meşə-kol landşaftları
Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə landşaftları
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür. Ərazidə mütləq minimum temperatur il ərzində -300-dən aşağı, mütləq maksimum isə +100 təşkil edir.
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi
Cavanşir Qafarov
Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası – 6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Corc Qafarov
Corc Qafarov — Azərbaycanlı aktyor. Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir. Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Cənubi Qafqaz. 1903-cü il
"Cənubi Qafqaz. 1903-cü il" — 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritə. 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritəsinin nəşr olunması Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli, 2188 nömrəli Sərəncamı ilə qərara alınmışdır. Həmin Sərəncamla "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225 min manat vəsait ayrılmışdır Bundan sonra xəritə azərbaycan, ingilis və rus dillərində hazırlanmaqla, ümumilikdə 75 min nüsxə ilə nəşr olunmuşdur.

Digər lüğətlərdə