qanaxıtma
qanalma
OBASTAN VİKİ
Qanaxma
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Arterial Venoz Kapilyar Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür. Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Subaraxnoidal qanaxma
Subaraxnoidal qanaxma - Subaraxnoidal qanaxma dedikdə subaraxnoidal sahədə qanın müəyyən edilməsidir. - bir sıra səbəblərdən irəli gələn sindromdur, lakin əksər hallarda bu termindən istifadə edərkən məhz anevrizmanın partlaması (ədətən qeyri-travmatik səbəblərdən) düşünülür. Əsas əlaməti baş ağrısıdır.. Baş ağrısının əsas xüsusiyyətləri - - adətən çox kəskin ("həyatımda ən pis ağrı") baş ağrısı ilə başlayır və bir neçə saniyə ərzində ağrının kəskinliyi daha da artmış olur. - bu cür baş ağrısından müayinə edilən xəstələrdə SAQ (subaraxnoid qanaxma) ehtimalı cəmisi 10% olur (əgər digər simptomlar, məsələn, huşun itirilməsi və ya fokal nevroloji tapıntılar varsa, ehtimal dərəcəsi xeyli artır). - xəstələrin təxminən yarısı bir neçə saniyədən bir neçə dəqiqəyədək yavaş-yavaş artan baş ağrısı ilə müraciət edir - bəzi xəstələrdə çox kiçik qanaxma olduqda isə ağrı daha az davam edir və ağrı günlər və həftələr ərzində artır - bir çox hallarda başlanğıcda keçib gedən zəiflik və ya huşun itkisi müşahidə edilir (beyindaxili təzyiqin artması səbəbindən) - digər xəstələr keyləşmiş və ya dizoriyentasiyalı olur başlanğıcda. - əgər ağrı daha çox boyundadırsa və ya kürək sümükləri (inter-scpular) arasındadırsa, bu zaman onurğa beyin (spinal) AVM (arterio-venoz malformasiya) və ya fistula barəsində düşünmək lazımdır. Baş ağrısı ilə yanaşı qıcolmalar, ürək bulanma və qusma, fokal nevroloji defisit müşahidə oluna bilər. Aşağıdakı əlamətlər və ya simptomlarla müraciət etmiş xəstədə SAQ daim nəzərdən keçirilməli və araşdırılmalıdır: - həddən artıq kəskin baş ağrısı - yenicə yaranmış və ya əvvəlki baş ağrılarından fərqlənən baş ağrısı - huşun itirilməsi və ya dərhal sonra davamlı və güclü baş ağrısı ilə müşahidə edilən ilk qıcolma. - 3-cü Kəllə Sinirinin iflici ilə əlaqəli bəbəklərin iflici pupillary-involving CN III palsy of recent onset (suggests compressive lesion).
Rektal qanaxma
Rektal qanaxma — Anal kanaldan öz-özünə qan gəlməsi, defekasiya və ya gücənmə zamanı qan xaric olunması hadisəsidir. Yoğun bağırsağın anal kanala yaxın sol hissəsindən qanaxmalar açıq və parlaq qırmızı rəngli olur. Yoğun bağırsağın sağ yarısından qanaxma tünd rəngdə, mədə və onikibarmaq bağırsaqdan qanaxmalar isə qara rəngdə, qəhvə çöküntüsünə bənzər (melena) olur.
Ağ ciyər qanaxması
Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir. === Etiologiyası: === Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır. === Əlamətləri: === Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı. Diaqnozu klinik əlamətlərə əsasən qoyulur. === Müalicəsi: === Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Menstruasiya qanaxması
Aybaşı dövrü və ya menstruasiya dövrü — hormon istehsalında və qadın reproduktiv sisteminin uşaqlıq və yumurtalıqların strukturlarında hamilə qalmağa imkan verən bir sıra təbii dəyişikliklər. Yumurtalıq dövrü yumurtaların istehsalını və buraxılmasını, həmçinin estrogen və progesteron hormonlarının dövri buraxılmasını idarə edir. Uterus dövrü, embrionun yerləşməsi üçün uşaqlığın (bətnin) divarının hazırlanmasını və saxlanmasını tənzimləyir. Bu dövrlər eyni vaxtda və əlaqəli şəkildə baş verir, normalda 21–35 gün davam edir, ortalama uzunluğu 28 gündür və təxminən 30–45 il davam edir. Təbii olaraq meydana gələn hormonlar bu dövrləri idarə edir. Follikül stimullaşdırıcı hormonun (FSH) müntəzəm olaraq yüksəlməsi və azalması, yetişməmiş yumurta hüceyrələrinin (oositlərin) istehsalını və böyüməsini təmin edir. Estrogen hormonu, mayalanma baş verərsə, embrionu yerləşdirmək üçün uterus divarını qalınlaşdırır. Qatılaşmış divarın qan axını embrionu qida ilə təmin edir. Embrion implantasiya olunmazsa, bu divar parçalanır və qan xaric olur. Progesteron səviyyəsinin azalması ilə başlayan menstruasiya uterus divarının tsiklik tökülməsidir və hamiləliyin baş vermədiyini göstərir.
Bağırsaq qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Mədə-bağırsaq qanaxmaları
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Mədə qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.

Digər lüğətlərdə