Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanoğlan Bayramov
Xanoğlan Bayramov — Sosialist əməyi qəhrəmanı, neftçi. 1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki… Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb. Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı. Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft daşları olmuşdu.
Xanoğlan Məmmədov
Xanoğlan Sadıq oğlu Məmmədov (13 fevral 1975, Neftçala rayonu – 17 mart 1995, Qazax rayonu) — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir. Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xanoğlan Xəlilov
Xanoğlan Şıxəliyev
Qışlaq-i Xanoğlan (Biləsuvar)
Qışlaq-i Xanoğlan (fars. قشلاق خان اوغلان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (21 ailə).
Elgün Xanoğlanlı
Xanbulan
Xanbulan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Oykonim ərazidəki eyniadlı çayın adından yaranmışdır. Əhalisi 1441 nəfərdir.
Ağoğlan
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Ağoğlan (Laçın) — Laçın rayonunda kənd. Ağoğlan monastırı — Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində bazilika. Ağoğlan qalası — Amaras monastırının yerləşdiyi qala. Ağoğlan piri — Cəbrayıl rayonu Şahvəlli və Əfəndilər kəndindən üç kilometr aralıqda yerləşən pir. Ağoğlan qapısı — Şuşa qalasının üç əsas qapısından biri Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah.
Baloğlan Abbasov
Balaoğlan Abbasov (tam adı: Balaoğlan Mirzağa oğlu Abbasov, rus. Балаоглан Мирзага оглы Аббасов; 15 dekabr 1919, Lənkəran, Lənkəran qəzası – 23 noyabr 1942, Volqoqrad vilayəti) — Azərbaycan-sovet snayperi, baş çavuş, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu. 1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.
Baloğlan Bağırov
Baloğlan Nağıyev
Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Baloğlan Süleymanov
Baloğlan Əhədli
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi. Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib.
Sevak Xanağyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Xanbulan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağoğlan (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur. Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan dağı
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Türk dillərində "oğlanak" — "kiçik oğlan, kiçik şahzadə" deməkdir. Müqəddəs dağ sayılır.
Ağoğlan monastırı
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan məbədi

Xanoğlu türbəsi
Xanoğlu türbəsi - Ağdam rayonunun Papravənd kəndində yerləşən XVIII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi. Erməni vandalizmi nəticəsində dağıdılıb. "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 21 sentyabr 2021. "Tarixi abidələr". agdjabedy.mctgov.az. 2021-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021. "AZƏRBAYCAN RESPUBLİKASI AĞDAM RAYON İCRA HAKİMİYYƏTİ".
Ağoğlan piri
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Sevak Xanaqyan