qarasaqqal

sif. 1) à barbe noire ; 2) jeune homme m

qarasaç
qarasaqqız
OBASTAN VİKİ
Qarasaqqal
Qarasaqqal (Kürdəmir)
Aşağı Qarasaqqal
Aşağı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qarasaqqal (Həştrud)
Qarasaqqal (fars. قره سقال‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 297 nəfər yaşayır (75 ailə).
Qarasaqqal (Kürdəmir)
Qarasaqqal — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə yaradılmışdır. Qədim adı Qarasaqqallı idi. Kürdəmir rayonunun eyniadlı i.ə.v.-də kənd. Nazir çayının (Girdimançayın qolu) sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin adı onu bina edən qarasaqqal nəslinin adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1761 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasaqqal (Laçın)
Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Kürdhaci kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarasaqqal kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əhalisi azərbaycanlılardan ibarətdir. Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.
Qarasaqqal (Qoşaçay)
Qarasaqqal (fars. قره سقال‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 737 nəfər yaşayır (152 ailə).
Qarasaqqal (Üşnəviyyə)
Qarasaqqal (fars. قره سقل‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (29 ailə).
Qarasaqqal bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasaqqal sövməəsi
Qarasaqqal sovməəsi — Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır.
Yuxarı Qarasaqqal
Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir. Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu.
Qarasaqqal-i Süfla (Biləsuvar)
Qarasaqqal-i Süfla və ya Aşağı Qarasaqqal (fars. قره سقال سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Qışlaq-i Qarasaqqal (Germi)
Qışlaq-i Qarasaqqal (fars. قشلاق قره سقال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
Qışlaqəmirxanlı-i Qarasaqqal (Pərsabad)
Qışlaqəmirxanlı-i Qarasaqqal (fars. قشلاق اميرخانلوقره سقل‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (25 ailə).

Digər lüğətlərdə