Lo və Qaronna
Lo və Qaronna (fr. Lot-et-Garonne, tələffüzü /lɔt‿e.ɡa.ʁɔn/, oks. Òlt e Garona) — Cənub-qərbi Fransada departament, Yeni Akvitaniya regionun departamentlərindən biridir. Sıra nömrəsi — 47. İnzibati mərkəzi — Ajen. Əhali sayı — 342.500 nəfər (departamentlər arasında 70-ci yeri tutur) (2010-cu il məlumatına görə).
== Coğrafiyası ==
Departamentin sahəsi 5361 km². Departamentin ərazisindən Qaronna , Lo, Baiz, Jeliz, Oss çayları axır.
Department 2 rayonu və tərkibinə 293 kommun daxil olan 54 kantonu birləşdirir.
== Tarixi ==
Lo və Qaronna — 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 departamentdən biridir.