qiblənüma 2021
qibtə
OBASTAN VİKİ
Mariyə əl-Qibtiyyə
Mariyə əl-Qibtiyyə (ərəb. مارية القبطية‎; bilinmir, Bizans imperiyası – 16 fevral 637, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. 628-ci ildə Misir hökmdarı Mukaukis tərəfindən bacısı ilə birlikdə ona cariyə kimi təqdim edilən İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşı. İbn Hişam və İbn İshaq kimi bioqraflar Məhəmməd peyğəmbərin zövcələri siyahısında onun adı çəkilmir. Bir çox mənbələr onun yalnız cariyə olduğunu güman edir. Mariyə Məhəmməd peyğəmbərin körpə ikən ölən oğlu İbrahimi dünyaya gətirmiş qadındır. Mariyə Məhəmməd peyğəmbərin vəfatından beş il sonra vəfat etmişdir. == Bioqrafiyası == Mariyənin atasının adı Şamun adlı nüfuzlu qibti xristianlarından biri idi. Anası isə Roma əsilli olmuşdur. Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir.
Müqəddəs Mark qibti ortodoks kafedralı
Müqəddəs Mark qibti ortodoks kafedralı (ərəb. كاتدرائية القديس مرقس القبطية الأرثوذكسية‎) - Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qibti Ortodoks kilsəsinə daxil olan kafedral. Kafedral Qahirə şəhərinin Abasiyyə rayonu ərazisində yerləşir və Misirdə yaşayan qibtilərin əsas dini məbədi hesab olunur. Müqəddəs Mark qibti ortodoks kafedralı 1968-ci ildə istifadəyə verilmişdir. 2016-cı ilin 11 dekabr tarixində kafedral yaxınlığında törədilmiş terror hücumu nəticəsində 25 nəfər həlak olmuş, 50 dən çox şəxs isə yaralanmışdır.
Qibti Pravoslav Kilsəsi
Qibti Pravoslav Kilsəsi (qibt. Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ) — Misirdə avtokefal antixalkidon kilsə. Kilsə təxminən 400 icmadan ibarətdir. Onların əksəriyyəti Misirdə, qalanı isə Misir diasporundadır.
Qibti dili
Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi. Misir xristianlarının kilsələrində işlədilən dili. Beş əsas dialektə bölünür: said, axim, subaxim, fayüm, və boxar. А.И.Еланская. Коптийский язык.
Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية‎) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb. Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
Qibti təqvimi
Qibti təqvimi — Qibtilərin istifadə etdiyi bir 12 aylıq təqvimdir. Misir təqviminə əsaslanır. Ayları və illəri Efiopiya təqvimiylə toqquşmasına qarşılıq fərqli ad və rəqəmlər səbəbiylə bu təqvimlər qarışdırılmır.
Qibti əlifbası
Qibti əlifbası — qibti dilinin əlifbası.
Qibtilər
Qibtilər (ərəb. أقباط‎; qibt. ⲛⲓⲣⲉⲙⲛ̀ⲭⲏⲙⲓ) — Misirdə yaşayan Xristianlıq dininə mənsub xalq. Hut-ka-Ptah Dini baxımdan Qibtilərin tarixi ərzində baş vermiş ən önəmli hadisələrdən biri 416-cı ildə keçirilmiş IV Okuman kilsə məclis hesab edilir. Kilsə məclisi zamanı, Qibtilərin Xristianlıq tarixi və adətləri haqqında, digər məzhəblərlə fərqi düşüncələri olduğu məlum olur. Digər məzhəblər Qibtilərin heç bir kilsə məclisinə çağrılmamaları və onlarla bir yerdə ibadət edilməsinin qadağan edilməsi barədə təklif irəli sürürlər. Qısa zaman ərzində Qibtilərin Xristianlıq dininin əsas inancalarını şəxsi məqsədlərə görə dəyişdirilməsi adı ilə digər məzhəblər onlarla olan əlaqələrini kəsirlər. Bizans İmperiyası dövrü Qibtilər üçün ağır keçmişdir. Bizans İmperiyasının rəsmi məhzəbi katoliklik idi. Həmin zamanlarda bu iki məhzəb arasında ciddi fərqlər vardı.

Digər lüğətlərdə