QLADİATOR

Qədim romalılardan şimalda yaşayan etrusk xalqının bir adəti var idi: döyüşçülər sona qədər, yəni biri o birini öldürənə qədər vuruşurdular. Çox güman, bu adətin kökündə etruskların etiqad etdikləri din dayanırdı. Onlar ölümü müqəddəsləşdirdiklərindən, ola bilsin, hesab edirdilər ki, vəfat edən çarın ruhu axirət dünyasına döyüşçülərinin ruhlarının müşayiətində getməlidir. Döyüşçülərin ruhlarını əldə etmək üçün ən yaxşı fürsət isə çarın dəfn mərasimi idi.

Bu adət etrusklardan romalılara keçdi, amma onlar bu adətə bəzi dəyişikliklər etdilər. İndi bu, hərbi əsirlərin iştirakı ilə amansız bir əyləncə idi. Bizə xəbəri çatan ilk belə şou e.ə. 264-cü ildə baş tutubmuş. Belə yarışlar zamanı döyüşçülər, əsasən, “qladius” adlanan qısa Roma qılınclarından istifadə edirdilər. Buna görə də həmin döyüşlərin iştirakçılarını qladiator adlandırmağa başladılar.

Bu söz bizim zamanlara qədər gəlib çatıb və bir-biri ilə ölüm-dirim mübarizəsi aparanlara deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

QİYASƏDDİN
QLAUKONİT
OBASTAN VİKİ
Qladiator
Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi. Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə.
Qladiator (film, 2000)
Qladiator — Ridli Skottun 2000-ci ildə çəkdiyi filmdir. Film 5 Oskar mükafatına layiq görülmüşdür. Eramızın 180-ci ilində Mark Avrelinin qoşunu Maksimusun başçılığı altında german tayfalarını ağır məğlubiyyətə uğradır. Mark Avreli bu qələbədən sonra hakimiyyəti Maksimusa verəcəyi barədə oğlu Kommoda bildirir. Atası ilə razılaşmayan Kommod onu boğaraq öldürür. Bu hadisədən sonra Kommod Maksimusun ailəsini öldürməyə əmr verir. Maksimus evə qayıdan zaman ailəsinin vəhşicəsinə öldürüldüyün görür. Bir müddət sonra qul satıcısı onu qula çevirərək qladiatorların hazırlaşdığı yerə aparır.. Maksimus isə Kommoddan qisas almaq üçün arena qanlı döyüşlərdən keçməlidir… Bu film "IMDb" versiyasında görə ən yaxşı 250 film siyahısı"na daxildir. Film 119 mükafata namizəd olaraq təqdim edilmiş və 48-ni qazanmışdır.
Qladiator tiplərinin siyahısı
Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi. Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə.
Qladiatorlar

Digər lüğətlərdə