Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur.
2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır.
"Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.