qonur-kürən

qonur-kürən
qonur
qonur-sarı
OBASTAN VİKİ
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Kürən Erik
Kürən Erik (950, Norveç – 1003, Brattalid[d]) — Qrenlandiyanı kəşf edən Vikinq hökmdarı, Norveç mənşəli İslandiya Vikinqlərindən idi. Qrenlandiyada məskən salan ilk avropalı. 982-ci ildə öz adamları ilə qərbə üzərək tapdığı torpağı Green Land (Yaşıl torpaq,diyar) adlandırmışdır. == Qrenlandiyanın kəşfi == Torpaq üstündə düşən davaların birində adam öldürən Erik İslandiyanı tərk etdi. Bunun iki səbəbi var idi. 1) Məhkəmə qərarı ilə o İslandiyadan sürgün edilib 2) Öldürdüyü şəxsin yaxınlarının qisasından qorxaraq İslandiyanı tərk edib. 982-ci ildə İslandiyanı bir qrup köçərilərlə tərk edən Erik üzü qərbə gedərək Qrenlandiya adasını kəşf edir. 80%-i buzdan ibarət olan adanın Green Land (Yaşıl Torpaq, diyar) adlandırılmasının iki versiyası var: Birincidə 982-ci ildə Qrenlandiyanın iqlimi indikindən fərqlənirdi. İkinci versiyaya görə isə bu ad adaya daha çox insan cəlb etmək üçün verilmişdi. == İslandiyaya qayıtması == 986-cı ildə Kürən Erik yenidən İslandiyaya qayıdır.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Kürən qaratoyuq
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Kürən vağ
Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü. == Qısa təsviri == Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur. == Statusu == Nadirdir.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Qonur kaftar
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qonur qızılquş
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qonur söyüd
Qonur yosunlar
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır. Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksə­riyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görü­nü­şü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaq­ların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir.
Kürən (film, 1989)
== Məzmun == Yaramaz Ağ kloun Xeyirxah kürən klouna həsəd aparır. Xeyirxah kürən hər dəfə özünü Yaramazın pis əməllərindən qorusa da çətin vəziyyətlərə düşür, amma qorxub geri çəkilmir. == Film haqqında == "…Mövzu üzrə kompozisiya" serialının birinci filmidir. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Kürən ağac ördəyi
Kürən ağac ördəyi (lat. Dendrocygna bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Xallı kürən pişik
Xallı kürən pişik (lat. Prionailurus rubiginosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. Benqal pişiyinin yaxın qohumu. Asiyada pişik ailəsinin ən kiçik nümayəndəsi (Afrikada qara ayaqlı pişik dünyada pişik ailəsinin ən kiçik nümayəndəsi adına iddia edir). Yalnız Hindistan və Şri Lankada tapılır. Növün nəsli kəsilməkdə olan 10.000-dən az yetkin üzvü var və təbii yaşayış mühitindəki dəyişikliklər səbəbindən daimi azalma müşahidə olunur. Paslı pişiyin bədən uzunluğu 35 ilə 48 sm arasında, quyruğun uzunluğu 15 ilə 30 sm arasındadır, yetkin heyvanların çəkisi cəmi 0,9-1,6 kq-dır. Beləliklə, vəhşi pişiklərin ən kiçik növlərindən biridir. Xarici olaraq, Bengal pişiyinə çox bənzəyir, lakin ləkələr daha az aydındır və qeyri-müəyyən təəssürat yaradır. Pişik bütün uzunluğu boyunca qısa tüklərlə örtülmüşdür.
Himalay qonur ayısı
Himalay qonur ayısı (lat. Ursus arctos isabellinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Pamir, Tyan-Şan və Himalay dağları ərazisində yayılmışdır. Qonur ayıların orta ölçüyə malik yarımnövüdür. Uzunluqları 140 sm, çəkiləri isə 300 kq olur. Bununla belə aralarında iri fərdlərə də rast gəlinir. Buna misal kimi Moskva şəhərinin zooparklarının birində 2005-ci ildən 24 yaşlı (2017) bir fərd yaşayır. Bu fərdin çəkisi 700 kq-dır. Hər şeylə qidalanırlar. Əsas fərqləndirici xüsusiyyəti ön ətraflarında uzun və parlaq caynaqların olmasıdır.
Kaliforniya qonur ayısı
Kaliforniya qonur ayısı (lat. Ursus arctos californicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Yarımnöv haqqında son məlumat 1922-ci ilə aiddir. Kaliforniya ştatının rəmzi sayılır. Hətta ştatın bayrağında təsvir edilmişdir. Bəzən bu canlıları Kaliforniya qızılı ayısı adlandırırlar. Yayıldığı regionda ekosistemik qorunmasında mühüm rol oynayırdı. Burada hindularla birgə ərazini paylaşsalarda öz populyasiyasını davam etdirirdilər. Ağ adamların gəlişi ilə isə sayları tədricən azalmışdır. Kütləvo ovlanma sayəsində kəsli kəsilmişdir.
Meksika qonur ayısı
Meksika qonur ayısı (lat. Ursus arctos nelsoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. XX əsrin 60-cı illərində nəsli kəsilmişdir. Ölçüləri olduqca iri olmuşdur. Uzunluqları 1.82 sm, çəkisi isə 318 kq olmuşdur. Qısa qulaqlara və enli alına sahib idilər. Caynaqları ön ətraflarda 80 mm təşkil edirdi. Rəngi parlaq, özü isə bir az əyri idi. Bu canlıların rəngi isə parlaq-qızılıdan, tünd sarıya qədər dəyişirdi. Əvvəllər Amerikanın arizona və Nyu-Meksika ştatları ərazisindən kaliforniya yarımadasının şimalına qədərki Meksika ərazilərə yayılmışdılar.