QOR

сущ. винел пад руьхъведи кьур куьлуь цкӀламар (кана алахьай кӀарасдин руьхъ чалдамаз рухъведин арадай хкатдай цӀарцӀар гуз кудай цӀай кумай куьлуь цӀивинар); ** qor dolmaq, qor tökülmək (yerinə, yatağına və s.) цацарал алай хьиз хьун, са геренда санал регьятдиз акъвазиз тахьун, вилер ахварал тефин.
QOPUZ
QORA
OBASTAN VİKİ
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Albert Qor
Albert Qor (31 mart 1948[…], Vaşinqton) — 1992–2000-ci illərdə ABŞ-nin vitse-prezidenti olmuşdur. 1969–1971-ci illərdə ABŞ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Harvard Universitetinin arxitektura bakalavrı, Vanderbilt Universitetini isə hüquq diplomu ilə bitirmişdir.
Qor Sucyan
Qor Sucyan (d. 1987) - Ermənistan müğənni. 2013 Eurovision Mahnı Yarışmasında Ermənistan təmsil edəcək.
Qor Vidal
Yucin Loter Qor Vidal(3 oktyabr 1925 - 31 iyul 2012)- Amerikalı yazıçı, ssenarist, romançı, oçerkist, jurnalist, dramaturq və siyasi aktivist.O, esselər, romanlar, ekran pyesləri və Broadway pyesləri üçün tanınmış idi.Vidal görkəmli bir siyasi soyundan gəlirdi; babası senator Tomas Qor idi,və daha sonra Jaklin Kennedi ilə (evlilik yolu ilə) qohum oldu. Vidal,Yucin Luis Vidal adıyla,Yucin Luter Vidal (1895-1969) və Nina Qorun (1903-1978) yalnız uşağı olaraq Vest Poynt, Nyu-Yorkda anadan olmuşdur.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Culiya Qorlero
Culiya Qorlero (d. 26 sentyabr 1990) — İtaliyanı təmsil edən su poloçusu. Culiya Qorlero, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Culiya Qorlero, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Cəlaləddin Qorxmazov
Cəlaləddin Əsildar oğlu Qorxmazov (1 oktyabr 1877, Xumtorqala[d], Dağıstan vilayəti – 27 sentyabr 1937, Moskva) — Dağıstan ictimai-siyasi xadimi, diplomat və publisist. Cəlaləddin Qorxmazov milliyətcə qumuq türklərindəndir. Araşdırıcılar onun 1877 və ya 1879-cu ildə Rusiyanın Dağıstanın XIX yüzillliyin əvvəllərində işğal etdiyi Kumtorqala kəndində ortabab bir ailədə doğulduğunu yazırlar. İndi həmin kənd Cəlaləddinin şərəfinə onun familyasına uyğunlaşdırılaraq Qorxmazqala adlandırılır. İlk təhsilini kəndlərindəki xalq arasında mollaxana adlandırılan ibtidai məktəbdə alan Cəlaləddin daha sonra Şərqdə geniş yayılmış təhsil ocağı mədrəsədə oxumuşdur. Lakin o, bir çox həmyerliləri kimi təhsilini davam etdirmək üçün Şərq ölkələrindəki dini mərkəzlərə getməmişdir. Rus dilini, Rusiya təhsil sistemini öyrənərək Stavropoldakı klassik oğlan gimnaziyaya daxil olmuşdur. XX yüzilliyin başlarında Rusiyanı bürüyən qarışıqlıq, geniş yayılan vətandaş itaətsizliyi Dağıstandan da yan keçməmişdi. Çılğın və vətənsevər bir gənc olan Cəlaləddin xalqını müstəmləkədən azad, millətini firavan yaşayan görmək istəyirdi. Sosialistlərin "xalqlara azadlıq", "bərabərlik, insanın insan tərəfindən istismarına son qoyulması" və s.
Cənubi-Ural qoruğu
Cənubi-Ural dövlət təbiət qoruğu — Başqırdıstanın Belores rayonunda, qismən isə Çelyabinsk vilayətinin ərazisində yerləşən dövlət təbiət qoruğu. Qoruq Sovet İttifaqı Komissiyasının və SSRİ Nazirlər Şurasının № 487—152 qərarları ilə 19 iyun 1978 -ci ildə yaradılmış. Qoruğun yaradılmasında məqsəd Cənubi Uralın dağ-tayqa ekosistemini öyrənmək və qoruyub saxlamaq idi. Cənubi-Ural qoruğu Cənubi Ural dağlarının nisbətən hündür ərazisində yerləşir. Ərazinin daha çox hissəsi Başqırdıstan Respublikasının ərazisində yerləşir. Qoruğun ümumi sahəsi 252, 8 min hektardır. Bu qoruq Başqırdıstanın və Cənubi Uralın ən böyük qoruğudur. Qoruğu ərazisinin 90 %-i Belores rayonu ərazisində yerləşir. Çelyabinsk vilayətinin Katav-İvanovski rayonunda isə qoruğun 2404 hektar ərazisi yerləşir. Cənubi-Ural qoruğunda bir neçə dağ silsiləsi yerləşir — Maşak, Ziqalka, Narı, Kumardağ və Yamantau.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Daniil Qorovux
Daniil İqoreviç Qorovux (rus. Даниил Игоревич Горовых; 3 yanvar 1997-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Qorovux öz peşəkar karyerasında debütünü 27 iyul 2017-ci ildə Veles Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Znamya Truda Orexovo-Zuyevo klubuna qarşı oyunda etmişdir.
Dağıstan Dövlət Təbiət Qoruğu
Dağıstan Dövlət Təbiət Qoruğu — Dağıstan Respublikasında, Xəzər dənizinin şimal qərb sahilindədir. Sahəsi 190 km² (o cümlədən 0,093 km2dəniz akvatoriyası). 1987-ci ilin 09 yanvarında Qızlar körfəzi sahəsinin və nadir təbiət törəməsi Sarıqum barxanının qorunması və öyrənilməsi məqsədilə yaradılmışdır. Qoruq Tarumovka və Buynaksk rayonlarının ərazisində yerləşir. 2009-cu ildə üç federal yasaqlıq: "Aqrahan", sahəsi 39000 ha, "Samur", sahəsi 11200 ha və "Tlyara", sahəsi 83500 ha qoruğun ərazisinə daxil edilmiş. Qızlar körfəzinin sahil zolağını çoxlu limanlarla parçalanmış alçaq düzənliklər tutur. Körfəzdə zəngin su bitkisi, sualtı çəmənlər var. Sarıqum — Rusiya və Avrasiya materikində ən böyük dyundü. Onun mütləq hündürlüyü 262 metrdir. Ərazinin iqlimi kontinentaldır.
Dede Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu. "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir. Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dila Qori FK
Dila Qori FK – Gürcüstanın futbol klubu.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Dirsək və Diz qoruyucuları
Dmitri Qordon
Dmitri Qordon (ukr. Дмитро Ілліч Гордон) — Ukrayna jurnalisti və televiziya aparıcısı.
Dənizə Çıxmaq Qorxuludur (1973)
Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var. Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi. 5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi. 1934-cü ildə muzey bələdiyyə statusu aldı. 1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır. 1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi. 1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.
Estoniyanın qorunan əraziləri
Estoniyanın qorunan əraziləri 21 aprel 2004-cü ildə Estoniya parlamenti tərəfindən qəbul edilmiş və 10 May 2004-cü ildə qüvvəyə minmiş Təbiəti Mühafizə Qanunu (est. Looduskaitseseadus) tənzimlənir. Qanuna görə, qorunan ərazilərə insan fəaliyyəti ilə dəyişdirilməyən bir vəziyyətdə saxlanılan və ya təbii mühitin qorunub saxlanıldığı, bərpa edildiyi, tədqiq edildiyi və ya tanıdıldığı yerlər və xüsusi tələblərə əsasən istifadə olunan ərazilər daxildir. Aşağıdakılar qorunan ərazilərdir: Milli parklar Təbiəti mühafizə sahələri Təbiət parkları §10.1-də göstərilir: Sahə Respublika Hökumətinin qərarı ilə mühafizə olunan ərazi və ya xüsusi mühafizə zonası kimi mühafizə altına verilir. Bundan əlavə, qanun yaşayış yerlərinin qorunması üçün müəyyən edilmiş, qorunması üçün planlaşdırılan fəaliyyətlərin təsiri qiymətləndirildiyi və yaşayış yerlərinin əlverişli qorunma vəziyyətinə zərər verə biləcək fəaliyyətlərin qadağan olunduğu aşağıdakı xüsusi mühafizə sahələrini elan edir: Ciddi təbiət qoruğu (§ 29) Xüsusi idarəetmə zonası (§ 30) Məhdud idarəetmə zonası (§ 31) Estoniya SSR -nin dövründə zapovedniklər ("elmi təbiət qoruğu") kateqoriyasına aid edilən beş qorunan ərazi mövcud idi: Vilsandi, Viidumäe, Endla, Nigula və Matsalu. Milli park — təbii mühitin, landşaftların, mədəni irsin qorunması, qorunması, bərpası, tədqiqi və tətbiqi, qorunan ərazinin ətraf mühitindən balanslı istifadə edilməsi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Estoniyanın milli parkları aşağıdakılardır: Şimali Estoniyanın sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Lahemaa Milli Parkı; Cənubi Estoniyanın dağlıq morena landşaftının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Karula Milli Parkı; Estoniyanın keçid zonasının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Soomaa Milli Parkı; Qərbi Estoniya arxipelaqının sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Vilsandi Milli Parkı; Qərbi Estoniyanın xarakterik biotik icmalarının və Vyainameri dəniz bölgəsinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Matsalu Milli Parkı; 2018-ci ildə qurulmuş Alutaqus Milli Parkı; Milli parkda ciddi təbiət qoruqları, xüsusi idarəetmə zonaları və məhdud idarəetmə zonaları mövcuddur. Təbiəti mühafizə sahəsi — təbii mühitin qorunması, bərpası, tədqiqi və tətbiqi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Təbiəti mühafizə zonasında mümkün zonalar sərt təbiət qoruğu, xüsusi idarəetmə zonası və məhdud idarəetmə zonasıdır. Landşaft qoruma sahəsi — qorunan ərazinin landşaftlarının qorunması, bərpası, tədqiqi, tətbiqi və istifadəsi üçün nəzərdə tutulmuş bir sahədir.
Fandi təbiət qoruğu
Fandi Milli Parkı ya Fandi təbiət qoruğu (ing. Fundy National Park, fr. Parc national de Fundy) — 1948 ci ildə yaradılmış, 206 km² sahəyə malik Fandi körfəzində yerləşən, Kanada milli parklarından biri.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Furkan Qorxmaz
Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya Seventi Siksers komndasında çıxış edir. QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi. Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı. 13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi.
Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Ga Təbiət Qoruğu
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Giorgi Qoroziya
Giorgi Qoroziya (gürc. გიორგი გოროზია; 26.3.1995) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən Gürcüstanlı peşəkar futbolçudur. Qoroziya öz peşəkar karyerasına Lokomotive Tbilisi klubunda start vermişdir. Bir müddət Torpedo Kutaisi klubunda icarə əsasında çıxış etmişdir. 2014-cü ilin avqust ayında Qoroziya Norveç təmsilçisi olan Stabek klubu ilə üç illik müqavilə imzalamışdır. Qoroziya Stabek klubu ilə debütünü 19 oktyabr 2014-cü ildə Tippaliqaendə Vikinq klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Stabek Vikinq klubu ilə 1-1 bərabərə qalmışdır. 17 fevral 2017-ci ildə Qoroziya 2016-17 mövsümünün sonuna qədər Zirə klubu ilə müqavilə imzalamışdır. Qoroziya Gürcüstanın U-19 milli komandasında çıxış edir.
Göygöl Dövlət Təbiət Qoruğu
Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Sahəsi 6739-ha-dır.Kiçik Qafqazın şimal-şərq yamacında, Xanlar rayonu ərazisində 1100–3065 m yüksəkliyində yerləşir. Qoruğun yaradılmasında məqsəd Kiçik Qafqazın ən gözəl guşələrindən biri olan Meşələrin subalp çəmənliklərinin və 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində yaranmış dağlar gözəli Göygöl, Maral göl, Qara göl, Ağ göl, Zəli göl və s. təbiət abidələrinin zənginliyi flora və fauna ehtiyatlarının qoruyub saxlamaqdır. Göygöl öz gözəlliyinə və təbii mənzərisinə görə dünyada dağ kölgələrinin şahı hesab olunur. Göygölün özü dəniz səviyyəsindən 1553 m hündürlükdə yerləşir. Kürün sağ qolu olan Kürəkçayın hövzəsində yerləşir. Sahəsi 80 ha, maksimal dərinliyi 93 m, suyunun həcmi 30 mln.m³ -ə yaxındır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır.
Göygöl dövlət qoruğu (kitab)
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.

Значение слова в других словарях