qovşaqyığma
qovuqayaqlı
OBASTAN VİKİ
Qovuq çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Qovuq (film, 2007)
Qovuq 2007-ci il İsrail istehsalı olan dram/melodram filmidir. Bir tərəfdə əsgərliyini çəkən Noam, digər tərəfdə isə yolun kənarında doğan qadına kömək etməyə çalışan Əşrəf. Bu insanlar ilk dəfə burada tanış olurlar və aralarında bir əlaqə yaranır. Noam, Təl Əvivin Şenkin adlı məhəlləsində yaşayır. Burada isə daha çox imkanlı insanların yaşadığı yerdir. Əşrəf, Noamın həyatına girəndən sonra artıq o da bu mühütin bir üzvü olur. Noam ve dostları Lulu və Yali ilə yaşamağa, Yalinin böyük retorantında işləməyə başlayır. İsrail və Fələstin münasibətləridə öz növbəsində qalmaqdadır. Bu isə bu iki adamın sevgisinə öz təsirini göstərir. Lulu və Noamın işğala qarşı bir qrupla "Barış" mitinqinə hazırlaşmağa başlamasından Sonra Təl Əvivi tərk edən Əşrəf özünün çox acız olduğunu başa düşür.
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Dəniz qovuqları
Dəniz qovuqları (Cystoidea) - dərisitikanlıların nəsli kəsilmiş ən primitiv sinfi. Skelet fincan, braxiola və saplaqdan ibarətdir. Kürəvi və ya yumurtavari fincan nizamsız, bəzən nizamlı yerləşən möhkəm bitişmiş məsaməli lövhəciklərdən ibarətdir. Heyvanın bədəni qısasaplaqlı, yaxud saplaqsız, kürə və ya kisəşəkilli qılafda və ya tekada yerləşir. Əsl dəniz heyvanları olub, bentos həyat sürmüş və saplaqla və ya fincanın alt hissəsilə substrata bitişirdilər. Bəziləri dibdə sərbəst uzanırdı. Lövhəciklərin məsamə sisteminə görə iki yarımsinifə bölünür: Diploporata (Ordovik-Devon) və Rhombifera (Ordovik — Silur). Ordovik-devon. == Həmçinin bax == Dərisitikanlılar Heyvan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Qovuqlu çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Qovuqşəkilli fukus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.

Digər lüğətlərdə