Qrinviç

coğ. Greenwich

qrimli
qrip
OBASTAN VİKİ
Qrinviç adası
Qrinviç adası (ing. Greenwich), həmcinin Berezina adası kimi tanınır — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Livinqston adası ilə Robert adası arasında yerləşir. Quru sahəsinin ümumi sahəsi 142,7 km² təşkil edir. AdV 19 fevral 1819-cu ildə britaniya briqası olan Villiamsın kapitanı Viliyams Smit tərəfindən kəşf edilmişdir. İlk dəfə kartoraqfik xəritəsini Edvard Bransfild 1820-ci ilin yanvarında tərtib etmişdir. Birinci Rus Antarktika ekspedisiyası zamanı Faddey Bellinshauzen tərəfindən 1812-ci ildəki hadisələrlə əlaqədar Berezina adlandırmışdır. XIX əsrin sonlarından ХХ əsrin birinci yarısına qədər ovçuları balina və suitikimilərə görə özünə cəlb edirdi. Adaya rəsmi olaraq Böyük Britaniya və Argentina iddia edirdi. Üstəlik Rusiya və ABŞ tərəfindən belə ərazi iddiası mövcud olmuşdur.
Qrinviç borosu
Qrinviç borosu— İngiltərədə Londonun cənub-şərqində London borosudur. O öz adını tarixi şəhər olan Qrinviçdən götürüb. Qrinviç London borosu 1965-ci ildə şərqədək Vulviç Metropolitan borosunun hissəsi və Qrinviç Metropolitan borosunun keçmiş ərazisinin birləşməsi ilə təşkil olunub. Yerli şura Qrinviç London Boro Şurasıdır. Qrinviç dünyada bütün Ümumdünya vaxtının istinad etdiyi Sıfırıncı meridianın ənənəvi yeri kimi də məşhurdur. Sıfırıncı meridian Qrinviçdən keçir. 2012-ci ildə Qrinviç Frommer’s tərəfindən yalnız Böyük Britaniyanın təyinat yerlərinin olduğu siyahıda ilk onluqda olan qlobal təyinat yeri kimi göstərilib. Qrinviç 2012-ci il London Yay Olimpiya Oyunlarında yarışların keçiriləcəyi altı London borosundan biri idi.
Qrinviç meridianı
Qrinviç meridianı (ing. Greenwich) – Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəsədxanasından keçən meridiana deyilir. Bu meridian sıfırıncı meridian adlanır. Əvvəllər sıfırıncı meridian İngiltərədə "Qrinviç meridianı" , Fransada "Paris meridianı" və Rusiyada "Pulkov meridianı" adlanırdı. 1884-cü ildə ABŞ Konqresində sıfırıncı meridian kimi "Qrinviç meridianı" anlayışı qəbul olunmuşdur. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür. Хауз Д. Гринвичское время и открытие долготы. — Москва, 1983.
Qrinviç yarımadası
Qrinviç yarımadası (ing. Greenwich Peninsula) — London şəhərində, Temza çayının sahilində yerləşən yarımada. Bir hissəsi qərb, digər hissəsi isə şərq yarımadasında yerləşir. Cənubi Londonun, Qrinviç Kral borosu ərazisinə daxildir. Ölçüləri 1500 x 900 metrə, maksimal hündürlüyü — 17 metrdir. Keçmişdə müxtəlif cür adlandırılmışdır: Qrinviç-Marşes, Baqsbis-Matrşes, İst-Qrinviç, Nort-Qrinviş, Blekuoll. Yarımada XVI əsrdə drenaj əməliyyatı nəticəsində meydana gəlmişdir. Yarımadanı hazırlamaqda məqsəd otlaq sahəsinin əldə edilməsi olur. XVII əsrdə yarımadanın şimalı dəniz quldurlarına aid meyitlərinin qəfəslərdə nümayiş olunduğu yer olması ilə məşhurlaşmışdı. Bu isə quldur olmaq istəyənləri vahiməyə salır və bir ibrət yolu oynayırdı.
Qrinviç rəsədxanası
Qrinviç rəsədxanası (ing. Royal Observatory, Greenwich; ROG) — Londonun cənub-şərqindəki Qrinviç parkında bir təpədə yerləşən rəsədxana. Royal rəsədxana astronomiya və naviqasiya tarixində əhəmiyyətli rol oynamışdır. Habelə 0-cı meridian buradan keçdiyi üçün Ümumdünya vaxtının prekursoru olan Qrinviç orta vaxtına öz adını vermişdir.
Qrinviç saatı
Qrinviç saatı, Qrinviç vaxtı, Qrinviç zamanı, Orta Qrinviç zamanı (ing. Greenwich Mean Time) və ya qısaca GMT — Qrinviç meridianı üstündə yerləşən orta günəş vaxtıdır. GMT Britaniya adalarının standart saat qurşağı hesab olunur. Adını Londonun cənub-şərq hissəsində yerləşən Qrinviç ətrafından götürmüşdür. Burada yerləşən rəsədxananın üstündə olduğu olduğu qəbul edilmiş meridian əsas meridian (0°) hesab olunur. Atom üsulu ilə hesablanan və GMT-dən daha dəqiq hesab olunan Ümumdünya vaxtı (qısaca: UTC) istifadə olunmazdan əvvəl Qrinviçdən keçən meridiana əsasən dünyadakı zaman tənzimləmələri həyata keçirilirdi. Buradakı hər uzunluq dərəcəsi arasında olan zaman 4 dəqiqə hesab olunur. Məhz buna görə də, hər 15 dərəcəlik meridian qurşağı bir saata bərabərdir. Beləliklə də, 12 saat şərqdə və 12 saat qərbdə olmaqla Yer kürəsi ümumilikdə 24 saat qurşağına bölünmüşdür. Qrinviç meridianından şərq istiqamətində hərəkət etdikcə saatlar irəli (+), qərb istiqamətində hərəkət etdikdə isə geriyə (-) gedir.
Qrinviç Kral borosu
Qrinviç borosu— İngiltərədə Londonun cənub-şərqində London borosudur. O öz adını tarixi şəhər olan Qrinviçdən götürüb. Qrinviç London borosu 1965-ci ildə şərqədək Vulviç Metropolitan borosunun hissəsi və Qrinviç Metropolitan borosunun keçmiş ərazisinin birləşməsi ilə təşkil olunub. Yerli şura Qrinviç London Boro Şurasıdır. Qrinviç dünyada bütün Ümumdünya vaxtının istinad etdiyi Sıfırıncı meridianın ənənəvi yeri kimi də məşhurdur. Sıfırıncı meridian Qrinviçdən keçir. 2012-ci ildə Qrinviç Frommer’s tərəfindən yalnız Böyük Britaniyanın təyinat yerlərinin olduğu siyahıda ilk onluqda olan qlobal təyinat yeri kimi göstərilib. Qrinviç 2012-ci il London Yay Olimpiya Oyunlarında yarışların keçiriləcəyi altı London borosundan biri idi.
Qrinviç meridianından... kənarda
Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.
Qrinviç meridianından... kənarda (film, 2007)