Xerson quberniyası
Xerson quberniyası (rus. Херсонская губерния) — 1803–1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson quberniyasının inzibati və siyasi mərkəzi indiki Ukraynanın Xerson şəhəri olmuşdur. 71 min kvadrat kilometr ərazini əhatə edən quberniyada təxminən 2.733 min nəfərə yaxın əhali yaşamışdır.
1897-ci ildə Rusiya imperiyasında aparılmış ümumi siyahıyaalmayanın nəticələrinə görə quberniya şimal-qərbdən Podolsk quberniyası, şimaldan Kiyev general-quberniyası, şimal-şərqdən Poltava quberniyası, şərqdən Yekaterinoslav quberniyası, cənub-şərqdə Tavrida quberniyası, cənubda Qara dəniz və Bessarabiya quberniyası ilə həmsərhəd idi.
Xerson quberniyası müasir dövrdə Ukraynanın Nikolayev vilayəti, Kirovoqrad vilayəti, Odessa vilayəti kimi əraziləri tamamilə Xerson vilayəti və Dnepropetrovsk vilayətini isə qismən əhatə etməkdədir.
Quberniyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Taxıl biçini zamanı imperiyanın müxtəlif bölgələrindən mövsümlük işləmək üçün on minlərlə kəndli kənd təsərrüfatı işçisi kimi buraya gəlir və burada işləyirdilər. Ənənəvi kənd təsərrüfatı sahələrindən başqa un dəyirmanı, distillə, metal emalı, dəmir hasilatı, çuğundur-şəkər emalı və kərpic sənayesi kimi imperiyanın hər quberniyasında olmayan bəzi xüsusi sahələr də, burada geniş inkişaf etmişdir.
Yekaterinoslav general-qubernatorluğu 7 qəzadan (inzibati mərkəzləri mötərizədə) ibarət idi:
1897-ci ildə Rusiya imperiyasında aparılmış əhalinin ümumi siyahıyaalınmasına əsasən;
Odessa – 403,815 (rus– 198,233, yəhudi– 124,511, ukrayn– 37,925)
Nikolayev – 92,012 (rus– 61,023, yəhudi– 17,949, ukrayn– 7,780)
Yelizavetqrad – 61,488 (yəhudi– 23,256, rus– 21,301, ukrayn– 14,523)
Xerson – 59,076 (rus – 27,902, yəhudi– 17,162, ukrayn– 11,591)
Tiraspol – 31,616 (rus– 14,013, yəhudi– 8,568, ukrayn– 3,708)
Ananiv – 16,684 (ukrayn– 7,205, rumın – 4,174, yəhudi– 3,514)
Voznesensk – 15,748 (yəhudi– 5,879, ukrayn– 5,644, rus– 2,583)
Bobrynets – 14,281 (ukrayn– 9,529, yəhudi– 3,464, rus– 837)
Aleksandriya – 14,007 (ukrayn– 7,658, yəhudi– 3,687, rus– 2,364)
Beryslav – 12,149 (ukrayn– 8,852, yəhudi– 2,639, rus– 524)
Dubısari – 12,089 (yəhudi– 5,326, Romanian – 3,383, ukrayn – 2,841)
Novoqeorqiyevski – 11,594 (rus– 6,631, ukrayn– 3,372, yəhudi– 1,424)
Oçakov – 10,786 (ukrayn– 5,204, rus– 3,508, yəhudi– 1,430)
Novomirqorod – 9,364 (rus– 7,025, yəhudi– 1,617, ukrayn– 572)
Qriqoriopol – 7,605 (rumın– 3,740, rus– 1,832, yəhudi– 832)
Olviopol – 6,884 (ukrayn– 5,022, yəhudi– 1,480, rus– 271)
Ovidiopol – 5,187 (ukrayn 2,785, rus– 1,997, yəhudi– 387)
Mayaki – 4,575 (rus– 2,865, ukrayn– 944, yəhudi– 644)
1858-ci ilə qədər əhalinin üçdə biri (hərbi mükəlləflər, admiral məskənləri, xarici kolonistlər və s.) hərbi vəziyyətə tabe idi.