Qvatemala

coğ. Guatemala m

qvardiyaçı
Qvineya
OBASTAN VİKİ
Qvatemala
Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. 2020-ci ildə keçirilən prezident seçkilərində Alejandro Giammattei yeni prezident seçilmişdir. Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir. 1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir.
Qvatemala (şəhər)
Qvatemala (isp. La Nueva Guatemala de la Asunción, Ciudad de Guatemala) — Qvatemalanın paytaxtı, həmçinin Mərkəzi Amerikanın ən böyük şəhəri. Şəhər mərkəzindən 3 kilometr məsafədə Beynəlxalq La Aurora Aeroportu yerləşir. Şəhərin bütün departamentlərin mərkəzləri və qonşu dövlətlərin paytaxtları ilə avtobus əlaqəsi vardır. Qvatemala şəhərində 1 milyondan çox əhali yaşayır (şəhərətrafı qəsəbələrdə 2,5 milyon əhali var. Milli tərkibə görə mayyaların törəmələri olan hindulara (40 %), metis-ladinolara və Avropa əsilli xalqların nümayəndələrinə bölünür, (əsasən ispanlar). Rəsmi dil ispan dilidr, Həmçinin paytaxtda 25 yerli dil nümayəndələri var. Onlardan 23-ü mayya dilləri, Karib zəncilərinin dili olan qarifuna və şinka dili. Əsas kütlə katolik dininə (60 %) və protestantlığa sitayiş edir, Həmçinin şəhərdə sinaqoq, məscid və pravoslav kilsəsi vardır. Qvatemala şəhərində 11 universitet vardır (1 Milli və 10 özəl universitet).
Qvatemala Prezidenti
Qvatemala Prezidenti (isp. Presidente de Guatemala) — Qvatemalada dövlət başçısı.
Qvatemala Respublikası
Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. 2020-ci ildə keçirilən prezident seçkilərində Alejandro Giammattei yeni prezident seçilmişdir. Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir. 1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir.
Qvatemala bayrağı
Qvatemala bayrağı — Qvatemalanın Dövlət bayrağı.
Qvatemala şəhəri
Qvatemala (isp. La Nueva Guatemala de la Asunción, Ciudad de Guatemala) — Qvatemalanın paytaxtı, həmçinin Mərkəzi Amerikanın ən böyük şəhəri. Şəhər mərkəzindən 3 kilometr məsafədə Beynəlxalq La Aurora Aeroportu yerləşir. Şəhərin bütün departamentlərin mərkəzləri və qonşu dövlətlərin paytaxtları ilə avtobus əlaqəsi vardır. Qvatemala şəhərində 1 milyondan çox əhali yaşayır (şəhərətrafı qəsəbələrdə 2,5 milyon əhali var. Milli tərkibə görə mayyaların törəmələri olan hindulara (40 %), metis-ladinolara və Avropa əsilli xalqların nümayəndələrinə bölünür, (əsasən ispanlar). Rəsmi dil ispan dilidr, Həmçinin paytaxtda 25 yerli dil nümayəndələri var. Onlardan 23-ü mayya dilləri, Karib zəncilərinin dili olan qarifuna və şinka dili. Əsas kütlə katolik dininə (60 %) və protestantlığa sitayiş edir, Həmçinin şəhərdə sinaqoq, məscid və pravoslav kilsəsi vardır. Qvatemala şəhərində 11 universitet vardır (1 Milli və 10 özəl universitet).
Azərbaycan–Qvatemala münasibətləri
Azərbaycan–Qvatemala münasibətləri — Azərbaycan Respublikası ilə Qvatemala Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 1-də qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Qvatemala Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Qvatemala Respublikasına da akkreditə olunmuşdur.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.