qənd
qənddan
OBASTAN VİKİ
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.

Digər lüğətlərdə