Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi.
== Tarixi ==
Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan - 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur.
XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal - nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.Orta əsrlərdə Bizansda, Çində və Yaponiyada dəmir puldan da istifadə olunurdu.