rəqiblik
rəqqasə
OBASTAN VİKİ
Rəqqas
Rəqs (ərəbcə: رقص) bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Riyazi rəqqas
Riyazi rəqqas — Riyazi rəqqas nazik ipdən asılmış bir cisimdən ibarətdir. Riyazi rəqqasın tezliyi ipin uzunluğundan və rəqqasın yerləşdiyi coğrafi enlik və uzunluq dairəsindəki qravitasiya sahəsindən asılıdır. Riyazi rəqqasın tezlik düsturu bir bölək iki pi vuraq kök altda qravitasiya bölək ipin uzunluğu ilə ölçülür.
Böyükağa Məmmədov (rəqqas)
Böyükağa Məmmədov (23 yanvar 1927 – 17 yanvar 2018) — Azərbaycan rəqqası, xalq artisti. == Həyatı == Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayır. Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olur. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilir.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Yusif Qasımov (rəqqas)
Yusif Əli oğlu Qasımov (1948, Ağdam) — Azərbaycan Respublikasının xalq artisti (1991), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı və yaradıcılığı == Qasımov Yusif Əli oğlu 1948-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1955-ci ildə məktəbə daxil olmuşdur və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildən isə Bakı şəhərində yaşayır. 1961-ci ildə keçmiş pionerlər evində xalq artisti Böyükağa Məmmədovun rəqs dərnəyinə getmişdir. 1966–1967-ci illərdə Respublikada keçirilən rəqs müsabiqələrinin qalibi olmuşdur. 1967-ci ildə Moskva şəhərində keçirilən sosialist ölkələri arasında rəqs müsabiqələrinin birinci dərəcəli lauriyatı olmuşdur. 1968-ci ildə Polşanın Krakov şəhərində keçirilən beynəlxalq klassik və milli rəqs müsabiqəsinin baş mükafatına layiq görülmüşdür. Həmin il bir çox peşəkar ansambllardan dəvətlər almışdır (İ. Moiseyevin, Sibirin Qadenko ansamblına, Don kazaklarının ansamblına, Voronej ansamblına, Dağıstanın "Lezqinka" ansamblına). Bu təkliflərə baxmayaraq özümü doğma Vətəndə sınamaq istədi.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. == Məzmun == Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
Fuko rəqqası
Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyl edir ki, bu da Yerin fırlanmasını sübut edir.
Mavi rəqqasələr
Mavi rəqqasələr (fr. Danseuses bleues, ing. Blue dancers) — fransız rəssamı, impressionizmin banilərindən biri sayılan Edqar Deqa tərəfindən 1897-ci ildə çəkilmiş rəsm əsəridir. Əsərin ilk sahibi fransız kolleksiyaçı Düran-Rüel, ikinci sahibi isə rusiyalı kolleksiyaçı Sergey Şukin olmuşdur. Əsər 1918-ci ildən 1948-ci ilə kimi Yeni qərb incəsənəti dövlət muzeyində saxlanılıb. 1948-ci ildən A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənir. Əsər pastel vasitəsilə 65×65 sm ölçüdə olan kağız üzərində işlənilib. == Yaranma tarixi == Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir.
Rəqqasə
Rəqs (ərəbcə: رقص) bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Şamaxı rəqqasələri
Şamaxı rəqqasələri (fr. La Danseuse de Shamakha; ing. Shamakhi dancers) — XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş saray mənşəli rəqqasə qrupları. Kiçik Asiyada məşhur idilər. == Tarixi == Şamaxı rəqqasları və rəqsləri ilə bağlı mövcud sənədlər çox məhduddur. Rus rəssamı Qriqori Qaqarin 1840–1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olarkən Şamaxı rəqqasələrinin bir necə təsvirini yaratmışdır. Onların arasında Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılan "Şamaxı rəqqasələri" tablosu daha məşhurdur. Tablonun mərkəzində Sona adlı rəqqasənin oynaması təsvir edilir. Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar. Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır.
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Yuriko (rəqqasə)
Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya – 8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır. == Həyatı və karyerası == === İlk illəri === Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi. 1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır. Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dans və baletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır.
Şahzadə və rəqqasə
Şahzadə və rəqqasə — 1957-ci ildə çəkilmiş Britaniya filmidir. Filmdə baş rolları Merilin Monro və Lourens Olivye ifa etmişdir. Həmçinin də Oliviye bu filmin prodüseri və rejissoru olmuşdur. Terrens Rettiqan filmin ssenarisini özünün yazdığı “Yatmış şahzadə” pyesindən götürmüşdür. Həmçinin bu filmin adı “Mənim Merilinlə həftəm” filmində də çəkilmişdir. Filmdə Merilinin həmişə çəkiliş meydançasına gec gəlməsi, dialoqları unutması və hamilə olduğunu öyrənməsi göstərilir.

Digər lüğətlərdə