rica
riya
OBASTAN VİKİ
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu. Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür .
Rifah Partiyası (Türkiyə)
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020–2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur. == Tarixi == 1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan prezident seçkilərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı. Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi. Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi. ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan parlament seçkilərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu. 2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası
Rifahın iqtisadi nəzəriyyəsi (kitab)
"Rifahın iqtisadi nəzəriyyəsi" (ing. The Economics of Welfare, 1920) — ingilis iqtisadçısı Artur Sesil Piqunun traktatı. Kitabda 4 hissə (66 fəsil) vardır: I. Rifah və milli gəlir (11); II. Milli gəlir və resursların müxtəlif istifadə növləri arasında bölüşdürülməsi (22); III. Milli gəlir və əmək (20); Milli gəlirin bölgüsü (13); habelə 3 tətbiq. Alimin fikrincə, milli gəlirin ölçüsü bir sıra amillərdən asılıdır: resursların və kapitalın həcmi, insanların xüsusiyyətləri, hökumətin fəaliyyəti və xarici ticarət. Əhalinin əksəriyyəti üçün rifah, hökumətin müdaxiləsi, mütərəqqi vergilər, maliyyə siyasəti və iqtisadiyyatın müəyyən sahələrindəki dövlət subsidiyaları sayəsində əldə edilə bilən daha bərabər gəlir bölgüsü yolu ilə əldə edilə bilər. Eyni zamanda, iqtisadiyyata dövlətin irrasional müdaxiləsi həm də özəl kapitalın, dövlətin və əmək qabiliyyətli əhalinin maraqları tarazlığındakı dengesizliyə və gəlirlərinin azalmasına səbəb ola bilər. Блауг М. Теория благосостояния Пигу // Экономическая мысль в ретроспективе. М.: Дело. 1994 [Economic Theory in Retrospect]. 551–553.

Digər lüğətlərdə