Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «A» – 641
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

ACIQ VERMƏK

qəsdən hirsləndirmək, qıcıqlandırıcı hərəkətlər etməklə kimdənsə əvəz çıxmaq, acıqlandırmaq; ~ yanıq
подробнее

ACINDAN BİTİNİ YEMƏK

bax: acından günorta durmaq.

ACINDAN GÜNORTA DURMAQ

çox kasıb yaşamaq, yeməyə heç nə tapmamaq; ~ qəpiyə güllə atmaq, acından köpük qusmaq, acından bitin
подробнее

ACINDAN KÖPÜK QUSMAQ

çox kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından bitini yemək.

ACINDAN QARNI FİT ÇALMAQ

bax: qarnı fit çalmaq.

ACINDAN ÖLMƏK

həddən artıq kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından köpük qusmaq, acında
подробнее

AÇARAM SANDIĞI, TÖKƏRƏM PAMBIĞI

gizli olan bir işi faş etməklə hədələmək, şantaj etmək məqsədilə işlədilən ifadə.

AÇARINI İTİRMƏK

özünü idarə edə bilməmək,  danışdığı sözün, etdiyi hərəkətin məsuliyyətini dərk etməmək.

AÇIQ BAŞLA

dərin düşünərək, götür-qoy edərək.

AÇIQ GÖZLƏ BAXMAQ

hər şeyə realist yanaşmaq, həqiqəti görmək.

AÇIQ QALMAQ

həll olunmamaq, bir işi aydınlaşdırmadan yarımçıq qoymaq, problemin həllinə nail olmamaq.

AÇIQ QAPI GÜNÜ

hər hansı müəssisə və ya təşkilatla yaxından tanış olmaq məqsədilə ayrılmış gün.

AÇIQ QIFILA AÇAR SALMAQ

mənasız işlərlə məşğul olmaq, məqsədi bilinməyən işlərə girişmək.

AÇIQ ÜRƏKLƏ

səmimi, ürəkdən, xoş niyyətlə.

AÇIL BAŞIMDAN!

dan. “rədd ol, məni narahat etmə” mənasında işlədilən ifadə.

AÇILMAYAN QAPILARI AÇMAQ

çətinlikləri aradan qaldırmaq, çox çətin olan işləri həll etmək.

AÇMADIĞI QAPI QALMAMAQ (QOYMAMAQ)

bax: döymədiyi qapı qalmamaq (qoymamaq).

AD ALMAQ

yaxşı işinə görə şöhrətlənmək; ~ ad qazanmaq.

AD ÇIXARMAQ

yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ barmaqla göstərilmək, ad qazanmaq.

AD ELƏMƏK

nişanlamaq, adaxlamaq.