Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «AY» – 105
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

AY DOLANDI, İL KEÇDİ

bax: ay ötdü, il dolandı.

AY İŞIĞINDA İYNƏ SAPLAMAQ

gözləri yaxşı görmək.

AY ÖTDÜ, İL DOLANDI

vaxtın keçməsi mənasında işlədilən ifadə.

AY PARÇASI

adətən, qız haqqında: çox gözəl, məftunedici, heyranedici.

AYA DEYİR, SƏN ÇIXMA, MƏN ÇIXIM

çox cazibədar, misilsiz gözəlliyi olan qız haqqında işlədilən ifadə.

AYA-GÜNƏ DÖNMƏK

gec-gec görünmək; ~ bayramdan-bayrama görünmək, gözə dəyməmək, bayram şəkərburasına (aşına) dönmək.

AYAĞA DOLAŞMAQ

mane olmaq, əngəl olmaq; ~ əl-ayağa dolaşmaq.

AYAĞA DÖŞƏNMƏK

çox yalvarmaq, bir şeyi təkidlə istəmək.

AYAĞA GETMƏK

ishal olmaq; ~ mədəsi pozulmaq, qarnı açılmaq (işləmək, pozulmaq).

AYAĞA QALDIRMAQ

1. Mübarizəyə sövq etmək.  2. Müalicə etmək, xəstəliyini sağaltmaq; ~ ayaq üstə qoymaq.  3. Əlinə pu
подробнее

AYAĞA QALXMAQ

1. Hərəkata başlamaq, üsyan etmək.  2. Xəstəlikdən sağalmaq, yaxşı olmaq.  3. Maddi cəhətdən artıq m
подробнее

AYAĞA SALMAQ

aşağılamaq, hörmətdən, nüfuzdan, etibardan salmaq.

AYAĞA VERMƏK

kiminsə qarşısında alçaltmaq.

AYAĞI AÇILMAQ

bir yerə gedib-gəlməyə başlamaq.

AYAĞI BÜDRƏMƏK

səhvə yol vermək, yanılmaq; ~ ayağı sürüşmək.

AYAĞI DALINCA GETMƏMƏK

bax: əldən düşmək.

AYAĞI DOLAŞMAQ

büdrəmək.

AYAĞI DÜŞƏRLİ (YÜNGÜL, SAYALI) OLMAQ

bir işə müsbət təsiri olmaq, xoşqədəm olmaq, uğur gətirmək, gəlişi uğurlu olmaq; ~ ayağı düşmək.

AYAĞI DÜŞMƏK

1. Gəlişi ilə uğur gətirmək, xoşqədəm olmaq; ~ ayağı düşərli (yüngül, sayalı) olmaq.  2. Təsadüfən,
подробнее

AYAĞI KƏSİLMƏK

bir yerə gəlib-getməmək, əlaqəsini kəsmək.