RUS

Tədqiqatçılardan Murad Aci yazır ki, bu söz ilk dəfə 839-cu ildə işlədilib. Bu cür adlandırılan əhali isveçlər imiş, onlara normanlar deyirlərmiş. Mənbələrdə rus və varyaq sözü bir müddət eyni mənada işlədilib. Finlər və estonlar İsveçə indi də Rossiya deyirlər. Slavyanlara venedlər deyiblər. Onlarla rusların heç bir əlaqəsi olmayıb. Qədim slavyanlar özlərini venedlər adlandırıblar. Bəs rus sözü haradan əmələ gəlib? M.Aci yazır: rus sözünün özü qədim varyaqcada (qədim island dia­lektində) “avarçılar”, “dənizçilər” mənasında olub. Skandinaviyalılar dəniz cən­ga­vərləri kimi tanınıblar. Rus sözü onlarla bağlıdır və sonradan indiki rusların adı­na çevrilib, yəni ruslar elə varyaqlar, “dənizçilər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RURBANİZASİYA
RUS, BURAX!
OBASTAN VİKİ
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rus (dəqiqləşdirmə)
Rus (xalq)
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Rus Gərgəri
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rus Pişiyi
Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır. Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi. Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir. Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güçlü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir. Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rus boşnyakiyası
Rus dağçətiri
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü. Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Rus dili
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır. Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir. Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Rus imperiyası
Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya. Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı. Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi.
Rus mafiyası
Rus mafiyası – Rusiya Federasiyasındakı ən böyük etnik mütəşəkkil cinayətkar qrupu. Ruslardan ibarət əsasən Moskva, Sankt-Peterburq, Tümen, Surqut, Yekaterinburq, Omsk, Astraxan, Krasnoyarsk, Rostov-na-Donu, Samara, İrkutsk kimi böyük şəhərlərdə cinayətkar qruplar üçün istifadə olunan ümumi termindir. Rusiyadan kənarda bu qruplar keçmiş SSRİ, Avropa, ABŞ, Türkiyə Respublikasında əksəriyyətində fəaliyyət göstərir.
Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1] http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.
Rus Şahinləri
Rus Şahinləri (rus. Соколы России) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2006-cı ildə yaradılmışdır. Uçuşlar üçün Su-25, Su-27 , Su-30 , Su-34, Su-35 və MiQ-29 təyyarləri istifadə olunur.
Rus şansonu
Rus şansonu (rus. русский шансон) — rus musiqisinin müxtəlif janrlarını (şəhər romantikası, hərbi, mühacir və bəzi pop mahnıları) əhatə edən kollektiv termin.
Rus ədəbiyyatı
Rus ədəbiyyatı (rus. Русская литература) – Rus şair və yazıçıların Rusiya, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Rus əlifbası
Rus əlifbası (ру́сский алфави́т, russkiy alfavit və ya ру́сская а́збука, russkaya azbuka) rus dilində istifadə olunan əlifbadır.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. Discovery Channel – MBG saytında.
Don (çay, Rusiya)
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır. Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1] Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər. Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Dostluq ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
Dyagilevin rus baleti
Dyagilevinin rus baleti (fr. Ballets russes, balɛʀys) — rus teatr və incəsənət xadimi Serqey Dyagilev tərəfindən yaradılmış balet . 1908-ci ildən 1929-cu ilədək (Sergey Dyagilevin ölümünə qədər) 20 mövsüm boyunca davam etmiş «Rus sezonları”ndan yaranmışdır. Xaricdə, xüsüsən edir.Fransa и Böyük Britaniyada böyük uğur əldə «Rus sezonları” təkcə xoreoqrafiya deyil, bütövlükdə dünya incəsənətinin inkişafında mühüm təsir rolunu oynamışdır. Monako knyazı Pyer Polinyakın himayədarlığı altında onlar Opera Monte-Karlo teatrının binasında yerləşmişdilər. İstedadlı təşkilatçı olan Dyagilev istedadları seçmək duyğusuna malik idi. O təşkil etdiyi sezonlara bütöv istedadlı rəqqas və xoreoqrafları dəvət etmişdir. Onlar arasında Vatslav Nijinski, Leonid Myasin, Mixail Fokin, Serj Lifar, Corc Balançin kimi istedadlar vardı. Dyagilevin tamaşalarının dekorasiya və geyimləri üzərində «İncəsənət dünyasının əməkdaşları » Leon Bakst və Aleksandr Benua çalışırdı. Sonradan hər zaman yeniliklərə meylli olan Dyagilev dekorator qismində Avropanın tanınmış rəssamları - Pablo Pikasso, Andre Deren, Koko Şanel, Anri Matissi və bir çox rus avanqardistləri — Natalya Qonçarova, Mixail Lariyonov, Naum Qabo, Antuan Pevzneri cəlb etmişdir.
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası (rus. Российская гимназия при Государственном Русском музее) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən orta ümumtəhsil müəssisəsi. Burada şagirdlər həm orta, həm də tam orta təhsil alırlar. Gimnaziya 1989-cu ildən Dövlət Rus muzeyinin nəzdindədir.
Dərband rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Ermənistan rusları
Ermənistan rusları — Ermənistan ərazisində yaşayan etnik azlıq. Sayları 11,9 min nəfər təşkil edir. Bu isə ümumi Ermənistan əhalisinin 0,39 % təşkil edir. Əvvəllər Ermənistan ərazisində rusların sayı kifayət qədər çox olmuşdur. Spitak zəlzələsi, SSRİ-nin çöküşü, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Türkiyə tərəfindən tətbiq edilən blokada Ermənistanda iqtisadı vəziyyəti ağırlaşdırması, ölkədə iqtisadi, elmi və təsərrüfat sahələrində baş verən çöküşlər rusların sayına mənfi təsir göstərmişdir. Onların böyük əksəriyyəti Rusiyaya çiqrasiya etmək məcburiyyətində qalmışdır. Gürcü-osetin və gürcü-abxaz münaqişləri nəticəsində Ermənistanla Rusiya arasında quru əlaqələrinin kəsilməsi bu köçü dahada artırmışdır. Ermənistanda hazırda ruslar güçlü şəkildə asimiliasiyaya məruz qalırlar. Bu diaspor keçmiş Sovetlər birliyi ölkələri arasında ən az saylısıdır. Ermənistandakı ruslar sosial və mədəni cəhətdən Ermənistana bağlılıq dərəcələrinə görə Sovet dövrü və ondan əvvəlki miqrantlara bölünürlər.
Ermənistan–Rusiya münasibətləri
Rusiya—Ermənistan münasibətləri — Rusiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanla Rusiya arasında diplomatik münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi hesab olunur. Rusiya və Ermənistanın əksər əsas beynəlxalq problemlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermənistan Rusiyanın MDB-nin gücləndirilməsinə yanaşmasını bölüşür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında əməkdaşlığı, erməni tərəfinin fikrincə milli təhlükəsizliyinin vacib elementidir. Dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər var. İqtisadi əlaqələr, siyasi və hərbi sahələrdə qarşılıqlı əlaqə səviyyəsinə görə ardıcıl olaraq yaxınlaşır. Ticarət balansı Rusiya üçün sistematik olaraq müsbətdir. Rusiya inamla Ermənistan iqtisadiyyatında ən böyük xarici investor mövqeyini qoruyur.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Eupatorium rusbyi
Polyanthina (lat. Polyanthina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Polyanthina nemorosa (Klatt) R.M.King & H.Rob. Sinonim Baccharis oppositifolia Kuntze Eupatorium melarhabdotrichum Gilli Eupatorium nemorosum Klatt Eupatorium pteropodum Hieron.
Falco rusticolus
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Fransa-Rusiya müharibəsi
Fransa-Rusiya müharibəsi (rus. Отечественная война 1812 года; fr. Сampagne de Russie pendant l'année 1812) — 1812-ci ildə Rusiya və Fransa imperiyaları arasında baş vermiş müharibə. Müharibənin səbəbləri Rusiyanın, Napoleonun İngiltərəyə qarşı Rusiyanın maraqlarını nəzərə almadan Avropa dövlətlərinə qarşı həyata keçirdiyi Kontinental blokada siyasətini aktiv dəstəkləməməsi idi. Müharibənin ilk mərhələsində (iyun-sentyabr 1812-ci il) rus ordusu Rusiya sərhədlərindən Moskvaya geri çəkildi, Borodino döyüşündə Moskvanı verdilər. Müharibənin ikinci mərhələsində (oktyabr-dekabr 1812) Napoleon ordusu ilk növbədə müharibə ilə maraqlanmayan ərazilərdə qış mənzillərinə getməyə səy göstərdi və sonra Rusiya ordusu, aclıq və don hadisələri ilə Rusiyanın sərhədlərinə çəkildi. Müharibə Napoleon ordusunun, Rusiya ərazilərinin azad edilməsi və 1813-cü ildə Varşava və Almaniya torpaqlarına hərbi əməliyyatların ötürülməsi ilə tamamilə məhv edildi. Napoleon ordusunun məğlubiyyətinin səbəbləri arasında rus tarixçisi N. Troitski müharibədə rus ordusunun qəhrəmanlığını, ümumilikdə geniş ərazilərdə və Rusiyanın təbii-iqlim şəraitində hərbi əməliyyatlar üçün fransız ordusunun hazır olmaması və rus komandiri Mixail Kutuzovun və digər generalların hərbi istedadları ilə izah edir. Napoleon Bonapart Avropada Rusiya kimi güclü bir dövlətin mövcudluğu ilə barışmaq istəmirdi. 1810-cu ildən Fransa Rusiyaya qarşı müharibəyə hazırlaşmağa başladı.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi. İnzibati mərkəzi Skobelevdir. Vilayət Hakim Senatın 5 (17) mart 1876-cı il tarixli 8424 saylı fərmanı ilə Rusiyaya birləşdirilmiş Kokand xanlığından yaradılmışdır; Eyni vaxtda vilayət hökuməti də yaradıldı. 30 aprel 1918-ci ildə bölgə Türküstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. 1924-cü il oktyabrın 27-də milli-ərazi demarkasiyası nəticəsində Fərqanə vilayəti Qara-Qırğız Muxtar Dairəsi ilə Özbəkistan SSR arasında bölündü. 1929-cu ildə Tacikistan SSR Özbəkistan SSR ərazisindən ayrıldıqdan sonra, Fərqanə vilayətinin cənub hissəsi sonuncu olaraq ayrıldı. Əhali əsasən Fərqanə vadisində yaşayırdı, burada dağların ətəyində əhalinin sıxlığı o zamankı İngiltərədəki kimi olan bütöv bir mədəni oazis silsiləsi yerləşirdi. Dağlar daha az məskunlaşmışdı və yüksək dağlar - Alay və Pamir - demək olar ki, boş qalmışdı. Pamir istisna olmaqla - 17 nəfər, bütün bölgədə 1 km²-ə 9,7 nəfər, mədəni oazislərdə - ən azı 135 nəfər; Pamirdə 1 sakinə təxminən 26 km² sahə düşür.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Hindistan–Rusiya münasibətləri
Hindistan–Rusiya münasibətləri (rus. Российско-индийские отношения hind. भारत-रूस सम्बन्ध) — Hindistan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli münasibətlər. Soyuq müharibə dövründə Hindistan və SSRİ arasında güclü strateji, hərbi, iqtisadi və diplomatik əlaqələr qurulmuşdur. Soyuq müharibə başa çatdıqdan sonra Hindistan Qərb dövlətləri ilə əlaqələrini inkişaf etdirmişdir. Buna baxmayaraq, SSRİ-nin dağılmasından sonra Rusiya ilə Hindistan arasında olan yaxın münasibətlər daha da inkişaf etmişdir. Hindistanla Rusiya arasındakı strateji tərəfdaşlıq beş sahəni əhatə edir. Bunlar siyasət, müdafiə, nüvə energetikası, terrorizmə qarşı mübarizə və kosmik fəza sahələridir. Növbəti illərdə altıncı sahə olaraq iqtisadi münasibətlərin də bu siyahıya əlavə ediləcəyi gözlənilir. Belə ki, 2025-ci ilə qədər tərəflər arasındakı ticarət dövriyyəsinin 30 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.
Hirundo rustica
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl anbarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rus-İran müharibəsi (1826-1828)
Rusiya-İran müharibəsi (1826–1828) — Rusiya ilə İran arasında 1826-cı ilin 16 iyul tarixində Azərbaycanın bölüşdürülməsi uğrunda başlayan bu irimiqyaslı müharibə 1828-ci ilin 10 fevral tarixində Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmışdır. Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Böyük Britaniya İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Rəsmi Qacar hökuməti isə bunun əvəzində heç bir ölkəni İran ərazisindən Hindistana buraxmayacağına dair öhdəlik götürür. İngilis diplomatları 1821-ci ildə İran ilə Osmanlı imperiyası arasında başlayan müharibənin dayandırılmasına nail oldular. İngilislər İranı Rusiyaya qarşı müharibəyə hazırladılar. Qacar hökuməti ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa, Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
II Rusiya-İran müharibəsi
Rusiya-İran müharibəsi (1826–1828) — Rusiya ilə İran arasında 1826-cı ilin 16 iyul tarixində Azərbaycanın bölüşdürülməsi uğrunda başlayan bu irimiqyaslı müharibə 1828-ci ilin 10 fevral tarixində Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmışdır. Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Böyük Britaniya İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Rəsmi Qacar hökuməti isə bunun əvəzində heç bir ölkəni İran ərazisindən Hindistana buraxmayacağına dair öhdəlik götürür. İngilis diplomatları 1821-ci ildə İran ilə Osmanlı imperiyası arasında başlayan müharibənin dayandırılmasına nail oldular. İngilislər İranı Rusiyaya qarşı müharibəyə hazırladılar. Qacar hökuməti ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa, Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.

Digər lüğətlərdə