RƏFTAR

i. behaviour, conduct, action, act, manners pl.; treatment (of); pis ~ bad* behaviour, misbehaviour, ill treatment, maltreatment; kobud ~ cruelty to smb., cruel treatment; ~ etmək to treat (d.); bir kəslə xoş ~ etmək to treat smb. kindly; bir kəslə pis ~ etmək to treat smb. roughly / unkindly, to maltreat smb., to ill-treat smb.; Onun rəftarı xoşuma gəlmir I don’t like the way he / she behaves, I don’t like his / her behaviour

RƏFİQƏLİK
RƏFTARLI
OBASTAN VİKİ
Rəftar İmanov
Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Ədalətli rəftar
Ədalətli rəftar (ing. Fair Dealing) — termini əsasən müəllif hüquqları qanunlarında istifadə olunur və əsərin müəllif hüquqları ilə qorunan hissələrindən məhdud, ədalətli şəkildə istifadəni tənzimləyir. Termin, müəllif hüquqlarının pozulmadan əsərin müəyyən hissələrinin istifadə olunmasına imkan yaradır. Ədalətli rəftar xüsusilə təhsil, tədqiqat, xəbər yayımı və tənqid məqsədləri ilə bağlıdır. Müəyyən bir istifadə "ədalətli" hesab edilə bilmək üçün bir neçə əsas meyar nəzərə alınır: İstifadənin məqsədi — əgər istifadə tədqiqat, təhlil, xəbər yayımı və ya tədris məqsədi daşıyırsa, bu, ədalətli rəftar hesab oluna bilər. Əsərin məzmunu — məhsul ictimaiyyət üçün geniş şəkildə əlçatan olan materiallar üzərində ədalətli rəftar prinsipi daha geniş tətbiq edilə bilər. İstifadənin miqyası — əsərin çox kiçik bir hissəsinin istifadəsi ədalətli sayıla bilər, lakin əsərin tam surətinin çıxarılması adətən bu prinsiplə uyğun gəlmir. İstifadənin təsiri — əsərin kommersiya dəyərinə və ya müəllifin gəlirlərinə mənfi təsir etməməsi də vacib şərtdir. Əgər istifadə əsərin bazardakı satışlarına və ya müəllifin gəlirlərinə zərər verirsə, bu, ədalətli rəftar sayılmaya bilər. Beləliklə, "ədalətli rəftar" müəllif hüquqları qanununda balans yaradan bir vasitədir və istifadəçilərə, müəllifin icazəsi olmadan da müəyyən şərtlər daxilində əsərdən yararlanmağa imkan verir.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
Rəftaridil Qadınəfəndi
Rəftaridil Qadınəfəndi (5 iyun 1838, Şimali Qafqaz – 3 mart 1936, İstanbul) — 33. Osmanlı sultanı V Muradın ikinci xanımı. Rəftaridil xanım 1838-c ildə Qara dəniz sahillərində yaşayan abadzex əsilli ailədə dünyaya gəlmişdir. Ailənin ondan başqa, sonrakı illərdə yüksək vəzifəli Osmanlı məmurları ilə evlənən Tərandil və Ceylanmələk adlı 2 qızı daha vardı. Davam edən müharibələr səbəbilə ailə Osmanlı torpaqlarına köç etmiş, ailənin hər 3 qızı da Osmanlı sarayına təslim edilmişdi. Nəhayət, Osmanlı hərəmində gözəlliyi ilə məşhurlaşan Rəftaridil xanım 4 fevral 1859-cu ildə Dolmabağça sarayında Şahzadə Muradla evləndirildi. Bu nigahdan 2 oğlu dünyaya gəlsə də, ikinci oğlu Şahzadə Süleyman körpə yaşlarında vəfat etmişdi. Ərinin 1876-cı ildə baş tutan 3 aylıq səltənəti əsnasında ikinci qadınəfəndi oldu. Əri taxtdan endirildikdən sonra isə bütün ailəsiylə birlikdə ərinin 1904-cü ildə vəfat etdiyi Çırağan sarayında yaşamağa başladı. Daha sonra 1910-cu ildə oğlu Şahzadə Mehmed Səlahəddin Əfəndi Ortaköy səmtində bir köşk alaraq ailəsini buraya köçürdü.
Rəftarıdil Qadınəfəndi
Rəftaridil Qadınəfəndi (5 iyun 1838, Şimali Qafqaz – 3 mart 1936, İstanbul) — 33. Osmanlı sultanı V Muradın ikinci xanımı. Rəftaridil xanım 1838-c ildə Qara dəniz sahillərində yaşayan abadzex əsilli ailədə dünyaya gəlmişdir. Ailənin ondan başqa, sonrakı illərdə yüksək vəzifəli Osmanlı məmurları ilə evlənən Tərandil və Ceylanmələk adlı 2 qızı daha vardı. Davam edən müharibələr səbəbilə ailə Osmanlı torpaqlarına köç etmiş, ailənin hər 3 qızı da Osmanlı sarayına təslim edilmişdi. Nəhayət, Osmanlı hərəmində gözəlliyi ilə məşhurlaşan Rəftaridil xanım 4 fevral 1859-cu ildə Dolmabağça sarayında Şahzadə Muradla evləndirildi. Bu nigahdan 2 oğlu dünyaya gəlsə də, ikinci oğlu Şahzadə Süleyman körpə yaşlarında vəfat etmişdi. Ərinin 1876-cı ildə baş tutan 3 aylıq səltənəti əsnasında ikinci qadınəfəndi oldu. Əri taxtdan endirildikdən sonra isə bütün ailəsiylə birlikdə ərinin 1904-cü ildə vəfat etdiyi Çırağan sarayında yaşamağa başladı. Daha sonra 1910-cu ildə oğlu Şahzadə Mehmed Səlahəddin Əfəndi Ortaköy səmtində bir köşk alaraq ailəsini buraya köçürdü.

Digər lüğətlərdə