RƏSM

is. tel. □ Rəsm içində rəsm – eyni ekran içində TV-nin bir neçə kanalının və videotəsvirinin baxıla bilməsinə imkan verən üsul.
RƏNGLİ
RƏSMLƏYİCİ
OBASTAN VİKİ
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Cəngavərliyə qəbul (rəsm)
Cəngavərlik rütbəsinin verilməsi — (Englishː The Accolade) ingilis rəssam Edmund Leightonun çəkdiyi rəsmdir. Bu, mövzusu cəngavərlik olan God speed (Tanrı sürəti - 1901) və Dediction (İthaf - 1908) əsərləri daxil olmaqla 1900-cü illərdə ərsəyə gətirdiyi xeyli rəsmlərdən biridir. Leightonun əsərlərinin və dövrünün ən çox tanınan tablosu kimi təsvir edilir. Rəsmin orijinalı və ilham mənbəyi ilə bağlı çoxlu hekayələr var. Tarixçilər təsdiq edir ki, bu rəsm rütbə verilməyə, cəngavərliyi təsdiq etməyə, cəngavərliyə qəbul olunmağa həsr olunub. Rəsmdə təsvir olununan namizədin çiyinlərinə qılıncın küt tərəfi ilə yavaşca toxundurmaq yaxud kürəyini qucaqlamaqla birlikdə bu cür mərasimlər bir neçə forma almışdı. İlk nümunədə seçiləcək olan namizəd cəngavər taxtındakı monarx qarşısında diz çökür. Monarx qılıncın kənarını cəngavərin sağ çiyninə toxundurur. Ondan sonra monarx qılıncı yavaşca şagirdin başı üzərinə qaldırır və sol çiyninə aparır. Yeni təyin olunmuş cəngavər qalxır, idarəçi ona cəngavər ordeninin nişanəsini göstərir.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Gecə quşları (rəsm)
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur. Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Suzanbağıları (rəsm)
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib. noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması. may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması. noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Babil qülləsi (rəsm)
Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir. == Vyana versiyası == Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır. ==== Məzmunu ==== Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı. 1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir.
Belqradın fəthi (rəsm)
Belqradın fəthi – Serbiyanın ilk məşhur qadın rəssamlarından və romantizm cərəyanının nümayəndəsi olan Katarina İvanoviçin yağlı boya rəssamlığına aid əsəri. 1844 -1845-ci illərdə yaradılmış bu rəsm əsərində, serb üsyanı nəticəsində 1806-cı ilin sonlarında Belqradın serblər tərəfindən tutulması təsvir edilir. İvanoviç, Münhen Akademiyasında təhsil alarkən Serb xalqının tarixi adlı kitabla tanış olur və bundan sonra belə bir rəsm əsərini yaratmaq qərarına gəlir. Rəsm, Belqradın incəsənət tənqidçiləri tərəfindən xoş qarşılanmır. İncəsənət tarixçisi Lilien Filipoviç-Robinson bunun zəif kompozisiya və məkan konstruktivliyi ilə əlaqədar olduğunu bildirdi. 1870-ci illərdə İvanoviçin əsərləri Serbiyada, demək olarki, unudulmuşdu. Belqradın fəthi 1874-cü ildə İvanoviçin Tarixi Portretlər Qalereyasına təqdim etdiyi dörd əsərdən biri idi. Bu dövrdə, qalereya Serbiya Milli Muzeyinin əsasını təşkil edirdi. Rəsm hal-hazırda Milli Muzeydə nümayiş etdirilir. == Arxa plan == Serb mədəniyyət tarixi üzrə ixtisaslaşmış elm xadimi David A. Norrisə görə, XIX əsr Serbiyanın siyasi vəziyyəti təsviri incəsənətin inkişaf etdirilməsi üçün uyğun deyildi.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Umeo rəsm muzeyi
Umeo rəsm muzeyi (isveş dilində:Bildmuseet) — İsveçin şimalında yerləşən Umeo şəhərində müasir incəsənət muzeyi. 2013-cü ildə muzeyi 81 267 nəfər ziyarət etmişdir . Muzey 1981-ci ildə Umeo universitetində təşkil olunmuşdur. Muzeyin kolleksiyasına beynəlxalq və İsveç müasir uncəsənətinin nümunələri, vizual mədəniyyət, dizayn və arxitektura əsərləri daxildir . Umeo rəsm muzeyində həmçinin sərgilər, mühazirələr, konsertlər, tamaşalar və digər mədəni-kütləvi tədbirlər keçirilir. 2012-ci ildə muzey İncəsənət kampusunda yerləşən yeni binaya köçürüldü və öz qapılarını tamaşaçılar üçün 19 may 2012-ci ildə açdı. Yeni rəsm muzeyi Henning Larsen Architects firması tərəfindən inşa edilmiş yeddi mərtəbəli binada yerləşir. Muzey binasının çöl tərəfində pəncərələr nizamsız şəkildə yerləşdirilmişdir. Binanın Ure çayına baxan pəncərələri isə ağ güllərlə bəzədilmişdir .
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Naməlum qadın (rəsm)
"Naməlum qadın" (rus. Неизвестная) — rus rəssamı İvan Kramskoyun (1837–1887) 1883-cü ildə çəkdiyi və Dövlət Tretyakov Qalereyasının kolleksiyasının bir hissəsi olan rəsm əsəri. Rəsmin ölçüsü 75,5×99 sm. Aleksandr Blokun eyniadlı şeirinə görə portret tez-tez səhvən "Yad qız" (rus. Незнакомка) adlandırılır. Kətan Aniçkov sarayının pavilyonları yaxınlığında, Nevski prospektində açıq ekipajda oturan gənc qadını təsvir edir. Sağda, onun arxasında, Aleksandrinski teatrını görmək olar. Qadın 1880-ci illərin ən son dəbinə uyğun geyinib. O, tüklü məxmər papaq, xəz və lentlərlə bəzədilmiş palto, manşet və nazik dəri əlcək taxıb. Görünüş möhtəşəm, sirli və bir az kədərlidir."Onun geyimi zərif yüngül lələklərlə işlənmiş "Fransisk" şlyapası, ən yaxşı dəridən hazırlanmış "İsveç" əlcəkləri, samur xəzi və mavi atlas lentlərlə bəzədilmiş "Skobelyev" paltosu, manşet, qızıl bilərzikdir ki, bütün bunlar 1880-ci illərin bahalı zəriflik iddiasında olan qadın kostyumunun dəbli detallarıdır.
Cəlilabad Dövlət Rəsm Qalereyası
Cəlilabad Dövlət Rəsm Qalereyası Cəlilabad Dövlət Rəsm Qalereyası 1985-ci ilin fevral ayının 12 – in də yaradılmışdır. 2015-ci ildə yeni binaya köçürülmüşdür. Ümumi sahəsi – 400 m2-dir. Ekspozisiya sahəsi 180 m2 olub, Fond saxlamağı otağı 25 m2-dir. Rəsm Qalereyasının fəaliyyəti əhalinin geniş təbəqələri arasında, milli və dünya təsviri, dekorativ — tətbiqi sənət əsərlərinin təbliği və milli — mədəni irsimizin toplanaraq qorunması məqsədini daşıyır. Rəsm Qalereyasında görkəmli xalq rəssamlarının əsərləri ilə yanaşı yerli peşəkar rəssamların da əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Qalereyada qonşu rayonların Rəsm Qalereyaları ilə əməkdaşlıq münasibəti yaradılaraq rəsm əsərlərinin mübadilə yolu ilə sərgisi təşkil olunur. Burada məktəbli uşaq rəssamların da rəsm əsərlərinin sərgisinə geniş yer verilir. Hazır burada mühafizə edilən bədii fondlar vardır. Qalereyada təsviri incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət növünə aid 200 – dən çox eksponat mühafizə olunur.
Cənubi Koreyada rəsmi istirahət günləri
Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər. İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər.
Daşkəsən Dövlət Rəsm Qalereyası
Daşkəsən rayon Dövlət Rəsm Qalereyası — 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Qalereyada ştat üzrə 4 nəfər işçi çalışır. Onlardan 1 nəfər ali təhsilli, 3 nəfər isə orta təhsillidir. Ümumi sahəsi 40 m2-dir, 1 otaqdan ibarətdir. Qalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqalarının əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqalarının əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Elxan Məmmədov (rəsmi şəxs)
Elxan Məmmədov (18 iyun 1979, Bakı) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022), UEFA Avropa Liqası Finalı-nın 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti, 29 may, 2019-cu ildən isə həmin komitənin sədridir. Elxan Məmmədov 18 iyun, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Amerika InterContinental Universitetində (London, Böyük Britaniya) Biznesin İdarəedilməsi və Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak etmişdir. O, həmçinin 2012-ci ildə Salford Universitetində (Mançester, Böyük Britaniya) İdarəetmə Planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurmuşdur. 2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir. 1996–1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləmişdir. American InterContinental Universitetini bitirdikdən sonra 2000–2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində işləmişdir. Elxan Məmmədov 2007–2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009–2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir.
Füzuli Dövlət Rəsm Qalereyası
Füzuli Dövlət Rəsm Qalereyası — 16 noyabr 2016-cı ildə yaradılmışdır Heydər Əliyev və prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binanın sahəsi 324 kvadratmetrdir. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Füzuli Horadiz Azərbaycan Dövlət Rəsm Qalereyaları "İlham Əliyev Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". president.az. İstifadə tarixi: 01.04.2021. "Prezident İlham Əliyev Horadizdə Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". www.salamnews.org. İstifadə tarixi: 01.04.2021.
Fərid Məmmədov (dövlət rəsmisi)
Goranboy Dövlət Rəsm Qalereyası
Gоrаnbоy Dövlət Rəsm Qаlеrеyаsı — 1986-cı ildə yаrаdılıb. Goranboy şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 108 ədəddir. Burada Azərbaycanın Tаğı Tаğıyеv, Güllü Mustаfаyеvа, Mаrаl Rəhmаnzаdə və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Goranboy Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli 100 saylı əmrinə əsasən yaradılmışdır. Dövlət Rəsm Qalereysı 1986-cı ildən 2005-ci ilin may ayına qədər Qızılhacılı qəsəbəsində fəaliyyət göstərmişdir. May ayının əvvəlində rayon mərkəzində Mədəniyyət və İstirahət Parkında yerləşmişdir. 2005-ci il may ayında Goranboy rayon Dövlət Rəsm Qalereyasının açılışı olmuşdur. Açılışda hörmətli Prezdentimiz cənab İlham Əliyev və "Heydər Əliyev Fondu"nun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir.
Göyçay bağlarında (rəsm əsəri)
Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub. Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir. Kamenski həm də qeyd edir ki, şəkildə nə birbaşa nə də geri prespektiv yoxdur cisimlər şəklin tam mərkəzində möhkəmlənib və künclərə doğru kiçilir.
Gəmiqaya rəsmləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Gəncə Dövlət Rəsm Qalereyası
Gəncə Dövlət Rəsm Qalereyası — Gəncə Dövlət Rəsm Qаlеrеyаsı (GDRQ) 1980-ci ildə yаrаdılıb. Gəncə şəhəri, Atatürk prospektində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 41 ədəddir. Burada Azərbaycanın Tеlmаn Cəfərоv, Fаiq Оsmаnоv və s. kimi tаnınmış rəssаmlаrla yanaşı, Gəncə rəssamların da əsərləri nümаyiş еtdirilir. Gəncə Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmri ilə 1984-cü ilin aprel ayının 15-də yaradılmışdır. Gəncə Dövlət Rəsm Qalereyasının açılışında Ulu öndər Heydər Əliyev cənabları iştirak etmişdir. İlk öncə Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri mərhum Fazil Əliyev, sonralar isə uzun müddət işləmiş rəssam Telman Cəfərov olmuşdur. 2004-cü ildən isə Rəsm Qalereyasına xalçaçı-rəssam Osman Faiq Məcid oğlu rəhbərlik edir. Gəncə Dövlət Rəsm Qalereyası bu günə kimi bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak etmişdir.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır . Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kaskina döyüşü (rəsm əsəri)
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri. Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır. Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi.
Kürdəmir Dövlət Rəsm Qalereyası
Kürdəmir Dövlət Rəsm Qalereyası 2003-cü ilin may ayından fəaliyyət göstərir. Qalereyada ekspozisiyaların qurulması və sərgilərin keçirilməsi üçün geniş və işıqlı 3 salon, vestibül və dəhliz il boyu fəaliyyət göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə mövcuddur. Qalereyada 106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin topluları da yığılır. Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar. Kürdəmir rayonu Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi Kürdəmir bələdiyyələri "Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri".
Laçın Dövlət Rəsm Qalereyası
Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Nərmanov rayon Bakı şəhər 2 saylı Peşə məktəbinin binasında 50 km sahəsi olan bir otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 13 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 101 ədəd əsər var. Bunlardan 10 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və “Uşaq aləmi” adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə çəkilmiş şəkilləri yer alır. Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb. Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır. Laçın rayonu Laçın abidələrinin siyahısı Laçın Laçın Tarix-Diyarşünaslıq Muzeyi "Laçın Dövlət Rəsm Qalereyasında ermənilərin "laçın"ın işğal etmələrinin 27-ci ildönümü".
Lerik Dövlət Rəsm Qalereyası
Lerik Dövlət Rəsm Qalereyası — 2005-ci ildə yаrаdılıb. Lerik şəhərinin mədəniyyət еvində yеrləşir. Qalereyada ekspоnаtlаrın sаyı 55 ədəddir. Burada Azərbaycanın Nаdir Əbdürrəhmаnоv, Sаlаm Sаlаmzаdə, Mаhmud Tаğıyеv, Аsəf Cəfərоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Binanın ümumi sahəsi 135 kv.m-dir. Binada: 1 otaq, 1 sərgi zalı vardır. Əsas fond 32 ədəd, yardımçı fond 27 ədəd olmaqla 59 eksponat vardır. "Azərbaycan Dövlət Rəsm Qalereyaları". azgallery.az.
Lənkəran Dövlət Rəsm Qalereyası
Lənkəran Dövlət Rəsm Qalereyası — Qalereya Lənkəran şəhəri F.Məmmədov 1. ünvanında tarixi, dairəvi qalada yerləşir. Dairəvi qala 1747–1786-cı illərdə inşa edilmiş memarlıq abidəsidir. Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı (LDRQ) 1981-ci ildə yаrаdılıb. Qalereyada ekspоnаtlаrın sаyı 124 ədəddir. Burada Azərbaycanın Tоğrul Nərimаnbəyоv, Nаdir Əbdürrəhmаnоv, Böyükаğа Mirzəzаdə, Lətif Fеyzullаyеv, Hаfiz Zеynаlоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Qalereyada il ərzində 10–12 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir və tanınmış rəssamların sərgiləri nümayiş olunur. Qalereyada rəssamların sərgiləri ilə yanaşı uşaq yaradıcılığına da xüsusi yer verilir.
Madam de Pompadur (rəsm)
Madam de Pompadur (fr. Madame de Pompadour) — Fransua Buşe tərəfindən 1756-cı ildə çəkilmiş 201 x 157 sm ölçülü rəsm əsəri.

Значение слова в других словарях