sədd
sədəf
OBASTAN VİKİ
Çin Səddi
Böyük Çin səddi — qədim Çində ölkənin şimalından gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə məqsədilə tikilmiş istehkamlar xətti. Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Böyük Çin səddi
Böyük Çin səddi — qədim Çində ölkənin şimalından gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə məqsədilə tikilmiş istehkamlar xətti. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Çin səddi (maliyyə)
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Beşbarmaq səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Gilgilçay səddi
Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı. == Tarixi == Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı.
Qarabağlar səddi
Qarabağlar səddi — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndinin cənubunda aşkar olunmuş arxeoloji abidə. Eni 1,25 m olan divarın qalıqları 500 m uzunluğun- da salamat qalmışdır. Divarın bir ucu Qarabağlar, digər ucu isə Qıvraq kəndinə doğru uzanır. Səddin yaxınlığında yaşayış binalarına rastlanmamışdır. Xalq arasında Qarabağlar kəndindən Şahtaxtı kəndinədək uzanan qara hasarın mövcudluğu haqqında rəvayət də vardır. Ehtimal ki, bu divar vaxtilə sərhəd bildirən bir tikili olmuşdur. Divarın ətrafından aşkar olunan keramika məmulatı başlıca olaraq orta əsrlərə aiddir. Divar qalıqlarını 9–11 əsrlərə aid etmək olar.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir. Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü.
Səddi-İsgəndəri
Səddi-İsgəndəri (özb. Saddi Iskandariy; سد اسكندرى) — Əlişir Nəvainin 1485-ci ildə Cığatay dilində yazılmış İsgəndər (Makedoniyalı İsgəndər) haqqında poemasıdır. Xəmsəsinə daxildir. Fars (Şahnamə, İsgəndərnamə) və ərəb əfsanələrinin (Quran) işlənməsi əsasında Şərq ədəbiyyatında Makedoniyalı İsgəndər obrazının dərk edilməsinə həsr olunub. 89 fəsildən ibarətdir. Rum və Rusun övladsız hökmdarı (məlik) Faylakus şəhərin xarabalıqları arasından bir körpə tapır, onu övladlığa götürür və adını İsgəndər qoyur. Nəvai bu körpənin fars şahı Daranın gözdən düşmüş Rum şahzadəsindən olan oğlu olması versiyanı açıqlayır. İsgəndərə ən yaxşı müəllimlər təqdim olunur, o cümlədən Nakumoxisin oğlu Ərəstu. Ərəstu İsgəndərin böyük gələcəyini proqnozlaşdırır. Faylakusun ölümündən sonra İsgəndər Rum üzərində padşahlıq edir.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Böyük qum səddi
"Böyük qum səddi" — ilk dəfə 2015-ci ilin martında Sakit Okean Donanmasının komandanı olmuş ABŞ admiralı Harri Harris tərəfindən Çin Xalq Respublikasının (ÇXR) 2013-cü ilin sonundan 2016-cı ilin sonuna qədər olan dövrdə Cənubi Çin dənizinin Spratli adaları ərazisində bir sıra unikal irimiqyaslı torpaq bərpası layihələrini təsvir etmək üçün istifadə edilən ad. == Regional konsepsiya == Çin mənbələrinə görə, konsepsiya 1972-ci ildə Vyetnamın Baş Naziri Fam Van Donqun hökuməti nəzdindəki Tədqiqatlar və Xəritəçəkmə Bürosu tərəfindən çap etdirilmiş "Dünya Atlası"ında "Nanşan və Xişa adalarından Haynan adasına, Tayvan adasına, Penhuledao adalarına və Çjouşan adalarına qədər adalar silsiləsi yay şəklindədir və materik Çinini müdafiə edən böyük səddini təşkil edir" ifadəsindən yaranmışdır.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. Vətəni Çindir. Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin xenomelesi
Çin xenomelesi (lat. Chaenomeles sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü. Yabanı halda Çində və Yaponiyada bitir. Vətəni Çindir. Hündürlüyü 1-6 m olan yarımhəmişəyaşıl kol və ya kiçik ağacdır. Zoğları tikanlı və ya tikansızdır. Yarpaqları növbəli, dişli, kəsiyində oyuqlu, saplaqları 2 sm-dək uzunluqdadır. Yalançı zoğları tökülür. Çiçəkləri iri, diametri 3-4,5 sm, tək və ya 2-6 ədəd qısa salxımlara yığılmışdır. Çox vaxt yarpaqlar əmələ gələnədək açılır.
Çin cırlimonu
Çin cırlimonu (lat. Schisandra chinensis) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin cır limon cinsinə aid bitki növü. Rusiyanın Uzaq Şərqindən Çinin şimalı və Yaponiyanın mərkəzi hissələrinə qədər yayılmışdır. Hündürlüyü 8 m-ə qədər olub, sarmaşan bitkidir. Şar formada, qırmızı rəngli, ikitoxumlu giləmeyvəyə malikdir. Toxumları sarı rəngdədir. Bitki iyun ayından başlayaraq çiçək açır, meyvələri sentyabr-oktyabrda yetişir. Yabanı halda Mancuriyanın iriyarpaq meşələrində, xüsusən meşələrin qalın yerlərində və çay kənarlarında geniş yayılmışdır. Bitkinin meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda istifadə edilir. Qurudulmuş meyvələri tünd qırmızı rəngdə olub, turş dada malikdir.
Çin loropetalumu
Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü. Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır. Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.
Çin ərkəvanı
Çin ərkəvanı (lat. Cercis chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Mərkəzi Çində geniş yayılmışdır. Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir.
Çin güləbətini
Çin güləbətini (lat. Pulsatilla chinensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Çin təqvimi
Çin təqvimi yaranması miladdan öncə 3000-ci illərə təsadüf edir ve bu dövr ərzində 31 Haysay təqvimi ötüb və bu təqvim Çinin yaranması e.ə 221-ci ildə Və Sin Sülaləsinin hakimiyyəti illərindən başlayaraq hesablanır. Çin əhalisinin 10%-i bu təqvimdən istifadə edir və əsasəm Çinin cənub-qərb və cənub bölgələrində bu təqvimdən istifadə edirlər.
Çin pıtrağı
Çin pıtrağı (lat. Xanthium chinense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü.

Digər lüğətlərdə