Sərdar Vəliyev
Sərdar Novruz oğlu Vəliyev (4 aprel 1939, Astarxanbazar) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Prezident təqaüdçüsü.
Sərdar Novruz oğlu Vəliyev 14 aprel 1939-cu ildə Cəlilabadda anadan olub. Orta məktəbi burada bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasına operator assistenti kimi işə düzəlib. 1984-cü ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. 130-a yaxın bədii və sənədli filmlərin operatorudur.
Prezident təqaüdçüsüdür. (2006)
Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000)
Operator assistenti kimi
Zirvə (film, 1964) (qısametrajlı bədii film)
Dağlarda döyüş (film, 1967) (tammetrajlı bədii film)
İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film)
Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film)
Gilas ağacı (film, 1972) (qısametrajlı bədii film)
Operator kimi
Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969) (qısametrajlı sənədli film)
Azərbaycanın faunası (film, 1970) (qısametrajlı sənədli film)
Azərbaycanın florası (film, 1970) (qısametrajlı sənədli film)
Kəndimizin qəhrəmanı (film, 1971) (qısametrajlı sənədli film)
Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974) (qısametrajlı sənədli film)
Üzümlüklərin salınması və becərilməsi (film, 1974) (qısametrajlı sənədli film)
Azərbaycan mənzərələri (film, 1975) (qısametrajlı sənədli film)
Qızıl balıqlar (film, 1975) (qısametrajlı sənədli film)
Azərbaycan məktəbində rus dili (film, 1976) (qısametrajlı sənədli film)
Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976) (qısametrajlı sənədli film)
Nizami Gəncəvi (film, 1976) (qısametrajlı sənədli film)
Odlu burulğanın ram edilməsi (film, 1976) (qısametrajlı sənədli film)
Süleyman Rüstəm (film, 1976) (qısametrajlı sənədli film)
1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film) (qısametrajlı sənədli film)
Şirvan qoruğu (film, 1977) (qısametrajlı sənədli film)
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978) (qısametrajlı sənədli film)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979) (qısametrajlı sənədli film)
Yaşıl möcüzə (film, 1979) (qısametrajlı sənədli film)
Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)
Dostlar görüşəndə (film, 1980) (qısametrajlı sənədli film)
Günəşli salxımlar (film, 1980) (qısametrajlı sənədli film)
Həyat naminə (film, 1980) (qısametrajlı sənədli film)
60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
Bakıda "Mosfilm" günləri (film, 1981) (qısametrajlı sənədli film)
Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film)
Böyük anda sadiqik (film, 1981) (qısametrajlı sənədli film)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981) (qısametrajlı sənədli film)
Qan qohumluğundan irəli (film, 1981) (qısametrajlı sənədli film)
Qəhrəmanlara eşq olsun! (film, 1981) (qısametrajlı sənədli film)
Nailiyyətlər estafeti (film, 1981) (qısametrajlı sənədli film)
Ev dirəyi-el dirəyi (film, 1982) (qısametrajlı sənədli film)
Odu qoru (film, 1982) (qısametrajlı sənədli film)
Cəh-cəh həsrətində (film, 1983) (qısametrajlı sənədli film)
Xəzər: İnsanlar və neft (film, 1983) (qısametrajlı sənədli film)
Saatlı eksperimenti (film, 1983) (qısametrajlı sənədli film)
"Azərbaycan" dünyanı gəzir (film, 1984) (qısametrajlı sənədli film)
İkinci həyat (film, 1984) (qısametrajlı sənədli film)
Təhlükəsizlik keşiyində (film, 1984) (qısametrajlı sənədli film)
Ulu diyar (film, 1984) (qısametrajlı sənədli film)
Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film)
Yürüşün sonu varmı?