SAKİN

SAKİN I is. [ ər. ] Yaşayan, bir yerin əhli olan. Onların dilini hətta qonşu kəndin sakinləri də başa düşə bilmirlər...

SAKİN II is. [ ər. ] Ərəb əlifbasında: hərəkəsi olmayan, hərəkəsiz.

SAĞRI
SAL
OBASTAN VİKİ
Sakin Cabarov
Sakin Həmid oğlu Cabarov — fizika elmləri doktoru, dosent. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini. == Həyatı == Sakin Cabarov 30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Ailəlidir, bir oğlu bir qızı vardır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. == Təhsili == 1990–2000-cu illərdə Xaçmaz rayonu Q. Mövlanov adına Dədəli kənd orta məktəbində orta təhsilini almışdır. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış və həmin fakültəni Fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistraturasında təhsil almış və Kvant elektronikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun fəlsəfə doktorluğu üzrə 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə doktoranturada təhsil almış, 2012-ci ildə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərdə struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə dosent elmi adı almışdır.
Sakin Məmmədzadə
Musaküçə Kəndinin Sakinləri (1973)
Musaküçə kəndinin sakinləri (film, 1973)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. == Səhvlər == Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Qara Daşların Sakinləri (1991)
== Məzmun == Kinolentdə dünyanın möcüzəsi sayılan, Xəzər dənizində polad adalar üzərində qərar tutan Neft Daşlarından, bu qeyri-adi şəhərin sakinlərindən-Azərbaycan neftçilərindən söhbət açılır. == Film haqqında == Film Sov. İKP XXII Qurultayı Adına NQÇİ-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: İmran İsmayıl Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Səyyad İbrahimov (əməkdar mühəndis) == Sponsor == Sov. İKP XXII Qurultayı Adına NQÇİ == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qara daşların sakinləri (film, 1991)

Yer sakinləri
Yer sakinləri (ing. Earthlings) — 2005-ci ilin ABŞ istehsalı olan sənədli filmi. Filmdə heyvanların insan tərəfindən istismarı problemləri qaldırılır. Filmin rejissoru amerikalı Şon Monsondur. Filmi amerikalı aktyor Xoakin Feniks səsləndirib, musiqisi Riçard Mellvil Holl tərəfindən yazılıb. Film bir növün digər növü diskriminasiya edilməsi məsələsini qaldıraraq bu problemi irqi ayrı-seçkilik və seksizm kimi diskriminasiya növləri ilə müqayisə edir. Spesisizm adlanan bu cür diskriminasıyanın nümunələri kimi insanın heyvanları sənayenin müxtəlif sahələrində istismarından danışılır (qida, geyim, əyləncə, elm və s.). Filmdə zoomağazalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikalarından, donuz və inək fermalarından, dəri və xəz istehsalı və satışı yerlərindən, idman və əyləncə tədbirlərindən və tədqiqat laboratoriyalarından kadrlar nümayiş etdirilir. Filmin əsas hissəsini heyvanlara qarşı zorrakılığı, o cümlədən heyvanların öldürülməsini əks etdirən sənədli kadrlar təşkil edir. Rejissor Şon Monsonun sözlərinə görə filmin 2/3 hissəsi gizli kameralar vasitəsi ilə çəkilib.
Yer sakinləri (film, 2005)

Digər lüğətlərdə