samitsiz
samnit
OBASTAN VİKİ
Sammit gölü
Sammit gölü (ing. Summit Lake) — Kanadanın Alberta əyalətində, Uoterton Gölləri Milli Parkında, Kameron gölünün yuxarısında, Alderson-Kartyu cığırının yaxınlığında yerləşən göl. Göl Kartyu və Kuster dağlarının arasındakı keçiddə yerləşir.
Sammit (Nyu-Cersi)
Sammit (ing. Summit) — ABŞ-nin Nyu-Cersi ştatında, Nyu-York metropoliteni ərazisində yerləşən Yunion dairəsinin ən şimal şəhəri. Nyu-Cersinin şimalında — mərkəzi silsilədə yerləşən şəhər Raritan Vadisi və Rahway Vadisi bölgələrində yerləşir və həmçinin Passaic Vadisi bölgəsindəki Esseks və Morris rayonları ilə həmsərhəddir.
2010 Lissabon sammiti
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. == Görüş == Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. == Gündəlik == === Strateji Konsepsiya === Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
2015 G-20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
2015 G20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
2017 G-20 Hamburq sammiti
2017 G20 Hamburq sammiti — G20-nin sayca on ikinci görüş olub, Almaniyanın Hamburq şəhərində, 7-8 iyul 2017 tarixində baş tutmuşdur. == İştirakçılar == 2017 G20 Hamburq sammitində iştirak edən liderlərin siyahısı: === Daimi qonaqlar === === Beynəlxalq Təşkilatlar === == Summit gündəmdə == Hər zamanki sammit mövzuları olan Qlobal İqtisadi İnkişaf, Beynəlxalq Ticarət və Finans Marketlərinin Təmzinlənməsi mövzularına əlavə olaraq G20 Sammitində aşaqdakı mövzular da müzakirə olunmuşdur. === Daha Əhatəli Böyümə === G20-nin sonuncu məruzəsi, ticarət əlaqələrinin inkişaf etməkdə olan ölkələrə qarşı qarşılıqlı və ayrı-seçkilik olmamasına ehtiyac olduğunu vurğulayaraq, liberalizasiyanın prioritetinə və azad bazar iqtisadiyyatının qurulma yolunda təşviqinə önəm vermək. === Davamlı İnkişaf üçün 2030 Gündəmin həyata keçirilməsi === Birləşmiş Ştatların Paris Konvensiyasından çəkilməsinə baxmayaraq, Almaniyanın sədri BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) ruhunda "ətraf mühitin davamlılığı, gender bərabərliyi və sosial inklüzivliyi üçün yenilənmiş ictimai siyasət maraqlarından" xüsusilə də bərpa olunan enerjinin təqdimatı və inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə daha çox qalıq yanacaq ayrılması. ==== Hind-Norveç əməkdaşlığı və birgə investisiya ==== Hindistanın Baş naziri Narendra Modi Norveçin Pensiya Fondunu ölkəsinin Milli İnfrasktur İnvestisiya platformasına investisiyalar üçün dəvət etmişdi. === Qadınların iqtisadi gücləndirilməsi === === Qaçqınlar və Avropa miqrant böhranı === === Terrorla mübarizə və milli təhlükəsizlik === G20 liderləri birgə bəyanatında terror qruplarına maliyyələşdirmənin boğulmasına və internet üzərindən təbliğatın yayılmasına mane olmaq üçün addımlar atmağa söz verdilər. Hindistanın baş naziri Narendra Modi, Pakistan torpaqlarında fəaliyyət göstərən terror təşkilatlarını adlandıraraq bu qrupların hamısının eyni ideologiyanı və məqsədi - nifrət yaymaq və insanları öldürməyi paylaşdığını söyləyib. İndoneziya prezidenti Joko Widodo, üzv dövlətləri terrorla mübarizəyə birləşməyə çağırdı və önləyici və radikalizasiya proqramlarını da vurğuladı. ABŞ və Rusiya, Trump ilə Putin arasında Hamburqda danışıqlardan sonra Suriya atəşkəsi razılaşmasına çatdı. Almaniyanın Federal Kansleri Angela Merkel, G20 zirvəsinin bağlanış mətbuat konfransında jurnalistlərə etdiyi şərhdə, "G20'nin Trump və Putin arasında ilk görüşünün reallaşdığının marjında olduğunu sevindim.
2017 G20 Hamburq sammiti
2017 G20 Hamburq sammiti — G20-nin sayca on ikinci görüş olub, Almaniyanın Hamburq şəhərində, 7-8 iyul 2017 tarixində baş tutmuşdur. == İştirakçılar == 2017 G20 Hamburq sammitində iştirak edən liderlərin siyahısı: === Daimi qonaqlar === === Beynəlxalq Təşkilatlar === == Summit gündəmdə == Hər zamanki sammit mövzuları olan Qlobal İqtisadi İnkişaf, Beynəlxalq Ticarət və Finans Marketlərinin Təmzinlənməsi mövzularına əlavə olaraq G20 Sammitində aşaqdakı mövzular da müzakirə olunmuşdur. === Daha Əhatəli Böyümə === G20-nin sonuncu məruzəsi, ticarət əlaqələrinin inkişaf etməkdə olan ölkələrə qarşı qarşılıqlı və ayrı-seçkilik olmamasına ehtiyac olduğunu vurğulayaraq, liberalizasiyanın prioritetinə və azad bazar iqtisadiyyatının qurulma yolunda təşviqinə önəm vermək. === Davamlı İnkişaf üçün 2030 Gündəmin həyata keçirilməsi === Birləşmiş Ştatların Paris Konvensiyasından çəkilməsinə baxmayaraq, Almaniyanın sədri BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) ruhunda "ətraf mühitin davamlılığı, gender bərabərliyi və sosial inklüzivliyi üçün yenilənmiş ictimai siyasət maraqlarından" xüsusilə də bərpa olunan enerjinin təqdimatı və inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə daha çox qalıq yanacaq ayrılması. ==== Hind-Norveç əməkdaşlığı və birgə investisiya ==== Hindistanın Baş naziri Narendra Modi Norveçin Pensiya Fondunu ölkəsinin Milli İnfrasktur İnvestisiya platformasına investisiyalar üçün dəvət etmişdi. === Qadınların iqtisadi gücləndirilməsi === === Qaçqınlar və Avropa miqrant böhranı === === Terrorla mübarizə və milli təhlükəsizlik === G20 liderləri birgə bəyanatında terror qruplarına maliyyələşdirmənin boğulmasına və internet üzərindən təbliğatın yayılmasına mane olmaq üçün addımlar atmağa söz verdilər. Hindistanın baş naziri Narendra Modi, Pakistan torpaqlarında fəaliyyət göstərən terror təşkilatlarını adlandıraraq bu qrupların hamısının eyni ideologiyanı və məqsədi - nifrət yaymaq və insanları öldürməyi paylaşdığını söyləyib. İndoneziya prezidenti Joko Widodo, üzv dövlətləri terrorla mübarizəyə birləşməyə çağırdı və önləyici və radikalizasiya proqramlarını da vurğuladı. ABŞ və Rusiya, Trump ilə Putin arasında Hamburqda danışıqlardan sonra Suriya atəşkəsi razılaşmasına çatdı. Almaniyanın Federal Kansleri Angela Merkel, G20 zirvəsinin bağlanış mətbuat konfransında jurnalistlərə etdiyi şərhdə, "G20'nin Trump və Putin arasında ilk görüşünün reallaşdığının marjında olduğunu sevindim.
2019 G-20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
2019 G20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
Budapeşt sammiti
ATƏT-in Budapeşt sammiti (4–6 dekabr 1994-cü il) — 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu. == ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi == İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏM-in Minsk qrupu ilə birgə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. Bununla əlaqədar onlar münaqişədə iştirak edən tərəfləri birbaşa əlaqələr də daxil olmaqla, intensiv daimi danışıqlara çağırdılar.
NATO-nun Lissabon sammiti (2010)
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
NATO sammiti
NATO sammiti (ing. NATO summit) — Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin dövlət və hökumət başçılarının təşkilatın strateji istiqamətini qiymətləndirmək və müəyyən etmək, habelə yeni Baş katibin seçilməsi qaydalarını təsdiq etmək üçün vaxtaşırı baş tutan görüşü. Sammitlərin yeri və vaxtı Şimali Atlantik Şurası tərəfindən müəyyən edilir. 1949-cu ildə NATO-nun yaranmasından bu yana otuzdan çox NATO sammiti keçirilmmişdir. Sonuncu müntəzəm sammit 2019-cu ilin dekabrında Şimali Makedoniya Respublikasının ittifaqa qoşulmaq qərarına gəldiyi zaman Londonda baş tutmuşdur.
Praqada NATO sammiti (2002)
Praqada NATO sammiti — 20–22 noyabr 2002-ci il tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVI NATO sammiti idi. Mətbuat konfransında ABŞ-nin o vaxtkı prezidenti Corc Buş "istəklilərin koalisiyası" ilə birlikdə Səddam Hüseynin "silahsızlaşdırılacağı"nı elan etmişdir.
Türkdilli ölkələrin zirvə sammiti
Türkdilli ölkələrin zirvə sammiti (türk. Türk Dili Konuşan Ülkeler Zirvesi) — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzüv dövlətdə keçirilən beynəlxalq sammit.
Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti
Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ing. World Summit on the Information Society) — 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə keçirilən İnformasiya və Kommunikasiya Texnologiyaları və İnformasiya Cəmiyyətinə dair iki mərhələli bir zirvə. Məqsədlərdən biri də yoxsul ölkələrdə İnternetə giriş imkanlarını genişləndirərək rəqəmsal uçuruma son qoymaqdır. Bu konfranslarda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü tətil elan edildi. 1998-ci ildə Minneapolisdə keçirilən BTİ-nin Səlahiyyətli Konfransında bir Tunis təklifindən sonra, BTİ İnformasiya Cəmiyyəti Sammitinin çağırılması barədə 73 saylı Qərarı təsdiqlədi və BMT-yə təqdim etdi. 2001-ci ildə zirvənin 2 mərhələdə keçirilməsi qərara alındı: 10-12 dekabr 2003-cü il Cenevrədə və 16-18 noyabr 2005 Tunisdə. 21 dekabr 2001-ci il tarixində BMT Baş Məclisi, Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədləri ilə əlaqələndirilərək İnformasiya Cəmiyyəti Sammiti haqqında 56/183 saylı qətnaməni təsdiqlədi. 2003-cü ildə Cenevrədə 175 ölkədən nümayəndələr İnformasiya Cəmiyyətinin Qurulmasına dair Bəyannamə qəbul etdilər. Planlara görə, 2015-ci ilədək dünya əhalisinin 50% -i İnternetə çıxışı olmalı idi. İnternetin tənzimlənməsi və bu prosesin maliyyələşdirilməsi məsələləri həll olunmamış qaldı.
İstanbul sammiti (1999)
İstanbul sammiti — 18–19 noyabr 1999-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) VI sammiti. Sammitin yekunu olaraq İstanbul Sammiti Bəyannaməsi qəbul edilmiş və Avropa Təhlükəsizlik Xartiyası imzalanmışdır. Həmçinin, İstanbulda ATƏT-in 30 iştirakçı dövləti Soyuq müharibədən sonrakı hadisələri əks etdirmək üçün, 1990-cı ildə qəbul olunan Avropada adi silahlı qüvvələr haqqında Müqaviləyə düzəlişlər edən Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş imzalanmışdır. NATO-nun Kosovo münaqişəsinə müdaxiləsi və İkinci Çeçenistan müharibəsinin başlaması ilə bağlı Rusiya ilə Qərb arasında şifahi toqquşma olmuşdur. Dnestryanı münaqişəsi, Abxaziya–Gürcüstan münaqişəsi və Gürcüstan–Osetiya münaqişəsi də müzakirə edilmişdir. Sammitdə Rusiya 21 dekabr 2002-ci ilə qədər Moldova və Gürcüstandan hərbi qüvvələrini çıxaracağını vəd etsə də, bu baş tutmamışdır.
İstanbulda NATO sammiti (2004)
İstanbulda NATO sammiti — 28–29 iyun 2004-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVII NATO sammiti idi. Ümumiyyətlə, sammit 2002-ci ildə Praqada keçirilən sammitdə başlanan transformasiya prosesinin davamı kimi qiymətləndirilir. Burada sovet təcavüzünə qarşı Soyuq müharibə dövründən qalma ittifaqdan yeni və xarici təhlükəsizlik təhdidlərinə qarşı XXI əsr koalisiyasına keçid yaratmaq ümid edilirdi. Sammit dörd görüşdən ibarət olmuşdur. NATO üzvləri Şimali Atlantik Şurasının iclası zamanı ittifaqın yeddi yeni üzvünü qarşılamış, ittifaqın Əfqanıstan müharibəsindəki iştirakını genişləndirmək və Bosniyadakı mövcudluğuna son qoymaq qərarına gəlmiş, İraqa təlimlərdə kömək etməyə razılaşmış, yeni tərəfdaşlıq təşəbbüsü başlatmış və NATO-nun əməliyyat imkanlarını təkmilləşdirmək üçün addımlar atmışdır. NATO–Rusiya Şurasının iclası əsasən həm Rusiya Prezidenti Vladimir Putinin burada iştirak etməməsi, həm də Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin ratifikasiyası və ya Rusiya qoşunlarının Gürcüstan və Moldovadan çıxarılması istiqamətində irəliləyişin olmaması ilə diqqət çəkmişdir. NATO liderləri həmçinin Ukraynanın NATO–Ukrayna Komissiyasına üzvlük istiqamətində irəliləyişini alqışlamış və Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclası zamanı NATO üzvü olmayan həmkarları ilə bəzi ümumi və əsasən simvolik mövzuları müzakirə etmişdir. Türkiyə hökuməti potensial terror aktından çəkindiyinə görə sammit zamanı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Dünyanın hər yerindən nümayişçilər Corc V. Buş administrasiyası dövründə NATO və Amerikanın xarici siyasətinə etiraz etmək üçün toplaşmış və sammitin özü sammitin ilk günündə, 28 iyunda İraqın suverenliyinin gözlənilməz şəkildə təhvil edilməsi ilə dünya mətbuatının əsas səhifələrində yer almamışdır.
NATO Lissabon Sammiti Bəyannaməsi
NATO Lissabon Sammiti Bəyannaməsi 20 noyabr 2010-cu ildə NATO-nun Lissabon sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş bəyannamə. Müxtəlif məsələlərə toxunaraq, o, ümumi maraq doğuran məsələlər üzrə praqmatik əməkdaşlığa istiqamətlənmiş kimi xarakterizə edilib. Bu sənəd sammitdə qəbul edilmiş üç bəyannamədən biri idi, digərləri NATO və Əfqanıstan İslam Respublikasının Davamlı Tərəfdaşlıq Bəyannaməsi və Dövlət və Hökumət Başçılarının Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə töhfə verən Bəyannamə idi. Lissabon Sammiti Bəyannaməsi 54 bənddən ibarətdir. Gürcüstan-NATO münasibətlərində 2009-cu ildə Strasburq-Kehl sammiti mövqeyini davam etdirən Bəyannamə Rusiyanı bir daha “Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini müstəqil dövlətlər kimi tanımasından imtina etməyə” çağırıb. Bəyannamə həmçinin Rusiyanı 2008-ci il Cənubi Osetiya müharibəsindən sonra 2008-ci ildə imzalanmış atəşkəs razılaşması və 8 sentyabr 2008-ci il tarixli müqavilə ilə təcəssüm etdirdiyi “Gürcüstanla bağlı öhdəliklərinə əməl etməyə” çağırıb. 2008-ci il Buxarest sammiti qərarını bir daha təsdiqləyərək, Bəyannamədə “Gürcüstan NATO-ya üzv olması” bir daha vurğulanır. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycanın vəDnestryanı məsələsində Moldovanın ərazi bütövlüyünə gələcək dəstək vurğulanıb. Qeyd olunub ki, orada uzanan regional münaqişələr “alyans üçün böyük narahatlıq doğurur”. Lakin NATO-nun baş katibi Anders Foq Rasmussen Dağlıq Qarabağ münaqişəsində vasitəçilik ideyasını dəstəkləmədiyi üçün Bəyannamə bu sahədə heç bir hüquqi qüvvəyə malik deyildi.
Dünya Humanitar Sammiti
Dünya Humanitar Sammiti (DHS; ing. World Humanitarian Summit) — Birləşmiş Millətlər Təşkilatı tərəfindən 23 və 24 may 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit. Sammit Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun təşəbbüsü olmuş və Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (BMT HMƏO) tərəfindən təşkil edilmişdir. Pan Gi Mun 2012-ci ilin yanvarında açıqladığı beş illik fəaliyyət gündəliyində daha qlobal, hesabatlı və möhkəm humanitar sistem inkişaf etdirmək planını ortaya qoymuşdur. Onun gündəliyinin əsas aspekti "humanitar fəaliyyətlə məşğul olan geniş spektrli təşkilatlar arasında biliklərin mübadiləsinə və ümumi qabaqcıl təcrübələrin yaradılmasına kömək etmək üçün Dünya Humanitar Sammitinin çağırılması idi". Sammitin məqsədi çoxsaylı böhranlara daha effektiv reaksiya vermək üçün humanitar yardım sənayesində əsaslı islahatlar aparmaq idi. Dünya liderlərinin zirvəyə gələrək silahlı münaqişələr və fəlakətlərdən əziyyət çəkən milyonlarla qadın, kişi və uşağın əzablarına son qoymaq üçün görəcəkləri tədbirləri elan etmələri gözlənilirdi. Sammitə 173 ölkədən 9,000 iştirakçı, o cümlədən 55 dövlət və hökumət başçısı, yüzlərlə özəl sektor nümayəndəsi, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarından minlərlə insan toplaşmışdır.
InMerge İnnovasiya Sammiti
InMerge, InMerge İnnovasiya Sammiti və ya köhnə adı ilə Bakı İnnovasiya Sammiti — Azərbaycanda yeni trendlər və innovasiyalara əsaslanan tədbir. Sammit texnoloji liderləri, şirkətləri və startapları bir araya gətirmək məqsədi daşıyır. 2022-ci ildən etibarən hər il keçirilən tədbirlərdə müxtəlif mövzularda panel nitqləri, biznes konfransları, startap çıxışları, vörkşoplar baş tutur və dünyanın müxtəlif ölkələrindən nüfuzlu iş adamları iştirak edir. Burada ən qabaqcıl innovasiyalar haqda müzakirələr üçün dinamik mühit təmin edilir və qlobal ekspertlərdən dəyərli fikirlər əldə edilir. "INMerge" Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Orta Şərq və Şimali Afrikadakı 25-dən çox ölkədən spiker, investor və əməkdaşı birləşdirir. "Inmerge"in birinci buraxılışı 13 dekabr 2022-ci ildə keçirilib. Üçüncü belə bir tədbirin keçirilməyi isə 10–11 oktyabr 2024-cü ildə planlaşdırılır. == Tarixi == === 2022 === "Bakı İnnovasiya Sammiti" adı ilə keçirilən tədbir "Paşa Holdinq" tərəfindən və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində 13 dekabr 2022-ci ildə təşkil olunub. Tədbirdə 1090 nəfər iştirak edib. 2022-ci ildəki sammitdə məşhur simalardan liderlik və şəxsi inkişaf üzrə ekspert Robin Şarma, məruzəçi və futurist Kian Gohar, texnologiya spikeri Filip Devost, keçmiş "BCG", "IBM", "EY" partnyoru Peter Ulrix, “Shell”in keçmiş baş icraçı direktoru Yeron van der Veer və texnologiya sahəsində kitablar müəllifi Kris Skinner iştirak edib.
Ümumdünya Sülh və Təhlükəsizlik Sammiti
Ümumdünya Sülh və Təhlükəsizlik Sammiti — Ümumdünya Sülh Federasiyasının himayəsi altında hazırkı və keçmiş dövlət başçıları üçün yüksək səviyyəli konfrans. Sammit böyük təcrübəsi və müdrikliyi ilə hamı üçün anlaşma, davamlı sülh dünyasının qurulmasına kömək edə biləcək dövlət başçılarını bir araya gətirmək məqsədi daşıyan layihədir. Ümumdünya Sülh və Təhlükəsizlik Sammitində parlamentariya, dini və vətəndaş cəmiyyətlərinin liderləri, qadın hüquqlarının müdafiəçiləri və s. təşkilatlar tədbirlər həyata keçirir. Dünya sammiti zamanı müxtəlif assosiasiyaların dünyada sülh uğrunda işlərini təqdim edən sessiyalar keçirilir.

Digər lüğətlərdə