sank

s. sinken
Sanitätswesen
Sankt
OBASTAN VİKİ
Kazan kafedralı (Sankt-Peterburq)
Kazan kafedralı və ya Kazan Tanrı Anası ikonasının kafedralı (rus. Казанский кафедральный собор) — Ampir üslubunda inşa olunmuş Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə. Kilsə əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasının saxlanması məqsədilə memar A. Voronixin tərəfindən 1801-1811-ci ildə Nevski Prospekti üzərində inşa olunmuşdur. 1812-ci ilin Böyük Vətən müharibəsindən sonra, kilsə Rusiya hərbi şöhrətinin ən əhəmiyyətli abidəsinə çevrilmişdir. 1813-cü ildə burada general-feldmarşal Mixail Kutuzov dəfn olunmuş, həmçinin alınan şəhərlərin açarları və başqa hərbi qənimətlər yerləşdirilmişdir. 1932-ci ildə kilsə Din və Ateizm Muzeyinə çevrilir, 1991-ci ildən isə artıq fəaliyyət göstərən məbədin içərisində bir neçə il muzey ekspozisiyası saxlanılırdı. 2000-ci ildən Kazan kafedralı Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı protoiyerey Pavel Krasnotsvetovdur. == Tarixi == === Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsi === 6 (17) sentyabr 1733-cü ildə Nevski Prospekti üzərində barokko üslublu, taxta qübbəli və girişi üzərində zəng gülləsi olan daş kilsənin əsası qoyulmuşdur. Layihənin müəllifi memar Mixail Zemtsov idi.
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. == Karyerası == Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Menşikov sarayı (Sankt-Peterburq)
Menşikov sarayı (rus. Меншиковский дворец) – İmperator I Pyotrun yaxın dostu sayılan və Peterburqun ilk qubernatoru Aleksandr Menşikovun sifarişi ilə inşa etdirilmişdi. Saray Peterburqun mərkəzində , Vasilyev adasının Universitet sahil küçəsində yerləşir. Sarayın layihəsi xaricdən dəvət olunmuş memarların - Covanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə səyi nəticəsində işlənilib. Saray "Pyotr barokkosu" üslubunda tikilmişdi və Peterburqun ilk daş binası sayılır. İsveç və Rusiya arasında 1700-1721-ci ildə baş vermiş Şimal müharibəsinin nəticəsində Rusiya İmperiyası Neva çayının mənsəbini öz ərazilərinə daxil edərək Fin körfəzinə çıxış əldə etdi. İşğal edilmiş yeni ərazilərin 11 hisəsi I Pyotrun köməkçisi, istedadlı general Alekandr Menşikova verilmişdi. Bu torpaqların tərkibinə Oranienbaum şəhəri və gələcək Peterburq şəhərində yerləşəcək Dövlət İqamətgahının əraziləri daxil idi Sarayın tikintisi 1710-cu ildə, memarlar Ciovanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə layihəsi üzrə inşa edilməyə başlamışdı. 1714-cü ilə artıq tikintinin böyük bir hissəsi yerinə yetirilmişdi, lakin daxili interyerin bəzək işləri hələ 1727-ci ilə kimi davam etmişdir. Əlahəzrət knyazın yeni sarayı gül bağları ilə birlikdə bütün Vasilyev adasının - Kiçik Nevadan Böyük Neva çayları boyunca uzanırdı və beləliklə böyük bir ərazini özündə cəmləyirdi.
Mont Sankt-Mişel
Mon-Sen-Mişel (fr. Mont Saint-Michel; pronounced [mɔ̃ sɛ̃ mi.ʃɛl]) — Fransanın şimal-qərbində ada-qalaya çevrilmiş kiçik qayalıq ada.
Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Apostol İoann kilsəsi (est. Peterburi Jaani kirik, rus. Церковь Святого Апостола Иоанна, Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir. İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır. 1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdır . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edir. Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir.
Müqəddəs Yekaterina erməni kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Yekaterina kilsəsi (erm. Սանկտ Պետերբուրգի Սուրբ Կատերինե եկեղեցի, rus. Армянская церковь Святой Екатерины) — Sankt-Peterburq şəhərinin mərkəzindəki Erməni Qriqorian Kilsəsi Nevski prospekti, ev № 40–42 ünvanında yerləşir. İlk ermənilər qısa müddət ərzində Sankt-Peterburq şəhərin yaranmasından sonra kütləvi şəkildə şəhərin müxtəlif rayonlarına köçmüşdülər. 1710-cu ildə onlar artıq burada öz icmalarını yaratmışdılar. Bu zaman onlar şəxsi evlərdə dini mərasimlərini keçirirdilər. Arximandrit Minas tərəfindən erməni kilsəsinin tikintisi üçün 1714-cü ildə ilk rəsmi xahiş qaldırılsa da, hakimiyyət orqanları tərəfindən bu rədd edilmişdir. Yalnız 25 sentyabr 1725-ci ildə 30 həyətdən ibarət böyük şəhər ictimaiyyəti, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodundan Vasiliyev adasının 3-cü xəttində köhnə taxta bir evdə ibadət evinin açılışı üçün razılıq əldə edə bilmişdir. 1740-cı ilin yanvar ayında Luka Şirvanov (Ğukas Şirvanyan) artıq daşdan kiçik erməni kilsəsinin inşası barədə rəsmi şəkildə icazə almışdır, lakin Anna İoannovnanın ölümündən sonra tikinti işləri dayandırılmışdı. 1763-cü ilin iyul ayında "Rusiyada məskunlaşan bütün xalqların dini ayinlərini azad şəkildə həyata keçirilməsinə" dair dərc edimiş manifestə əsaslanan yerli bələiyyələr hər iki paytaxtda digər dinlərə sitayiş edən insanların kilsələri və onlara müdaxil digər binalar üçün yer ayrılmışdır.
Mərmər saray (Sankt-Peterburq)
Mərmər saray (rus. Мраморный дворец) – Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən saray. 1992-ci ildən Rus Dövlət muzeyinin filialıdır. Saray Peterburqun 1-ci Admirallıq adasında, dörd tərəfdən Saray sahil küçəsi, Suvorov meydanı, Milyonnaya küçəsi və Mərmər xiyabanı ilə məhdudlanan məhəllədə yerləşir. Həmin bu məhəllənin şərq hissəsini Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu tutur; onların arasında 1997-ci ildə Paolo Trubetskoy tərəfindən imperator III Aleksandrın abidəsi yenidən quraşdırılmışdı (abidə Znamenskaya meydanında Sovet dövründə sökülməsindən sonra bir müddət muzeydə saxlanılırdı). ŞQDTU-nun arxasında, yəni məhəllənin şərqində heykəltaraş M.İ. Kozlovski tərəfindən yaradılmış A.V. Suvorovun heykəli yerləşir (heykəl eyniadlı meydanın mərkəzində quraşdırılmışdır); həmin ərazidə həmçinin Troitski körpüsü də var. Mərmər sarayından cənubda Pavlovski Leyb-Alayının kazarmaları, qərb fasadının qarşısında isə Şimal-Qərb Gəmiçilik reyestrinin binası və İncəsənət və Mədəniyyət Universiteti yerləşir. Mərmər sarayı Peterburqda fasadı təbii daşla üzlənmiş ilk bina hesab olunur. Memar A.Rinaldi tikinti işlərində mərmərin müxtəlif növlərindən istifadə edirdi; burada xüsusilə çəhrayı-qırmızı tivdiya daşı nəzərəçarpan təsir yaradırdı, lakin zamanla o öz parlaq rəngini itirərək solmuşdur. Əsas girişin attiki F.İ. Şubinin heykəltaraşlıq əsərləri ilə bəzədilib.
Nizami Gəncəvinin heykəli (Sankt-Peterburq)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində 25 və 27-ci binalar arasında yerləşən bağçadakı heykəli. Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Şairin abidəsi azərbaycanlı heykəltaraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı "Heykəltəraşlıq kombinatı" müəssisəsində hazırlanmışdır. Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər. Şairin 5 metrlik tunc fiquru şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib.
Pavel Sankoviski
Pavel Stepanoviç Sankoviski (rus. Павел Степанович Санковский, 1800-1832)—Rusiya yazıçısı, jurnalisti. Pavel Stepanoviç Sankoviski 1800-cü ildə anadan olmuşdur. Təhsilini xaricdə almişdır. O, bir neçə xarici dil bilirdi. 1823-cü ildə Tiflisə gəlmiş, Qafqazın baş hakiminin dəftərxanasında qulluğa başlamışdır. 1827-ci ildə o, Qafqaz nazim-əzəmi Paskeviçin yanında xüsusi tapşırıqlar məmuru vəzifəsində işləmişdir. "Tiflisskiyə vedomosti" qəzeti nəşrə başlayanda onu redaktor təyin etmişlər. Puşkinin Qafqaza gəlməsi münasibətilə Sankoviski qəzetin 28 iyun 1828-ci il tarixli 26-cı nömrəsində təntənəli bir məqalə dərc etmişdi. A.S.Puşkin "Ərzurum səyahəti" əsərində Sankoviskinin də adını çəkmiş və demişdir: "Tiflisdə iki həftəyə qədər qaldım və ordakı cəmiyyətlə tanış oldum.
Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur. Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır. Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Sankay şəlaləsi
Sankay şəlaləsi (三階の滝, Sankai no taki) – Yaponiyanın Miyaqi prefekturasının Katta rayonun Zao qəsəbəsində yerləşən şəlalə. Sumikava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Sankhya
Sankhya, samkhya (sanskr. संख्या, saṃkhyāIAST — "sadalama") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri, əsası Kapila (e.ə. 200)tərəfindən qoyulmuş hind dualizm fəlsəfəsi. Bu fəlsəfəyə görə dünyada iki başlanğıc var: prakriti (materiya) və puruşa (ruh). Sankhya fəlsəfəsnin məqsədi ruhu materiyadan ayırmaqdır. Bu təlim ən qədim fəlsəfi məktəblərdən hesab olunur. Upanişada, Bhaqavad-Qita, Mahabharata və s. kimi müqəddəs yazılarda bu təlimə istinadlar var. Təlimin qısa olaraq əsas ideyalarını belə demək olar: Sankhyaya görə son reallığın iki tsəzahürü var: prakriti və puruşa. Prakriti ilkin substansiyadır və üç elementlərin — qunnların müxtəlif kombinasıyasından ibarətdir.
Sanksiya
Sanksiya — hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə vəya şəxslərə(və ya quruma) tətbiq olunan cəza sistemidir. İqtisadi sanksiyalar — hər hansı bir dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə tətbiq olunan cəza sistemi.
Sankt-Morits
Sankt-Morits - İsveçrə şəhəri.
Sankt-Pauli FK
31 Avqust 2010 tarixinə görə.
Sankt-Peterburq
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər. XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər. Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir. Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir. 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎, fin Pietari) 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus.
Sankt-Peterburq Dövlət Tarix Muzeyi
Sankt-Peterburq Dövlət Tarix Muzeyi Sankt-Peterburqun tarixini, mədəniyyətini və həyatını özündə əks etdirən eksponatların cəmləşdiyi Rusiyanın ən böyük tarixi muzeylərindən biri. Şəhərin tarixinə həsr olunmuş ilk muzey — Qədim Peterburq muzeyi memar və rəssamların təşəbbüsü ilə yaradılmışdır. Şəhərdə muzeyin yaradılması ideyası 12 dekabr 1908-ci ildə Muzey haqqında Əsasnaməyə əsasən yaranmışdır. Muzeyin ilk direktoru A. N. Benois oldu, daha sonra P. P. Vayner onu əvəz etdi. Muzeyin yerləşdiyi ünvan Kadetskaya küçəsi, P. YU. Syuzorun evində, 21 nömrəli evdə yerləşib. Eyni vaxtda Sadovaya küçəsində, 55 nömrəli şəhər müəssələri evində yerləşən Şəhər şurasının muzeyi yarandı. Lakin bu muzey heç vaxt ictimaiyyətə istifadəyə verilmədi. Şəhər Muzeyi A. V. Lunaçarskinin imzaladığı 4 oktyabr 1918-ci il tarixli Xalq Maarif Komissarlığının fərmanı əsasında Petroqradda yaradılmışdır. Hələ 1918-ci ilin yazında V. R. Menjinskinin rəhbərlik etdiyi vaxtda, vəzifə bölgüsünün işlənib hazırlanması və muzeyin təşkili üçün komissiya yaradılmışdır. Daha sonra komissiya muzeyin işçi şurasına çevrildi, V. R. Menjinski (sədr), L. A. İlyin (sədr müavini), Z. G. Frenkel, M. N. Petrov, E. K. Zamıslovskaya, M. P. Kapitsa, G. D. Dubelir, P. P. Veyner.
Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti
M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti (rus. Федеральное государственное образовательное бюджетное учреждение высшего профессионального образования "Санкт-Петербургский государственный университет телекоммуникаций им. проф. М.А. Бонч-Бруевича" (СПбГУТ)) — Rusiyada universitet; telekommunikasiya sahəsində mütəxəssislər hazırlayan məşhur ali təhsil ocaqlarından biri. Universitet 1930-cu ildə Leninqradda radiotexnika və telekommunikasiya üzrə xüsusi ali təhsil müəssisəsi adı ilə fəaliyyətə başlayıb. Bir müddət sonra ali məktəb Leninqrad Elektrotexnika İnstitutu adlandırılır. İnstitut 1994-cü ildən universitet statusu qazanaraq M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti kimi tanınır. Ali məktəb 1993-cü ildən Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqal, İsveçrə, İsveç və Finlandiyanın aparıcı ali təhsil müəssisələrinin daxil olduğu Avropa Universitetləri və İnformatika və Telekommunikasiya Kampaniyaları Assosiasiyasının(EUNICE) üzvüdür. Universitet maarifləndirici xidmətlər sferasını daim genişləndirir, tədris planlarını yeniləyir və təkmilləşdirir. Hazırda təlim 15 hazırlıq istiqamətini və 20-dən çox texniki, iqtisadi və humanitar ixsisası əhatə edir.
Sankt-Peterburq Dövlət Universiteti
Sankt-Peterburq Dövlət Universiteti (rus. Санкт-Петербу́ргский госуда́рственный университе́т - СПбГУ) — Rusiyanın böyük və qədim universitetlərindən biri. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakultəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. SPDU-nun Prezidenti Rusiya Elmlər Akademiyasının akademiki Lyudmila Verbiskaya, rektoru professor N.M.Kropaçevdir. Koimbra qrupunun üzvüdür. Universitetin BƏƏ-nin xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində filialı fəaliyyət göstərir. Məzun rus inqilabçısı və Sovet İttifaqının qurucusu Vladimir Lenin idi. Məzunlar Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite. Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır: İvan Pavlov (fiziologiya və tibb, 1904), İlya Mechnikov (fiziologiya və tibb, 1908), Nikolay Semenov (kimya, 1956), Lev Landau (fizika, 1962), Alexander Proxorov (fizika, 1964), Vasili Leontiev (İqtisadiyyat, 1973), Leonid Kantoroviç (İqtisadiyyat, 1975) və Joseph Brodsky (ədəbiyyat, 1987). Məzunlar Qriqori Perelman və Stanislav Smirnov fields medalı ilə təltif edildi.
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti (SPDİMU) rus. Санкт-Петербургский государственный университет экономики и финансов — Sankt-Peterburqda ali məktəb, Rusiyanın ən böyük ali təhsil və elmi mərkəzlərindən biridir. Webometrics betnəlxalq reytinqində dünya universitetləri arasında 3222-ci, Rusiya ali məktəbləri içərisində 6-cı yeri tutur. 1991-ci ildən Sankt-Peterburq universitetləri içərisində məzunları dövlət elitasında olan ali məktəblər içərisində ikinci, Rusiya üzrə isə 13–14-cü yer tutur. 1991-ci ildən 23 sentyabr Universitet günü kimi qeyd edilir. История Ленинградского финансово-экономического института им. Н. А. Вознесенского. Л., 1989; Санкт-Петербургский университет экономики и финансов // Экономическая школа 1991. Т. 1, вып. 1.
Sankt-Peterburq Elmlər Akademiyası
Peterburq Elmlər Akademiyası — Rusiya imperiyasında ali elmi müəssisənin 1724–1917-ci illər arasında ədəbiyyatda ümumiləşdirilmiş adı. Akademiya imperator I Pyotrun fərmanı ilə 8 fevral 1724-cü il tarixində Sankt-Peterburqda yardılmışdır. Akademiyanın rəsmi adı (1724–1917) 1724-cü ildən — Sankt-Peterburqda Elm və Rəssamlıq Akademiyası (rus. Академия наук и художеств в Санкт-Петербурге) 1747-ci ildən — Sankt-Peterburqda İmperator Elm və Rəssamlıq Akademiyası (rus. Императорская академия наук и художеств в Санкт-Петербурге) 1803-cü ildən — İmperator Elmlər Akademiyası (rus. Императорская академия наук) 1836-cı ildən — Sankt-Peterburq İmperator Elmlər Akademiyası (rus. Императорская Санкт-Петербургская академия наук) olmuşdur. 1917-ci ilin martında isə akademiklər yeni — "Rusiya Elmlər Akademiyası" (RAN) adını təklif etdilər, hansı ki daha sonra müvəqqəti hökumət tərəfindən təsdiq olundu və 1917-ci ilin oktyabrında qüvvəyə mindi.
Sankt-Peterburq Politexnik Universiteti
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Sankt-Peterburq Universiteti
Sankt-Peterburq Dövlət Universiteti (rus. Санкт-Петербу́ргский госуда́рственный университе́т - СПбГУ) — Rusiyanın böyük və qədim universitetlərindən biri. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakultəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. SPDU-nun Prezidenti Rusiya Elmlər Akademiyasının akademiki Lyudmila Verbiskaya, rektoru professor N.M.Kropaçevdir. Koimbra qrupunun üzvüdür. Universitetin BƏƏ-nin xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində filialı fəaliyyət göstərir. Məzun rus inqilabçısı və Sovet İttifaqının qurucusu Vladimir Lenin idi. Məzunlar Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite. Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır: İvan Pavlov (fiziologiya və tibb, 1904), İlya Mechnikov (fiziologiya və tibb, 1908), Nikolay Semenov (kimya, 1956), Lev Landau (fizika, 1962), Alexander Proxorov (fizika, 1964), Vasili Leontiev (İqtisadiyyat, 1973), Leonid Kantoroviç (İqtisadiyyat, 1975) və Joseph Brodsky (ədəbiyyat, 1987). Məzunlar Qriqori Perelman və Stanislav Smirnov fields medalı ilə təltif edildi.
Sankt-Peterburq avtobusu
Sankt-Peterbruq avtobusu — Sankt-Peterburqda avtobus sistemi. Rosstatın məlumatına görə, 2021-ci ildə Sankt-Peterburq avtobus sisteminin sərnişin axını 489 milyon nəfərə çatıb.