SARI₁


1. sif. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi.
Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. S.Qədirzadə.

// sif. Bu rəngdə olan. Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba.
– Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn.

// İs. mənasında. Sarıları ağlardan ayırmaq.
2. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi; məs.: sarı zanbaq, sarı qızılgül, sarı acıotu, sarı bıtraq və s.
– Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski.

3. is. dan. Qızıl mənasında.
Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! S.Rəhimov.
[Danışanlardan biri:] Sarı yaman şeydir.
Kökü kəsilsin yer üzündən sarı qızılın. Mir Cəlal.

◊ Sarı ev köhn. – ruhi xəstələr üçün xəstəxana.
…sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox məmnun olmaq. Bu söz ürəyimə sarı yağ kimi yayıldı.
– İsti adamın bədəninə sarı yağ kimi yayılırdı. Ə.Vəliyev.

Sarı simə vurmaq, sarı simdə çatdırmaq – bir sözü, işi, mətləbi çox incə bir yolla çatdırmaq, nazikanə demək.
Əlikram Sənubərin memarlıqdan çox yer fizikası ilə məşğul olduğunu sarı simlərdə [Hidayətə] çatdırır. B.Bayramov.

Синонимы

  • SARI 1. SARI (rəng) Axşam yatmamış xanım Güləbətini özü ilə üzbəüz oturdub nazik sarı rəngli karandaşı və bir vərəq kağızı qabağına qoydu (M

Омонимы

  • SARI SARI I is. [ hind. ] Hind qadınlarının paltarı. Onun əynində ağ bezdən sarı vardı (M.İbrahimov). SARI II sif
SARĞI
SARI₂

Значение слова в других словарях