Sözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sı sözü olub), onun üzərinə -n şəkilçisi artırmaqla sanmaq (qayıdış növ), -a şəkilçisi artırmaqla sanamaq sözləri əmələ gəlib. Qədim mənbələrdə saymaq forması qeydə alınmayıb. Görünür, say forması xeyli cavandır. “Число” mənasında da say yox, san kəlməsi işlədilib. Ehtimal ki, burada n-y əvəzlənməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)