SAZİŞ

сущ.
1. соглашение:
1) взаимное согласие, взаимная договоренность. Qarşılıqlı saziş взаимное соглашение, gizli saziş тайное соглашение, sazişə gəlmək прийти к соглашению
2) договор, устанавливающий взаимные обязательства сторон; документ о таком договоре. Barışıq sazişi соглашение о перемирии, beynəlxalq saziş международное соглашение, ikitərəfli saziş двустороннее соглашение, uzunmüddətli saziş долговременное соглашение, экон. iqtisadi saziş экономическое соглашение, valyuta sazişi валютное соглашение, kredit sazişi кредитное соглашение, əmtəə (mal) dövriyyəsi və ödəmələr haqqında saziş соглашение о товарообороте и платежах, əmək sazişi трудовое соглашение; saziş bağlamaq заключить соглашение, saziş imzalamaq подписать соглашение
2. сделка:
1) соглашение между договаривающимися сторонами о каких-л. взаимных обязательствах (обычно коммерческих). Ticarət sazişi торговая сделка (торговое соглашение)
2) тайное соглашение о каких-л. действиях (обычно неблаговидных); сговор. Sazişə girmək kimlə, nə ilə пойти на сделку с кем, с чем
SAZƏNDƏ
SAZİŞÇİ
OBASTAN VİKİ
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Transqafqaz dəmir yolu haqqında saziş
Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətləri arasında bağlanmış saziş. 1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski, Osmanlı imperiyası adından Xəlil bəy və Vehib paşa, Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar. Azərbaycan və Osmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər. Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı. Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.
Azərbaycan-Ermənistan sazişi
Azərbaycan-Ermənistan sazişi və ya Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma – 23 noyabr 1919-cu ildə Tiflis şəhərində Ermənistan və Azərbaycan respublikaları arasında Gürcüstanın vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsi nəzərdə tutulur. Sülh müqaviləsi Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Zəngəzurda qırğınlar həyata keçirən və bölgəni öz əlində saxlayan erməni silahlı dəstələrinə qarşı uğursuz hərbi hücumundan sonra reallaşdı. Hücümün bir məqasədi də Naxçıvan azərbaycanlıları ilə birbaşa əlaqə qurmaq və onları ermənilərə qarşı dəstəkləmək idi. Sülh müqavilə imzalansa da, hərbi münaqişənin qarşısını bir dəfəlik almaq mümkün olmadı. Zəngəzurda azərbaycanlılara qarşı davam edən qırğınlara görə 1920-ci ilin martında hərbi əməliyyatlar yenidən bərpa edildi və Qarabağda ermənilərin üsyanı başladı. Lakin aprel ayında Azərbaycan bolşevik qüvvələri tərəfindən ələ keçirildi. 1918-ci ildə Rusiya imperiyasının dağılmasından sonra formalaşan Ermənistan və Azərbaycan respublikaları öz aralarındakı ərazi münaqişələrinə görə 2 il müddətinə davam edəcək hərbi münaqişəyə başladılar. Mübahisə mövzusu olan ərazilər Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi idi. Naxçıvan Osmanlı imperiyasının Cənubi Qafqaza etdiyi hərbi kompaniya zamanı ələ keçirilmişdi, lakin onların geri çəkilməsindən sonra Azərbaycan türklərinin hakim olduğu Araz Türk Cümhuriyyəti yaradıldı. Araz Türk Cümhuriyyəti iki ay nmövcud olduqdan sonra 1919-cu ilin may ayında ingilis-erməni birləşmələri onu sonlandırdılar və bölgədə ingilislərin yardımı ilə erməni hakimiyyəti quruldu.
Azərbaycan-Ermənistan sazişi (1919)
Azərbaycan-Ermənistan sazişi və ya Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma – 23 noyabr 1919-cu ildə Tiflis şəhərində Ermənistan və Azərbaycan respublikaları arasında Gürcüstanın vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsi nəzərdə tutulur. Sülh müqaviləsi Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Zəngəzurda qırğınlar həyata keçirən və bölgəni öz əlində saxlayan erməni silahlı dəstələrinə qarşı uğursuz hərbi hücumundan sonra reallaşdı. Hücümün bir məqasədi də Naxçıvan azərbaycanlıları ilə birbaşa əlaqə qurmaq və onları ermənilərə qarşı dəstəkləmək idi. Sülh müqavilə imzalansa da, hərbi münaqişənin qarşısını bir dəfəlik almaq mümkün olmadı. Zəngəzurda azərbaycanlılara qarşı davam edən qırğınlara görə 1920-ci ilin martında hərbi əməliyyatlar yenidən bərpa edildi və Qarabağda ermənilərin üsyanı başladı. Lakin aprel ayında Azərbaycan bolşevik qüvvələri tərəfindən ələ keçirildi. 1918-ci ildə Rusiya imperiyasının dağılmasından sonra formalaşan Ermənistan və Azərbaycan respublikaları öz aralarındakı ərazi münaqişələrinə görə 2 il müddətinə davam edəcək hərbi münaqişəyə başladılar. Mübahisə mövzusu olan ərazilər Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi idi. Naxçıvan Osmanlı imperiyasının Cənubi Qafqaza etdiyi hərbi kompaniya zamanı ələ keçirilmişdi, lakin onların geri çəkilməsindən sonra Azərbaycan türklərinin hakim olduğu Araz Türk Cümhuriyyəti yaradıldı. Araz Türk Cümhuriyyəti iki ay nmövcud olduqdan sonra 1919-cu ilin may ayında ingilis-erməni birləşmələri onu sonlandırdılar və bölgədə ingilislərin yardımı ilə erməni hakimiyyəti quruldu.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır. Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.
Azərbaycan-İtaliya sazişləri (1920)
İtaliya-Azərbaycan sazişləri — Azərbaycan və İtaliya dövlətləri arasında iqtisadi-siyasi əlaqələri genişləndirmək məqsədilə bağlanmış sazişlər. 1919-cu ilin payızından etibarən, ağqvardiyaçı rus generallarının məğlubiyyəti ilə əlaqədar beynəlxalq vəziyyət yeni yaranmış müstəqil respublikaların xeyrinə dəyişməyə başladı. Azərbaycan Hökuməti ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınması məsələsinin həllini sürətləndirmək məqsədilə Beşlər Şurasına, o cümlədən İtaliyaya müraciət etdi. İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi. Azərbaycan Hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən, hərbi, iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi. İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi. General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşdü.
Balkan sazişi
Balkan sazişi — 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir.
Baltalimanı sazişləri (1838-1846)
Baltalimanı sazişləri (1838-1846) - Baltalimanında (İstanbul) Avropa dövlətləri ilə Osmanlı imperiyası arasında imzalanan tisari sazişlərin ümumi adı. 1838-ci il 16 avqustda İngiltərə, 25 noyabrda Fransa, 1839-cu il 18 mayda Hanza şəhərləri, 2 sentyabrda Sardiniya krallığı, 1840-cı il 31 yanvarda İsveç və Norveç, 2 martda İspaniya, 15 martda Hollandiya, 30 apreldə Belçika, 1841-ci il 1 mayda Danimarka, 1843-cü il 20 martda Portuqaliya ilə bağlanmışdı. Baltalimanı sazişləri Avropa dövlətləri üçün əlverişli olsa da, Osmanlı imperiyasının iqtisadiyyatına mənfi təsir göstərmişdi. 1846-cı il 30 apreldə Rusiya ilə bağlanan saziş Osmanlı dövlətinin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirdi. Bu sazişin şərtlərinə görə, rus tacirlərinin Osmanlı torpaqlarında ticari birliklərinin yaradılması qadağan olunmuş, həmçinin bir sıra malların (içki, tütün, duz, barıt və s.) satışına məhdudiyyətlər və qadağalar qoyulmuşdu. Azərbaycan Milli Ensiklopediyası, III cild, 2011, səh.142.
Batum müqavilələrinə əlavə sazişlər
Batum müqavilələrinin (1918, 4 iyun) konkret detalalları üzrə razılaşdırılmış sazişlər. Bakı-Batum neft kəmərinə aid saziş Osmanlı imperiyası ilə Azərbaycan və Gürcüstan arasında, dəmir yollarına aid ikinci saziş isə dörd dövlət- Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperiyası arasında imzalanmışdı. Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq, 1918-ci il, iyunun 14-də Batumda daha iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqaviləsinin Almaniyaya və Avstriya-Macarıstana da aid olduğu bildirilir, Osmanlı öz üttəfiqləri tərəfindən Azərbaycanın müstəqilliyini tanınacağı barədə öhdəlik götürürdü. İkinci sazişə görə, Dördlər İttifaqı ilə müharibə edən ölkələrin hərbi və mülki məmurları təcili olaraq respublika ərazısındən çıxarılmalı və bu ölkələrin zabitləri hərbi xidmətə qəbul edilməməli idi. Osmanlı hərbi komendantlığı Azərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı. Gəncədə 1918-ci il, iyulun 14-də Osmanlı dövləti hərbi dəmir yolları və limanları baş idarəsinin rəisi İsmayıl Hakkı paşa və Azərbaycan ticarət və sənaye naziri Ağa Aşurov 5 maddədən ibarət müqavilə imzalamışdılar. Müqaviləyə görə, Azərbaycan Hökuməti Osmanlı imperiyası hökuməti qarşısında dəmir yollarını və dəniz gəmiçiliyini neft və neft məhsulları ilə təmin və təchiz edilməsini öhdəsinə götürürdü, I Maddə Bakı və neft rayonu Azərbaycan hökumətinin tabeliyinə keçdiyi andan qüvvəyə minirdi, neft və neft məhsullarının qiyməti və texniki şərtlər Batum müqavilələrinə (1920) uyğun olaraq yaradılmış qarışıq komissiya tərəfindən hesablanmalı idi, Osmanlı hökumətinə verilən yanacağın əvəzində qısa müddətdə Azərbaycan hökumətinin hesabına kredit olaraq, 500 min türk lirəsi verilməli idi və s. Həmin tarixdə İsmayıl Hakkı paşa, Azərbaycanın yollar naziri Məlik-Aslanov vı Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski 7 maddədən ibarət digər bir müqavilə də imzalamışdılarş Müqaviləyə görə, Azərbaycan yolları 5 il müddətinə Osmanlı dövlətinin istifadəsinə verilirdi. Azərbaycan hökuməti respublikanın bütün yollarının daşınar və daşınmaz əmlakını, bütün materiallarını Osmanlı hökümətinə verirdi.
Belovejsk sazişi
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Britaniya-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
Deyton sazişi
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır. Sülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər. Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir. Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi.
Kоmpyеn sülh sazişi (1918)
Birinci Kоmpyеn sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kоmpyеn sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1940)
İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı. 1940-cı il mayın 10-da alman qoşunları Belçika, Hollandiya və Fransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş. Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Münhen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir. Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. Yamaqata-Lobanov sazişi Kodansha Encyclopedia of Japan (ingiliscə).
Says-Piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Says piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.

Digər lüğətlərdə