sazəndəlik
sazişçi
OBASTAN VİKİ
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Transqafqaz dəmir yolu haqqında saziş
Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətləri arasında bağlanmış saziş. == Tarixi == 1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski, Osmanlı imperiyası adından Xəlil bəy və Vehib paşa, Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar. Azərbaycan və Osmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər. Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı. Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.
Saziş 123
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
Kоmpyеn sülh sazişi (1918)
Birinci Kompyen sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kompyen sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1940)
İkinci Kompyen sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may–iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kompyen meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kompyen meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kompyen sülh sazişi imzalanmışdı. == İmzalanma tarixi == 1940-cı il mayın 10-da alman qoşunları Belçika, Hollandiya və Fransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5–16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş. Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Münhen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. == Sazişlər == Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: == Sonrakı mərhələ == Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir. Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Paris sazişi (2015)
Paris sazişi — BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma. Razılaşma, Paris İqlim Konfransı zamanı Kioto protokolunun əvəzinə hazırlanmış, 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilərək, 22 aprel 2016-cı ildə imzalanmışdır. Konfransın aparıcısı, Fransa Xarici İşlər naziri Loran Fabius, bu "iddialı və balanslı" planın qlobal istiləşmənin yavaşlaması yolunda "tarixi bir dönüş nöqtəsi" olduğunu vurğulayıb. 2023-cü ilin fevralına olan məlumata görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 195 üzvü sazişin tərəfləridir. Müqaviləni ratifikasiya etməmiş UNFCCC üzvü olan üç dövlətdən yeganə əsas emissiya edən İran olmuşdur. 2020-ci ildə sazişdən çıxan ABŞ, 2021-ci ildə yenidən sazişə qoşuldu. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının "tətbiqini artırmaq", xüsusən qlobal orta temperatur artımını 2 °C-dən "çox aşağıda" saxlamaq və məhdudlaşdırmaq üçün "səy göstərmək" temperatur 1,5 °C-yə yüksəlir. Paris sazişi 2016-cı il aprelin 22-də (Yer Günü) BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən mərasimdə imzalanaraq üçün açılıb. Avropa İttifaqı sazişi ratifikasiya etdikdən sonra, 4 noyabr 2016-cı il tarixində qüvvəyə minməsi üçün xeyli ölkə dünyanın istixana qazlarına cavabdeh olan sazişi ratifikasiya etdi. Avropa İttifaqı sazişi ratifikasiya etdikdən sonra, sazişin 4 noyabr 2016-cı il tarixində qüvvəyə minməsi üçün dünyada kifayət qədər istixana qazlarına cavabdeh olan sazişi kifayət qədər ölkə ratifikasiya etmişdi.Razılığa gələn tərəflər СО2 emissiyalarının zirvəsinə "ən qısa müddətdə" çatmalı olduqlarını elan etdilər.
Says-Piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Says piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi —1954-cü ilin avqustunda Nquen Hıu Tho tərəfindən Sayqonda yaradılmış Vyetnam siyasi təşkilatı. Komitə həmin ilin noyabrında Cənubi Vyetnam hökuməti tərəfindən ləğv və qadağan edilmiş, Nquen Hıu Tho və təşkilatın digər üzvləri polis basqından sonra həbs edilmişdir.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi
Strateji Əməkdaşlıq Sazişi, Azərbaycan və Türkiyə arasında, Azərbaycan adına prezident İlham Əliyev və Türkiyə adına köhnə prezidenti Abdullah Gül tərəfindən imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək andlaşmasıdır. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə "bütün imkanlarını istifadə edərək" hücuma uğrayan ölkəni dəstəkləyəcək. == Məzmunu == Razılaşmanın 23 maddə və beş hissədən ibarətdir: "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq" və "Ortaq və Son müddəalar". Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi (türk. Türkiye Cumhuriyeti ile Avrupa Ekonomik Topluluğu Arasında Bir Ortaklık Oluşturma Anlaşması, ing. Agreement Creating An Association Between The Republic of Turkey and the European Economic Community) — Türkiyə ilə Avropa Birliyi arasında əməkdaşlığın həyata keçirildiyi beynəlxalq müqavilə. Müqavilə imzalanarkən, məqsəd Türkiyə ilə o dövrdə Avropa İqtisadi Birliyi (AİB) arasında siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində inteqrasiyanı dərinləşdirmək idi. == Tarixi == Türkiyə, 1958-ci ildə AEC-in qurulmasından dərhal sonra, 1959-cu ilin iyulunda Avropa İqtisadi Birliyinə üzv üzv olmaq üçün müraciət etdi. Müqavilə 12 sentyabr 1963-cü ildə Ankarada imzalanmışdır. Buna görə, AİB ilə Türkiyə arasında Gömrük Birliyi yaratmaq üçün üç addımlıq bir proses başladı. 1970-ci ildə Türkiyə və AİB bu müqaviləyə əlavə bir protokol qəbul etdilər. 6 mart 1995-ci ildə Sazişə uyğun olaraq yaradılmış AB-Türkiyə Birlik Şurası, Avropa Birliyi ilə Türkiyə arasında Gömrük Birliyi yaratma qərarı verdi. 31 dekabr 1995-ci ildə gömrük birliyi qüvvəyə mindi.
Xilasetmə Sazişi
Astronavtların xilasedilməsi, Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş və ya digər adı ilə Xilasetmə müqaviləsi olaraq da bilinən kosmosa göndərilən insanların xilası üçün ölkələrə dörd hüquq və öhdəlik gətirən beynəlxalq müqavilədir. Müqavilə 19 dekabr 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (2345 saylı qətnamə (XXII)) konsensusla yaradılmış və 3 fevral 1968-ci ildə qüvvəyə minmişdir. Razılaşmanın şərtləri 1967-ci il tarixli Xarici Kosmik Müqavilənin 5-ci maddəsində yer alan xilasetmə müddəalarının detallı versiyasıdır.
İngiltərə-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
İsrail–Almaniya Reparasiya Sazişi
İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi (alm. Wiedergutmachungsabkommen‎; ivr. ‏הסכם השילומים‏‎ — Heskem HaŞillumim) və ya Lüksemburq Sazişi (alm. Luxemburger Abkommen‎) — 10 sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanmış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş müqavilə. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. İsrailə ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans vasitəsilə Almaniya Nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi. == Tarixçəsi == 1952-ci ildə İsrailin ilk baş naziri David Ben-Qurion çıxışlarının birində reparasiya tələbinin mümkün qədər çox yəhudi mülkünü əhatə etməli olduğunu bildirdi. Beləcə, "qatillər eyni zamanda varis ola bilməyəcəkdilər". Həmçinin, Qurion İsrailə köçən Holokost qurbanlarının reabilitasiyasını maliyyələşdirmək üçün bu kompensasiyaya ehtiyac olduğunu vurğulamışdı.
İtaliya-Azərbaycan sazişləri
İtaliya-Azərbaycan sazişləri — Azərbaycan və İtaliya dövlətləri arasında iqtisadi-siyasi əlaqələri genişləndirmək məqsədilə bağlanmış sazişlər. == Sazişin bağlanması == 1919-cu ilin payızından etibarən, ağqvardiyaçı rus generallarının məğlubiyyəti ilə əlaqədar beynəlxalq vəziyyət yeni yaranmış müstəqil respublikaların xeyrinə dəyişməyə başladı. Azərbaycan Hökuməti ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınması məsələsinin həllini sürətləndirmək məqsədilə Beşlər Şurasına, o cümlədən İtaliyaya müraciət etdi. İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi. Azərbaycan Hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən, hərbi, iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi. İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi. == Sazişin şərtləri == General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşdü.
Soçi sazişi
Soçi sazişi, rəsmi olaraq "Gürcüstan–Osetiya münaqişəsinin sülh yolu ilə həlli prinsipləri haqqında saziş" (rus. Соглашение о принципах мирного урегулирования грузино-осетинского конфликта) və ya Daqomıs sazişləri (gürc. დაგომისის შეთანხმება) — 24 iyun 1992-ci ildə Rusiya Prezidenti Boris Yeltsin və Dövlət Şurasının sədri (Gürcüstanın dövlət başçısı) Eduard Şevardnadze tərəfindən Rusiyanın Soçi şəhərində imzalanmış sənəd. Müqavilənin əsas müddəaları: Qarşı tərəflər atəşi dayandırmağa və silahlı birləşmələrini təmas zonasından çıxarmağa söz verirlər; Rusiya Cənubi Osetiyadan orada yerləşən mühəndis-istehkamçı və helikopter alaylarını çıxarmağı öhdəsinə götürür; Atəşkəs rejiminə, silahlı birləşmələrin çıxarılmasına, özünümüdafiə qüvvələrinin buraxılmasına və təmas zonasında təhlükəsizliyin təmin edilməsinə nəzarəti həyata keçirməli olan Qarışıq Nəzarət Komissiyası (QCC) yaradılır; Birgə Nəzarət Komissiyası hərbi müşahidəçi qruplarına və Qarışıq Sülhməramlı Qüvvəyə tabedir; Tərəflər regionun iqtisadi dirçəlişi və məcburi köçkünlərin geri qayıtması üçün şəraitin yaradılması üzrə dərhal danışıqlara başlamağa söz verirlər. Blokadaların və iqtisadi sanksiyaların tətbiqi qəbuledilməz elan edilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəs rejiminə nəzarət etmək və danışıqları asanlaşdırmaq barədə razılığa gəlmişdi. ATƏT gərginlik mənbələrini aradan qaldırmağa, mövcud atəşkəsi dəstəkləməyə və uzunmüddətli uyğunsuzluğu aradan qaldırmaq üçün daha geniş siyasi çərçivəni asanlaşdırmağa çalışmışdır. Müqavilənin müddəaları faktiki olaraq, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra öz qüvvələrini itirmiş və bu zaman kobud şəkildə pozulmuşdur.
Soçi sazişi (2019)
İkinci Şimali Suriya Bufer Zonası, həmçinin Soçi sazişi və ya Soçi razılaşması (türk. Soçi Mutabakatı, rus. Сочинское соглашение) — Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında bufer zona. Bu, 2019-cu ildə Türkiyənin Suriyanın şimal-şərqinə hücumu zamanı Rusiya və Türkiyə prezidentləri tərəfindən 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində imzalanmış anlaşma memorandumu əsasında yaradılmışdır. Regionun böyük hissəsi Suriya Ordusu və Rusiya Hərbi Polisi, bir hissəsi isə TSQ tərəfindən idarə olunur. == Soçi razılaşması == Razılaşma Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən diplomatik zirvə görüşündə müzakirə edilmişdir. Müqavilə üzrə danışıqların yekunlaşdırılması altı saat yarım çəkmişdir. Aparılan danışıqlardan sonra əldə edilən anlaşma memorandumuna əsasən, Suriyanın şimalında İkinci Şimali Suriya Bufer Zonası regionda davam edən münaqişəni sona çatdırmaq məqsədilə bufer zona kimi formalaşdırılmışdır.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. == Vəziyyət == === İmzalayanlar === 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. === Təsdiq edənlər === 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.

Digər lüğətlərdə