Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.
İliçin döyünən qəlbi (film, 1967)
== Məzmun == Film Lenin və Azərbaycan mövzusuna həsr olunmuşdur. Filmdə inqilabdan qabaqkı Azərbaycan həyatına geniş yer ayrılmışdır. 26 Bakı komissarının güllələnməsi, Azərbaycan bolşeviki Dadaş Bünyadzadənin Leninlə görüşü, XI Qırmızı Ordu hissələrinin Bakıya daxil olması, Kirov, Bünyadzadə, Musabəyov və başqa partiya rəhbərləri tərəfindən döyüşçülərin qarşılanması və digər kinoarxiv materialları filmə daxil edilmişdir. Sonrakı kadrlarda sovet dövründə Azərbaycanın iqtisadi-siyasi həyatı, Suraxanı mədənlərində baş vermiş yanğının söndürülməsi, Xəzərin qoynunda salınmış Neft Daşları, Azərbaycanda elm, maarif, texnika və sənayenin inkişafı öz əksini tapmışdır. Filmdə vaxtilə Leninlə görüşmüş köhnə bolşevik Müseyib Dadaşovun söhbətinə müəyyən yer verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın, Ruslan Şahmalıyev Operator: Elxan Əliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.