Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dostəli
Dostəli — ad. Dostəli Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli Mirəliyev (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli xan Müəyyirəlməmalik — Qacarlar dövlətinin xəzinədarı. Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı.DigərDostəli (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Bitlər dəstəsi
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bərabərkirpiklilər dəstəsi
Bərabərkirpiklilər dəstəsi (lat. Holotricha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bərabərkirpiklilər infuzorların ən böyük və geniş yayılmış dəstəsi olub, kirpik aparatının pirimitiv quruluşu ilə xarakterizə olunur. Bu infuzorlar membranell əmələ gətirmədən , çoxlu kirpiklərlə örtülmüşdür. Peristom hissədə kirpikləri bir qədər uzun olur. Udlaqda bu kirpiklər birləşərək , dalğavari pərdə əmələ gətirir. Bərabərkirpiklilərin tipik nümayəndələri Paramecium cinsindən birləşmişdir. Bəzi növlərdə (Didinium cinsi) kirpiklər bərabər paylanmayıb, qurşaqlarda yerləşir. Bərabərkirpiklilərin əksəriyyəti bakteriyalarla qidalanır. Lakin bu infuzorlar içərisində yırtıcı və parazit növləri də vardır.
Cütdırnaqlılar dəstəsi
Cütdırnaqlılar (lat. Artiodactyla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Suidae (Donuzkimilər) fəsiləsinə ən geniş yayılmış və sayı nisbətən yaxşı qalmış Sus scrofa (çöl donuzu) aiddir. Onun ən yüksək sıxlığı Böyük Qafqazın Zaqatala-İsmayıllı bölgəsində, Talışda və ara-sıra Kür və Arazın tuqaylarında müşahidə olunur. Qabanın respublikada ümumi sayı 5500–6000 fərd kimi qiymətləndirilir. Cervidae (Maralkimilər) fəsiləsindən Capreolus capreolus (cüyür) orta dağ qurşağı meşələrində rast gəlinir. Talış və Kiçik Qafqazda azsaylı olub, Böyük Qafqazda cütdırnaqlılar arasında sayı nisbətən çox olanı sayılır. Zaqatala, İlisu və İsmayıllı qoruqlarında sayları daha çoxdur. Azərbaycanda ümumi sayı 900–1000 başa yaxındır. Bu fəsilənin ikinci növü Cervus elaphus (nəcib maral) vaxtı ilə bütün meşələrdə rast gəlsə də, hazırda yalnız Böyük Qafqazın cənub ətəklərində qalmış, Qarayazı meşələrində demək olar ki yox olmuş, Göygöl qoruğunda isə yox olmaq üzrədir.
Dostəli (Soyuqbulaq)
Dostəli (fars. دوستعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (98 ailə).
Dostəli Hacıyev
Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan. == Həyatı == Hacıyev Dostəli Əhməd oğlu 13 dekabr 1966-cı ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. Sovet ordusunda Əfqanıstanın Baqram şəhərində mühəndis-istehkam taburunun kəşfiyat bölməsində xidmət edib. 1991-ci ildə Bakı Dəmiryol texnikumunu bitirib. Eyni zamanda dəmir yolunda işləyib. == Döyüş yolu == 1992-ci ilin fevralında Yevlaxın Qaramanlı kəndində əsasən Əfqanıstan müharibəsi veteranlarından ibarət "Əfqan rotası"nın yaradılmasında iştirak edib. D. Hacıyev rota komandiri Xosrov Əhmədovun müavini və kəşfiyat bölməsinin komandiri olmuşdu. Qaramanlı "Əfqan" rotası döyüş yolunu 1992-ci ilin fevralın sonlarında Ağdamda yerli özünümüdafiə "Qarabağ şahinləri" batalyonu ilə başlamışdı. Qaramanlı "Əfqan" bölməsi "Qarabağ şahinləri" batalyonuna, üstündə iki Nurs qurğusu olan Zil 131 və "Qradla" daxil olmuşdular. Dəstə, 1992-ci ilin iyununa qədər Ağdamdan Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi.
Dostəli Mirəliyev
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu (1974, Qaravəlli, İmişli rayonu – 27 yanvar 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == 1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Dostəli Məmmədov
Dostəli Seymur oğlu Məmmədov (28 iyun 1998, Suraxanı rayonu – 18 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dostəli Məmmədov 1998-ci il iyunun 28-də Suraxanı rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Dostəli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dostəli Məmmədov oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dostəli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Dostəli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dəyirmikirpiklilər dəstəsi
Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir.
Erato dəstəsi
Erato dəstəsi (erm. Էրատո ջոկատ) — Ermənistan Quru Qoşunlarının hərbi hissəsi. Ermənistan Silahlı Qüvvələri zəminində yaradılmış ilk qadınlardan ibarət hərbi hissədir. Azərbaycan ilə Ermənistan arasında baş verən qarşıdurmalardan sonra yaradılmış və ilk növbədə İkinci Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmişdir. == Zəmin == 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ən azı 115 qadının döyüş tapşırıqlarında iştirak etdiyi haqqında məlumat mövcuddur. 2013-cü ildə Ermənistandakı hərbi akademiyalarda ilk dəfə qadınların iştirakına icazə verilmişdir. Armenak Xanperyants adına Hərbi Aviasiya Universiteti həmin il 5 qadını qəbul etmiş, növbəti il isə Vazgen Sarkisyan adına Hərb Universiteti də oxşar qərar almışdır. == Tarixi == 2020-ci ilin avqust ayında Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan, Qondarma Dağlıq Qarabağ Respublikasından olan qadınlarla bir həftəlik döyüş hazırlığı proqramı keçmişdir. Bu, 2020-ci ilin iyul ayında, Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşlərinə bir cavab idi. Hakobyan daha sonra 18–27 yaş arası qadınlar üçün 45 günlük könüllü bir təhsil proqramı yaratmışdır.
Evqlenakimilər dəstəsi
Evqlenakimilər dəstəsi (lat. Euglenida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Evqlenakimilər dəstəsi — Bu dəstə bədənin ön tərəfində bir qamçı olan, əsasən şirin sularda yaşayan qamçılıları birləşdirir. Evqlenakimilərin bədəni pellikula ilə örtülüdür. Pellikula bəzi növlərdə yaşıl evqlenada olduğu kimi elastiki, bəzilərində isə möhkəm olub, bədənə sabit forma verir. Evqlenakimilər yaşıl bədənə, çoxlu xromatoforlara malikdirlər. Onlar üçün holofit qidalanma, bəzi rəngli formalar üçün miksotrof qidalanma xasdır. Bütün rəngli evqlenakimilər qırmızı gözcüyə — stiqmaya malikdir. Rəngsiz növlər saprofit, bir çoxu isə holozoy üsulla qidalanır. Holozoy üsulla qidalanan evqlenakimilər xüsusi orqanoidlər: hüceyrə ağzı — sitostom, sitoplazmanın dərinləşməsindən əmələ gələn udlaq yerləşir.
Fitomonadlar dəstəsi
Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir.
Hidralar dəstəsi
Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə. == Görünüşü == Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir.
Hipermastiginlər dəstəsi
Hipermastiginlər dəstəsi (lat. Hypermastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Çoxqamçılıların bəzilərində nüvələrin , qamçıların , aksostilin miqdarı çox olur. Belə qamçılıların hipermastiginlər dəstəsində birləşdirir. Termitlərin bağırsağında bu dəstənin Calonymphidae fəsiləsindən olan nümayəndələri parazitlik edir. Termitlərlə simbioz həyat tərzi keçirən C.grassii növündə nüvələrin, bazal dənəciklərinin, aksostilin və parabazal aparatın miqdarı çox olur. Hər bazal dənəciyində uzanan 3–4 qamçı bütöv qamçılı sahə əmələ gətirir. C.grassii növü termitin bağırsağında oduncaqla qidalanır. Məlumdur ki, termitlərin özü sellülozanı parçalaya bilmir. Təcrübədə sübut edilmişdir ki, bağırsağında qamçılılar çıxarılmış termit oduncaqla qidalandırıldıqda, onlar acından məhv olurlar.
His dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Kökqamçılılar dəstəsi
Kökqamçılılar dəstəsi (lat. Rhizomastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bu dəstənin nümayəndələrində həm qamçılıların, həm də sarkodinlərin əlamətləri vardır. Buna görə də kökqamçılılar bu iki sinif arasında keçid formalar hesab olunurlar. Kökqamçılılarda nüvə ilə nazik tellərlə birləşən bir və ya bir neçə qamçı olur. Eyni zamanda qamçılarla bərabər yalançı ayaqlar əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kökqamçılılar qamçılarını itirmədən amöbvari hərəkət edirlər. Adətən birnüvəli olurlar. Bakteriyalarla, yosunlar, və ibtidai orqanizmlərlə qidalanırlar. Kökqamçılılar yalnız qeyri-cinsi yolla bölünməklə çoxalırlar.
Mühafizə dəstəsi
SS (alm. Schutzstaffel‎ — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır. 1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır. Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır. == Tarix == 1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm.
Opalinkimilər dəstəsi
Opalinkimilər dəstəsi (lat. Opalinida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Opalinkimilər, demək olar ki, sırf suda – quruda yaşayanların parazitləridir. Opalinlərin bədəni bərabər kirpiklərlə örtülüdür. Onlarda həzm və ifrazat vakuolu yoxdur, qidalanma diffuz xarakterlidir. Müxtəlif opalinlər iki və daha çox eyni tipli nüvəyə malikdir ki, bununla infuzorlardan fərqlənirlər. Dəstənin xarakterik nümayəndələri qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. == Arxa plan == Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Otyeyənlər dəstəsi
Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu. == Xarici quruluşu == Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır.
Qansporlular dəstəsi
Qansporlular dəstəsi (lat. Haemosporidia ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Qansporlular dəstəsi 100-ə qədər növü birləşdirib, məməlilərin, quşların və sürünənlərin hüceyrədaxili parazitləridir. Həyat tsikli koksidilərdə olduğu kimi şizoqoniya, qametoqoniya və sporoqoniya mərhələlərinin növbələşməsi ilə baş verir. Koksidilərdən fərqli olaraq, rüşeym möhkəm örtük əmələ gətirmir və xarici mühitə düşmədən bir sahibdən digər sahibə keçir. Beleliklə çoxalma 2 sahibdə gedir. Koksidilərdə qansporlular qohumluq əlaqələri olduğunu ilk dəfə 1887-ci ildə İ. İ. Meçnikov qeyd etmişdir. Onlar arasında başlıca fərq qansporlularda hərəkətli amöbvari şizontların olması və sporların olmamasıdır . Qansporluların Piroplasmoidea yarımdəstəsindən olan növlərinin də böyük təsərrüfat əhəmiyyəti vardır. Bu dəstənin Babesiidae və Theileriidae fəsilələrinin nümayəndələri məməli heyvanlarda, əsasən qaramalda, piroplazmoz adlanan bir sıra ağır xəstəliklər törədirlər.
Spiralkirpiklilər dəstəsi
Spiralkirpiklilər dəstəsi (lat. Spırotrıcha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bu dəstənin nümayəndələri üçün ağızın ətrafında membranellaların spiral şəklində yerləşməsi xarakterikdir. Spiralkirpiklilər dəstəsinin aşağıdakı yarımdəstələri vardır: 1.Müxtəlif kirpiklilər yarımdəstəsi (Heterotricha). Bu yarımdəstənin nümayəndələri spiral şəklində yerləşən ağızətrafı membranellalardan əlavə, bütün bədəni əhatə edən kiçik kirpiklərə də malikdir. Tipik nümayəndəsi stentor infuzorudur . Stentor polymorphus infuzoru 0,5 mm ölçüdə, qıfabənzər formada olub, aydın görünən bir makronukleusa və bir neçə mikronukleusa malikdir. Bədənin aşağı dar hissəsi ilə substrata yapışaraq oturaq həyat tərzi keçirir. Mionemlərin güclü inkişafı ilə əlaqədar stentor infuzoru qıcıqlandırılarkən bədən formasını ani dəyişərək şar formasını ala bilir. Yarımdəstənin digər tipik nümayəndəsi Spirostomum anbiguum növüdür.
Torqanadlılar dəstəsi
Xrizomonadlar dəstəsi
Xrizomonadlar dəstəsi (lat. Chrysomonadina ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Bu dəstəyə daxil olan qamçılılar şirin sularda və dənizlərdə yaşayırlar. 1–3 ədəd qamçıya malikdirlər. Xromotoforları qızılı-qonur və ya yaşıl rəngli olub, disk şəklindədir. Xrizomonodların bəziləri yalançı ayaqlar əmələ gətirirlər. Həmçinin koloniya halında yaşayan formaları da vardır. == Mənbə == B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası.
Zirehlilər dəstəsi
Zirehlilər dəstəsi (lat. Dinoflagellata ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Zirehlilər, əsasən dənizlərdə yaşayırlar. Bədənləri sellülozadan təşkil olunmuş ikitaylı zirehə malikdir. Dəstənin əksər növlərində sarı-qonur, az hallarda yaşıl xromotoforlar vardır ki, bunlar holofit qidalanmanı təmin edir. Zirehlilər içərisində animal üsulla qidalanan formalar da vardır. Bunlara isti dənizlərdə yayılan gecə işıqcası adlanan zirehli qamçılını misal göstərmək olar. Gecə işıqcası bir qamçılı, iri kürə şəklində formada olub, diametri 2mm -ə qədərdir. Yayın axırlarında onlar külli miqdarda çoxalırlar. Gecə işıqcası növü dəstənin digər nümayəndələri kimi dənizdə xüsusi işıq saçmaq qabiliyyətinə malikdir.
Nəstəliq
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. == Tarixi == Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Xəstəlik
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü.Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.
Beşdəli
Beşdəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Beşdəli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Dəsmalı
Dəsmalı — Azərbaycanın milli rəqsi. Rəqs 1932-ci ildə Naxçıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifa edirlər. Naxçıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respublikada, xüsusən Bakıda geniş yayılmışdır.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.