QIRMAC

is. Heyvanları sürərkən vurmaq üçün kirişdən, dəridən, ipdən və s.-dən qayrılan uzun dəstəli qamçı; şallaq, tatarı.
Salman kişi də arabanın boyunduruğuna oturdu, … əlindəki uzun qırmancını havada bir neçə kərə şatlatdı. A.Şaiq.
Faytonçu qırmancı havada yellədikdə atlar hərəkət etdi. M.İbrahimov.
İndi Bağırın sağ əli olan Nüsrət əlində qırmanc qazılan anbarların yanında fırlanırdı. Ə.Məmmədxanlı.

QIRMABIĞLI
QIRMACLAMA

Digər lüğətlərdə