Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Könüllü
Könüllü (Volunteer) – birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adamdır. Bu iştirak birdəfəlik və ya müntəzəm ola bilər.
Özlülük
Özlülük (viskozitet) axan maddələrin daxilində bir hissəciyin digərinə nisbətən hərəkətinə qarşı göstərdiyi müqavimət ilə səciyyələnən xassədir. O, həm də daxili sürtünmə üçün bir göstəricidir. Özlü axm mll 'km ının əsas qanunauyğunluğu Nyuton tərəfindən qoyulmuşdur: F = η S Δ v Δ y {\displaystyle F=\eta S{\frac {\Delta v}{\Delta y}}} burada: F maye və qazın laylarının bir-birinə nəzərən sürüşməsini şərtləndirən toxunan qüvvə, S-sürüşmə baş verən qatın sahəsi, Δv/Δy –axının sürət qradiyentidir.η-mütənasiblik əmsalı dinamiklik əmsalı adlanır. O mayenin sürüşməyə müqavimətini kəmiyyətcə idfadə edir. Onun əksi olan φ=1/ηaxıcılıq adlanır. Maye şəklində olan metallarda da özlülük adi mayelərdə olan xassələrə malik olur. Xüsusi özlülük xassəsinə malik olan material kimi heliumu göstərmək olar. 2,172 K –də helium yüksək axıcılıq göstərərək onun özülülüyü sıfra bərabər olur. Özlülük materialların vacib fiziki-kimyəvi xassələrindəndir. Qaz və mayelərin boru ilə axması zamanı bu xassə xüsusi rol oynayır.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədriDigərGüllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Könüllü (dəqiqləşdirmə)
Könüllü (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Könüllü — Azərbaycanın Şəmkir rayonunda kənd. Könüllü — birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adam və ya adamlar. Könüllü fəaliyyət — yalnız biznеs və dövlət sеktоrunu dеyil, üçüncü sеktоru əhatə еdən fəaliyyət. Könüllü ordu — Könüllü döyüşən şəxslər.
Könüllü (Şəmkir)
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. == Tarixi == 1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb. Kənd 2 hissədən ibarətdir: Könüllü və Seyidlər. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. == Könüllü == Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. == İstiqamətləri == əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. == İştirakçıları == Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Könüllü hesablamalar
Könüllü hesablamalar (ing. Volunteer computing) – təqdim olunmuş könüllü hesablama resursları əsasında paylanmış hesablamalardır. Belə hesablama sistemləri qrid bazasında yaradılır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. == Xarici keçidlər == Volunteer computing What is volunteer computing?
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. == Özlülük indeksinin qiymətləndirilməsi == Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. == Özlülük indeksinin təyini metodları == Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Üzümlü (Qax)
Üzümlü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Üzümlü oyk., mür. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Ağyazı düzündədir. 1960-cı illərdə üzümçülük sovxozu fəhlələri üçün salındığına görə kənd belə adlandırılmışdır. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan və rutullardan ibarətdir və əsasən saxur dilində danışılır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Üzümlü kəndində 24 təsərrüfatda hər iki cinsdən toplam 64 nəfər əhali yaşamaqdadır.
Üzümlü (Şabran)
Üzümlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. == Bələdiyyə == Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Güllü (Nir)
Güllü (fars. گلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (21 ailə).
Güllü Mustafayeva
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri. == Həyatı == Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G.Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G.Mustafayevanın anası Nabat xanım S.Ə.Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür. == Yaradıcılığı == Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961).
Güllü Yoloğlu
Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri və televiziya aparıcısı. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9-10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G.Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983-1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdirYeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir. Dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının müxtəlif yerlərindəki universitetlərdə konfranslar vermişdir.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Güllü xalçaları
Güllü xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Güllü Çoxeli
Güllü Çoxeli (rus. Гюлли Николаевна Чохели, gürc. გიული ჩოხელი ; 12 fevral 1935 və ya 1935, Tiflis) — SSRİ və Gürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967). == Həyatı == Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur. O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir.1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi. 1961-ci ildən solo konsertlər və Eddi Rosner tərəfindən idarə olunan böyük qrup ilə çıxış etmişdir.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Küllü söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Zülfü Livaneli
Ömər Zülfü Livanelioğlu (türk. Ömer Zülfü Livanelioğlu; təxəllüsü: Zülfü Livaneli; 20 iyun 1946, Ilqın[d], Konya ili) — Türkiyə musiqiçisi, ssenaristi, siyasətçisi, yazıçısı və rejissoru. == Həyatı == Ömər Zülfü Livanelioğlu, 1946-cı il iyunun 20-də Konyanın İlgın mahalında anadan olub. Ailənin babası Livanelioğlu Ömer Əfəndi, 93 Harbinde Artvinin ermənilər və ruslar tərəfindən işğalından sonra Ərzuruma gələrək Əhməd Muxtar Paşanın ordusuna qoşulmuşdur. Ömər Əfəndi usta rütbəsi ilə Harput Redif Taburuna təyin edildi. Daha sonra bir qarşıdurma əsnasında şəhid olur. Ömər Əfəndinin tək oğlu olan Zülfü Əfəndi, Türkiyənin müxtəlif yerlərində sorğu hakimi olaraq vəzifə yerinə yetirər. Soyad qanunu qəbul edildikdə, Artvin, Yusufeli, Livane Sancakdan gəldiyi üçün atası Livanelioğlu soyadını alır. Zülfü Əfəndi'nin üç oğlu da hakim olmuşdur. Zülfü Livanelinin atası və qardaşların ən böyüyü Mustafa Səbri Livanelioğlu, Yargıtay Başçı Vəkili vəzifəsinə qədər yüksəldmişdir.
Axullu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Oruclu
Oruclu (İmişli)
Ovcullu
Ovcullu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Ovcullu kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mamaylı kəndi mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqələsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə XIX əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Oykonim müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır. 1933-cü ildə Naxçıvan ərazisində Ovçular adlı kəndin olması haqqında məlumat verilir. Hazırda Şərur rayonunun Dizə kəndində Ovçular məhəlləsi mövcuddur. == Tarixi == Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr də, bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Ovçulu nəsli hapıtlıların əsas qollarından biridir. Hapıtlılar səpələnmiş şəkildə Ağdaşın, Zərdabın bəzi kəndlərində də yaşayırlar.
Udullu
Birinci Udullu
Çullu
Çullu (Ağdam)Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd.Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modullu proqramlaşdırma
Modullu proqramlaşdırma (ing. modular programming, ru. модульное программирование) - proqramın bir-birindən asılı olmadan kompilyasiya olunan modullara ayrılmasından ibarət proqramlaşdırma üsulu. Hər bir modul müəyyən elementləri (sabitləri, verilən tiplərini, dəyişənləri, funksiyaları, prosedurları) dışarı daşıyır (eksport edir); başqa elementlər isə öz daxilində qalır. Başqa modullar yalnız dışarı daşınan elementlərdən istifadə edə bilər. Modullar proqramın əsas hissələri arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və tənzimləyir və bununla da proqramçıların səylərini asanlaşdırır və proqramlaşdırma prosesini etibarlı edir. Modullu proqramlaşdırma obyekt-yönlü proqramlaşdırmanın sələfidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çxıdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. == Tarix == Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Oruclu (Kəlbəcər)
Oruclu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Bozlu kəndindən gəlmiş Oruc Alı oğlu və onun qardaşi saldığı üçün belə adlanmışdır. Oykonim "Orucun nəslindən olanlar" mənasındadır. Kəndin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır. == Tarixi == Kəndin əsası Minkənd kəndindən gələn kürdlər tərəfindən qoyulmuşdur.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oruclu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oruclu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Qarasu çayının sahilində, Qonqur silsiləsinin ətəyindədir. == Əhalisi == Kənd formalaşan zaman əhalisi etnik kürdlər olmuşdur.
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Oruclu bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.