Glechoma hederacea subsp. serbica
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir.
== Azərbaycanda yayılması ==
BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.