Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serb
Serblər — Avropada xalq.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Pravoslav Kilsəsi
Serb Pravoslav Kilsəsi (serb. Српска православна црква) — Serbiyada yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Belqrad şəhərindədir. İriney kilsənin indiki patriarxıdır. Serb Pravoslav Kilsəsi öz köklərini 9-cu əsrə qədər izləyən avtokefal Şərqi Pravoslav Kilsəsidir. Serbiyanın milli kilsəsidir və Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və Şimali Makedoniya kimi digər Balkan ölkələrində xeyli sayda ardıcılları var. Serb Pravoslav Kilsəsi də ABŞ, Kanada, Avstraliya və Qərbi Avropada əhəmiyyətli icmaları olan diaspora içərisindədir. Kilsəyə yepiskopların müqəddəs məclisi tərəfindən seçilən patriarx rəhbərlik edir. Hazırkı patriarx 2021-ci ilin fevralında seçilən Porfirijedir. Yepiskopların Müqəddəs Məclisi kilsənin ən yüksək idarəetmə orqanıdır və doktrina, liturgiya və nizam-intizam məsələlərində qərarların qəbuluna cavabdehdir.
Serb Respublikası coğrafiyası
Serb Respublikası coğrafi baxımından Balkan yarımadasının mərkəzində yerləşir. Serb Respublikasının ərazisi 24 641 km² təşkil edir. O 42°° 33 ‘ və 45°° 16 ‘ şimal enliyi, 16°°11 ‘ və 19 °° 37 ‘ şərq uzunluğunda yerləşir. Serb Respublikası Aralıq dənizinə çıxışı yoxdur. Serb Respublikası Serbiya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərə malikdir. Serb Respublikasının ümumi sərhədi 2170 kilometrdir. Onun 1080 km Bosniya və Herseqovina Federasiyası ilədir. Bu ölkənin sərhədləri etnik tərkibə əsasən deyil Deyton anlaşmasına əsasən mövcud olan situasiya əsasında müəyyənləşmişdir. Qiymətləndirməyə əsasən Serb Respublikasının konsilidirləşmiş dairəyə malik idi. Onun sərhədi 561 kilometr təşkil etməli idi.
Serb Respublikası əhalisi
Serb Respublikasının əhalisi Serb Respublikasının əhalisinin əksəriyyətini serblər təşkil edir. Bununla yanaşı ölkədə bosniya müsəlmanları və xorvatlar belə yaşayır. 2010-cu il hesablamalarına görə respublika əhalisinin sayı 1 433 038 nəfər təşkil edir. Bu nəticəyə əsasən respublikada əhali 2009-cu ilə nisbətdə 2141 nəfər azalmışdır. Azalmanın əsas səbəblərindən biri təbii artımın azalmasıdır. Ölkədə yeni doğulan körpələrin sayı 4,3% azalmışdır. Anaların orta yaşı 25,9 yaş təşkil etmişdir. Uşaq doğan anaların orta yaşı isə bir yaş çoxalaraq 27,7 yaş olmuşdur. Bu isə region ölkələri arasında orta rəqəmdir. Uşaqların 85 % nikahda doğulanlardır.
Serb Respublikasında almanlar
Serb Respublikasında almanlar (serb. Нијемци у Републици Српској, alm. Deutsche in Republika Srpska‎) — Serb Respublikası ərazisində yaşayan və işləyən alman əsilli əhali. Almanlar Serb Respublikası ərazisində yaşayan 12 milli azlıqdan biridir. Onların hüquqlarını dirgər azlıqların hüquqları kimi Serb Respublikasının milli azlıqlar soveti qoruyur. Serb Respublikası ərazisində cəmi 95 alman əsilli əhali yaşayır. Almanlar Bosniya və Herseqovina ərazisində ilk dəfə Avstriyanın işğalı dönəmində ayaq basmışlar. Onlar əsasən alman tacirlərdən ibarət idi. Ticarətlə əlaqədar olaraq bölgəyə ayaq basmışdılar. Tacirlərin böyük qismi Srema və Banata (həmcinin Vyortemberq) ərazilərindən gələnlər idilər.
Serb Respublikasında italyanlar
Serb Respublikasında italyanlar (serb. Италијани у Републици Српској, it. Gli italiani della Repubblica Serba) — Serb Respublikası əraziaində yaşayan və işləyən italyan əsilli əhali. İtalyan diasporası Serb Respublikasının 12 milli azğlığı siyahısına daxil edilmişdir. Onların maraqlarını və hüquqlarını Serb Respublikasının Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il siyahısına alınmasına görə Serb Respublikasında 248 italyan yaşayır. Hazırkı Serb Respublika italyanlar 1882-ci ildə peyda olmuşlar. İlk yaşayış məntəqələri 1883-cü ilin sentyabrında Banya-Luka, Laktaşi və Ştivor ətrafında salınmışdır. Torpaq sahəsi, heyvan və toxum əldə etdikdən sonra italyanlar üzüm və ağac əkməyə başlamışlar. Bir müddət sonra isə onlar konyan və digər içkilər hazırlayırdılar.
Serb Respublikasında macarlar
Serb Respublikasında macarlar (serb. Мађари у Републици Српској, mac. Magyarok a Szerb Köztársaság) — Serb Respublikası ərazisində yaşayan və işləyən macar əsilli əhali. Serb Respublikasında 12 milli azlıq siyahısına daxil edilmişdir. Onların hüquqları Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. Ümumilikdə 2013-cü il siyahııya alınmasına görə Serb Respublikası ərazisində 116 macar yaşayır.. Serblər və macarlar arasında ativ əlaqələr XIII əsrdən yaranmışdır. Bosniya Krallığı və Macar Krallığı birləşdikdən sonra bu əlaqələr güçlənmişdir. Bu əlaqələr Bosniya və Serbiyanın Osmanlı imperiyası tərəfindən işğal edildikdən sonra kəsilmişdir. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildikdən sonra Bosniya ərazisinə çoxlu sayda macar köçmüşdür.
Serb Respublikasında makedonlar
Serb Respublikasında makedonlar (serb. Македонци у Републици Српској, mak. Македонците во Република Српска) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 341 makedon yaşayır. Makedonlar Serb Respublikası ərazisində XX əsrin əvvəllərində yayılmışdır. Onların böyük əksəriyyəti buraya iş ilə əlaqəli gəlmişlər. Lakin sonradan onların böyük hissəsi öz ailəsi ilə birlikdə bölgədə qalmışlar. Uzun zaman bölgədə makedonlara aid mədəni təşkilat olmasada onlar öz mədəniyyətlərini və dillərini qoruya bilmişlər.
Serb Respublikasında monteneqrolular
Serb Respublikasında monteneqrolular (serb. Црногорци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən monteneqro əsilli əhali. Monteneqrolular Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2013-cü il məlumatına görə 1116 montenoqralı yaşayır. Monteneqrolular Serb Respublikasına İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Onlar əsasən Trebine, Bileça, Qaçko, Nevesine, Lyobine, Foça və Çayniçe şəhərlərində yaşayırdılar. Onlara həmdə Banya-Luka şəhərində rast gəlinir. Hazırda isə onların böyük qismi Herseqovinada cəmləşmişlər. Serb Respublikasının ən böyük saylı milli azlıqlarından biridir. Serblər kimi monteneqrolularda provaslavdırlar.
Serb Respublikasında nəqliyyat
Serb Respublikasında nəqliyyat Serb Respublikasında nəqliyyat və rabitə nazirliyinin balansında olan sahə. Bu sahəyə Serb Respublikasının telekamunikasiya və nəqliyyat infrastrukturu daxildir. Nəqliyyat sisteminə avtomobil və dəmiryolları, dəmiyyol stansiyaları, hava limanları, dəniz yolları və limanları daxildir. Telekamunikasiya sisteminə isə telefon, teleqraf, optik xətlər və s daxildir. Ölkənin nəqliyyat infrastrukturu Serb Respublikası Dəmiryolları, Serb Respublikası Poçtu və Serb Respublikası Avtomovil yolları təşkilatlarında birləşir. Dəmiryollarının ümumi uzunluğu 425 km təşkil edir. Dəmiryollarının idarə edilməsi Serb Respublikası Dəmiryolları tərəfindən təşkil edilir. İl ərzində dəmir yolu ilə 1 mln sərnişin və 6 mln t yük daşınır. Serb Respublikası Dəmiryolları idarəsinin balansında 65 sərnişin və 8 yük qatarı vardı. Beynəlxalq kodu — 0044.
Serb Respublikasında polyaklar
Serb Respublikasında polyaklar (pol. Polacy w Republice Serbskiej, serb. Пољаци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən polyak əsilli əhali. Polyaklar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında 186 polyak yaşayır. Polyaklar Serb Respublikası ərazisinə Avstriya-Macarıstan dönəmindən yaşayırlar. Onlar əsasən Qalisiyadan olan kəndlilərdən ibarət idi. Polyaklar Derventa, Prnyavor, Qradişka, Banya Luka, Novi-Qrad və Priedor şəhərləri ətraflarında məskunlaşmışdırlar. 1910-cu il məlumatına Bosniya və Herseqovinada 10975 polyak yaşayırdı. Onlar 12 kəndli koloniyasında cəmləşmişdilər.
Serb Respublikasında ruslar
Serb Respublikasında ruslar (serb. Руси у Републици Српској) — Serb Respublikası əraziaində yaşayan və işləyən rus əsilli əhali. 1991-ci il əhalinin siyahıya alınmasına görə Sosialist Bosniya və Herseqovina Respublikası ərazisində 297 nəfər rus yaşsyırdı (ümumi əhalinin 0,01%). 2013-cü il siyahıya alınmasına görə Serb Respublikası ərazuşisində 177 rus yaşayır. Hazırda ruslar Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. Serb Respublikası ərazisində ilk dəfə ruslar XX əsrin əvvəllərində meydana gəlmişlər. Onlar əsasən keçmiş Rusiya imperiyasından olan miqrantlar idilər. Onlar Oktyabr inqilabından sonra ölkəni tərk etməyə məcbur olanlar idi. 1919-cu ildə "Ağlar" hərəkatının tərəfdarları Yuqoslaviya Krallığına pənah gətirmişlər. Onların böyük qismi müxtəlif mədəni və təhsil mərkəzlərində, kınd təsərrüfatı sahələrində, sənsyedə çalışırdılar.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Serb dili
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serb filmi
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Serb mətbəxi
Serbiya mətbəxi (serb.српска кухиња/srpska kuhinja) ənənəvi mətbəx olub, Balkan xalqlarının (xüsusən keçmiş Yuqoslaviyanın) xüsusiyyətlərini özündə əks etdirir. Tarixən, Serbiya yeməyi Bizans-Yunan, Aralıq dənizinin təsirləri ilə xarakterizə olunur. Eyni zamanda Türk və daha az dərəcədə Mərkəzi AvropaSerbiya qanunu ilə uzun müddətdir davam edən mübahisəyə səbəb olan genetik dəyişdirilmiş qida (GMO) istehsalını və idxalını qadağan edir. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatı, ölkənin bu təşkilata üzv olmasına mane olur. Milli yeməklərə qibanika (kövrək xəmirdən hazırlanmış yumurta və pendir piroqu), pljeskavica (çəkilmiş mal əti və ya donuz əti), ćevapi (qızardılmış ət) və Karađorđeva šnicla (Karađorđe's schnitzel) daxildir. Milli içki rakiadır. Serbiya Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, mətbəxi zəngin ət, tərəvəz, çörək, pendir, təzə xəmir və bənzərsiz balansa sahib olan öz qastronomiyasını inkişaf etdirmək üçün Yaxın Şərq və Avropada müxtəlif yemək tərzlərindən elementlər toplayır. Qonşu Balkan ölkələrinin mətbəxləri ilə çox oxşarlığı var. Dadları təzə və təbii olur. Ədviyyatlar duz, qara bibər və paprika təzə və keyfiyyətlidir.
Serb Respublikasında slovaklar
Serb Respublikasında slovaklar (serb. Словаци у Републици Српској, slovak. Slováci v Republike srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 109 slovak yaşayır. Slovaklar Serb Respublikası ərazisində ilk slovaklar 1885-ci ilə meydana gəlmişdir: bu zaman 12 kəndli ailəsidən ibarət icma idi. Onlar Pivnise, Kovaçisa, Lyoba, Binqula və Baçki-Petovasdan insanlar gələrək Bielinada yerləşmişlər. Gəlmələr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Köçkünlər arasında ən məşhurlarından biri XIX — əsrin sonları XX əsrin əvvəlləri bölgəyə gəlmiş İosip Senixradski olmuşdur.
Serb Respublikasında turizm
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır. Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır.
Serb Respublikasında ukraynalılar
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır. Ukraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.
Glechoma hederacea subsp. serbica
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.
Glechoma serbica
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.
Makedoniya Respublikasında serblər
Makedoniya Respublikasında serblər Makedoniya Respublikasında köklü xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2002-ci il siyahıya alınmağa görə Makedoniyada 39 939 nəfər serb yaşayır. Bu isə ümumi əhalinin 1,78 %-ni təşkil edir. Serblər Makedoniyanın siyası və mədəni həyatında böyük rol oynayırlar. Onları iki partiyası vardır: Makedoniya Serblərinin Demokrat Partiyası və Makedoniya Serblərinin Radikal Partiyası == Tarixi == Serblərin müasir Makedoniyanın ərazisi ilə əlaqəsi qədimlərə gedir. Makedoniyanın şimalı Skopye ilə birlikdə Raşkanın tərkibində Stefan Nemanyanın hakimiyyəti illərində daxil edilmişdir. Ancaq Makedoniyanın bütün ərazisi Qədim Serbiyanın tərkibinə II Stefan Uraşın hakimiyyəti illərində keçmişdir. Osmanlı imperiyasının bölgəni uzun zaman nəzarətdə saxlaması ilə hər iki ölkə bir dövlətin tərkibində daxil idi. Osmanlı imperiyasının hakimiyyətinin sonlarına yaxın provaslav xristiyanların yaşayış sərhədləri müəyyənləşmişdi.
Monteneqro-Serbiya münasibətləri
Monteneqro–Serbiya (və ya Çernoqoriya–Serbiya) əlaqələri — Monteneqro ilə Serbiya arasındakı mövcud ikitərəfli əlaqələrə deyilir. 1918-ci ildən 2006-cı ilə qədər iki ölkə Yuqoslaviya Krallığı, Yuqoslaviya Sosialist Federativ Respublikası və Serbiya və Monteneqro dövlətlərində birləşmişdilər. Bölgədəki son siyasi inkişaflara bağlı olaraq, Çernoqoriyalılar və Serblər arasındakı etnik əlaqənin dərəcəsi tez-tez tarixçilər tərəfindən müzakirə edilir. Ancaq, əlaqələri səmimi olaraq xarakterizə olunur və keçmişdə iki ölkə arasında böyük bir müharibə yoxdur. Yuqoslaviyanın varlığından əvvəl, Serb Ortodoks Kilsəsinə asılı olduğu üçün Serblər və Çernoqoriyalılar arasında çox az fərq var idi, bu da 1697-ci ildə Monteneqro Şahzadə-Yepiskopluğu tərəfindən birbaşa təsir edilmişdi. Pitr II Pitroviç-Nyeqoş, ən çox teokratik Monteneqro Şahzadə-Yepiskopluğunun tarixi idarəçilərindən biri idi, daha sonra Serb ədəbiyyatının tarixinin bel sümüyünü meydana gətirəcək əsərləri hazırladı. Berlin Konqresi hərəkəti suveren dövlətlərin müstəqilliyini rəsmi olaraq tanıdığında, 1897-ci ildə rəsmi olaraq qurulana qədər iki ölkənin əlaq Monteneqro Krallığı, 1916-cı ildə Avstriya-Macarıstana təslim olana qədər Serbiyanın Birinci Dünya Müharibəsində ən yaxın müttəfiqi oldu. Monteneqro ilhaq edildi və daha sonra Yuqoslaviya Krallığı rəhbərliyində 1918-ci ilin Dekabr ayının 20-də elan edildi. Həftələr sonra, Kristo Zrinov Popoviç'ə rəhbərliyindəki separatist Çernoqoriyalı Yaşıllar, 1919-cu ilin Yanvar ayının 7-də Milad Üsyanı olaraq bilinən Yuqoslaviya tərəfdarı olan ittifaqcıların əleyhinə şiddətli bir qiyam başlatdı. Yuqoslaviyanın işğalından sonra Serbiyanın kiçik bir hissəsində və Monteneqro torpaqlarında iki çətin müqavimət qrupu təsirli oldu.
Monteneqro–Serbiya münasibətləri
Monteneqro–Serbiya (və ya Çernoqoriya–Serbiya) əlaqələri — Monteneqro ilə Serbiya arasındakı mövcud ikitərəfli əlaqələrə deyilir. 1918-ci ildən 2006-cı ilə qədər iki ölkə Yuqoslaviya Krallığı, Yuqoslaviya Sosialist Federativ Respublikası və Serbiya və Monteneqro dövlətlərində birləşmişdilər. Bölgədəki son siyasi inkişaflara bağlı olaraq, Çernoqoriyalılar və Serblər arasındakı etnik əlaqənin dərəcəsi tez-tez tarixçilər tərəfindən müzakirə edilir. Ancaq, əlaqələri səmimi olaraq xarakterizə olunur və keçmişdə iki ölkə arasında böyük bir müharibə yoxdur. Yuqoslaviyanın varlığından əvvəl, Serb Ortodoks Kilsəsinə asılı olduğu üçün Serblər və Çernoqoriyalılar arasında çox az fərq var idi, bu da 1697-ci ildə Monteneqro Şahzadə-Yepiskopluğu tərəfindən birbaşa təsir edilmişdi. Pitr II Pitroviç-Nyeqoş, ən çox teokratik Monteneqro Şahzadə-Yepiskopluğunun tarixi idarəçilərindən biri idi, daha sonra Serb ədəbiyyatının tarixinin bel sümüyünü meydana gətirəcək əsərləri hazırladı. Berlin Konqresi hərəkəti suveren dövlətlərin müstəqilliyini rəsmi olaraq tanıdığında, 1897-ci ildə rəsmi olaraq qurulana qədər iki ölkənin əlaq Monteneqro Krallığı, 1916-cı ildə Avstriya-Macarıstana təslim olana qədər Serbiyanın Birinci Dünya Müharibəsində ən yaxın müttəfiqi oldu. Monteneqro ilhaq edildi və daha sonra Yuqoslaviya Krallığı rəhbərliyində 1918-ci ilin Dekabr ayının 20-də elan edildi. Həftələr sonra, Kristo Zrinov Popoviç'ə rəhbərliyindəki separatist Çernoqoriyalı Yaşıllar, 1919-cu ilin Yanvar ayının 7-də Milad Üsyanı olaraq bilinən Yuqoslaviya tərəfdarı olan ittifaqcıların əleyhinə şiddətli bir qiyam başlatdı. Yuqoslaviyanın işğalından sonra Serbiyanın kiçik bir hissəsində və Monteneqro torpaqlarında iki çətin müqavimət qrupu təsirli oldu.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Qazaxıstan-Serbiya münasibətləri
Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir. Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017). Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln.
Qazaxıstan–Serbiya münasibətləri
Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir. Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017). Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln.
Serb Respublikası dəmir yolları
Bosniya Serb Respublikası dəmir yolları (serb. Железные дороги Республики Сербской), qısa adı JRS və ŽRS — Bosniya Serb Respublikası dəmir yolları Bosniya və Herseqovinanın iki milli dəmir yolu sirkətindən biri (ikinci — Željeznice Federacije Bosne i Hercegovine, Bosniya və Herseqovina Federasiyasının dəmir yolları). Bosniya Serb Respublikası dəmir yollarının uzunluğu 424 km-dir. Şirkət 1991 ildə «Jelejnise Srpske» adı ilə yaradılmışdır. Sonradan Deyton sazişi ilə müasir adını almışdır. 2010-cu ilə olan məlumata görə 4 000 işçiyə malikdir. Draqan Savanoviç (serb. Dragan Savanović), baş katibi Draqan Subaşiç (serb. Dragan Subašić), infrastruktur bölməsinin katibi Drajenko Todoroviç (serb. Draženko Todorović), dəmir yol işləri üzrə katib Branislav Curisa (serb.
Gerb
Gerb (pol. herb alm. Erbe‎ — irs) və ya Tuğra - irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblem. Gerblərləri heraldika elmi tədqiq edir. Gerb aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Serj
Serj (fr. Serge Fransızca tələffüz: [sɛʁʒ]) — fransız kişi adı. Serj Gensbur — müğənni. Serj Klarsfeld — vəkil. Serj Lifar — balet rəqqas və ustası. Serj Sarkisyan — siyasətçi. Serj Tankyan — müğənni.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. .
Şərq-Qərb (nəşriyyat)
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb nəşriyyatı
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır. Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib his­sə­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov və Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi və iqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və s.
Şərq-Qərb hip hop qarşıdurması
Şərq-Qərb hip hop qarşıdurması — xüsusilə 1990-cı illərin ortalarından etibarən ABŞ-də Şərq hip hopu və Qərb hip hopu səhnələrinin sənətkarları ilə pərəstişkarları arasında qan davası idi. Qan davasının diqqət nöqtəsi Şərqli repçi The Notorious B. I. G (və Nyu-York mərkəzli Bad Boy Records) ilə Qərbli repçi Tupac Şakur (və Los-Anceles mərkzəli şirkəti Death Row Records) idi. Hər ikisi də avtomobildən açılan atəş nəticəsində öldürüldü. Orlando Anderson (aka Baby Lane) Şakur qətlində günahlandırıldı, lakin 1998-ci ilin yazında vurularaq öldürüldü. The Notorious B. I. G qətlindən məsul olan şəxs hələ bilinmir.
Şərq və Qərb kilsələrinin aralanması
Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir.
Şərq və Qərb kilsələrinin ayrılması
Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir.
Hərb
Hərb — mənası döyüş, savaş anlamına gəlir. Qədim dövrlərə gedib çatan bir tarixə malikdir. Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir. Hərbçilərin mülki şəxslərdən fərqi odurki, onlar nizamnamə çərçivəsində hərəkət edir, müəyyən hərbi və mülki biliyə sahib, ekstremal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan, fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar. İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tətbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır. Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.
Qərb
Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Səlb
Səlb (lat. Platycladus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.