seratitlər
serb-xorvat
OBASTAN VİKİ
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Bosniya Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Slovenlər Serb Respublikasında
Slovenlər Serb Respublikasında (serb. Словенци у Републици Српској, sloven. Slovénci v republike Srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən sloven mənşəli vətəndaşlar. Çernoqoriyalılar Serb Respublikasının 12 milli azlığından biri kimi tanınır. Onların maraqlarını Serb Respublikasının milli azlıqlarının məsləhətçi şurası müdafiə edir. 2013-cü il əhalinin siyahıya alınması məlumatlarına əsasən Serb Respublikasında 504 sloveniyalı yaşayır. == Tarixi == Sloveniyalılar XIX əsrin sonunda Bosniya və Herseqovinaya köçürülmüşdür. Köçürülənlər müxtəlif peşələrin nümayəndələri idilər: mühəndislər, memarlar, yerölçənlər, şaxtaçılar, həkimlər, tacirlər, hərbilər, əczaçılar və müəllimlər. XX əsrin əvvəllərinə qədər sloveniyalıların əsas hissəsi Banya Lukada yaşayırdı. İkinci dünya müharibəsindən sonra onlar bütün Bosniyaya və Herseqovina SR boyunca yerləşdirildilər..
Serb
Serblər — Avropada xalq.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Serb dili
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serb filmi
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. == Məzmun == Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Serb mətbəxi
Serbiya mətbəxi (serb.српска кухиња/srpska kuhinja) ənənəvi mətbəx olub, Balkan xalqlarının (xüsusən keçmiş Yuqoslaviyanın) xüsusiyyətlərini özündə əks etdirir. Tarixən, Serbiya yeməyi Bizans-Yunan, Aralıq dənizinin təsirləri ilə xarakterizə olunur. Eyni zamanda Türk və daha az dərəcədə Mərkəzi AvropaSerbiya qanunu ilə uzun müddətdir davam edən mübahisəyə səbəb olan genetik dəyişdirilmiş qida (GMO) istehsalını və idxalını qadağan edir. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatı, ölkənin bu təşkilata üzv olmasına mane olur. == Ümumi == Milli yeməklərə qibanika (kövrək xəmirdən hazırlanmış yumurta və pendir piroqu), pljeskavica (çəkilmiş mal əti və ya donuz əti), ćevapi (qızardılmış ət) və Karađorđeva šnicla (Karađorđe's schnitzel) daxildir. Milli içki rakiadır. Serbiya Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, mətbəxi zəngin ət, tərəvəz, çörək, pendir, təzə xəmir və bənzərsiz balansa sahib olan öz qastronomiyasını inkişaf etdirmək üçün Yaxın Şərq və Avropada müxtəlif yemək tərzlərindən elementlər toplayır. Qonşu Balkan ölkələrinin mətbəxləri ilə çox oxşarlığı var. Dadları təzə və təbii olur. Ədviyyatlar duz, qara bibər və paprika təzə və keyfiyyətlidir.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Pravoslav Kilsəsi
Serb Pravoslav Kilsəsi (serb. Српска православна црква) — Serbiyada yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Belqrad şəhərindədir. İriney kilsənin indiki patriarxıdır. Serb Pravoslav Kilsəsi öz köklərini 9-cu əsrə qədər izləyən avtokefal Şərqi Pravoslav Kilsəsidir. Serbiyanın milli kilsəsidir və Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və Şimali Makedoniya kimi digər Balkan ölkələrində xeyli sayda ardıcılları var. Serb Pravoslav Kilsəsi də ABŞ, Kanada, Avstraliya və Qərbi Avropada əhəmiyyətli icmaları olan diaspora içərisindədir. Kilsəyə yepiskopların müqəddəs məclisi tərəfindən seçilən patriarx rəhbərlik edir. Hazırkı patriarx 2021-ci ilin fevralında seçilən Porfirijedir. Yepiskopların Müqəddəs Məclisi kilsənin ən yüksək idarəetmə orqanıdır və doktrina, liturgiya və nizam-intizam məsələlərində qərarların qəbuluna cavabdehdir.
Serb Respublikası coğrafiyası
Serb Respublikası coğrafi baxımından Balkan yarımadasının mərkəzində yerləşir. Serb Respublikasının ərazisi 24 641 km² təşkil edir. O 42°° 33 ‘ və 45°° 16 ‘ şimal enliyi, 16°°11 ‘ və 19 °° 37 ‘ şərq uzunluğunda yerləşir. Serb Respublikası Aralıq dənizinə çıxışı yoxdur. == Sərhədləri == Serb Respublikası Serbiya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərə malikdir. Serb Respublikasının ümumi sərhədi 2170 kilometrdir. Onun 1080 km Bosniya və Herseqovina Federasiyası ilədir. Bu ölkənin sərhədləri etnik tərkibə əsasən deyil Deyton anlaşmasına əsasən mövcud olan situasiya əsasında müəyyənləşmişdir. Qiymətləndirməyə əsasən Serb Respublikasının konsilidirləşmiş dairəyə malik idi. Onun sərhədi 561 kilometr təşkil etməli idi.
Serb Respublikası əhalisi
Serb Respublikasının əhalisi Serb Respublikasının əhalisinin əksəriyyətini serblər təşkil edir. Bununla yanaşı ölkədə bosniya müsəlmanları və xorvatlar belə yaşayır. == Ümumi məlumat == 2010-cu il hesablamalarına görə respublika əhalisinin sayı 1 433 038 nəfər təşkil edir. Bu nəticəyə əsasən respublikada əhali 2009-cu ilə nisbətdə 2141 nəfər azalmışdır. Azalmanın əsas səbəblərindən biri təbii artımın azalmasıdır. Ölkədə yeni doğulan körpələrin sayı 4,3% azalmışdır. Anaların orta yaşı 25,9 yaş təşkil etmişdir. Uşaq doğan anaların orta yaşı isə bir yaş çoxalaraq 27,7 yaş olmuşdur. Bu isə region ölkələri arasında orta rəqəmdir. Uşaqların 85 % nikahda doğulanlardır.
Serb Respublikasında almanlar
Serb Respublikasında almanlar (serb. Нијемци у Републици Српској, alm. Deutsche in Republika Srpska‎) — Serb Respublikası ərazisində yaşayan və işləyən alman əsilli əhali. Almanlar Serb Respublikası ərazisində yaşayan 12 milli azlıqdan biridir. Onların hüquqlarını dirgər azlıqların hüquqları kimi Serb Respublikasının milli azlıqlar soveti qoruyur. Serb Respublikası ərazisində cəmi 95 alman əsilli əhali yaşayır. == Tarixi == Almanlar Bosniya və Herseqovina ərazisində ilk dəfə Avstriyanın işğalı dönəmində ayaq basmışlar. Onlar əsasən alman tacirlərdən ibarət idi. Ticarətlə əlaqədar olaraq bölgəyə ayaq basmışdılar. Tacirlərin böyük qismi Srema və Banata (həmcinin Vyortemberq) ərazilərindən gələnlər idilər.
Serb Respublikasında italyanlar
Serb Respublikasında italyanlar (serb. Италијани у Републици Српској, it. Gli italiani della Repubblica Serba) — Serb Respublikası əraziaində yaşayan və işləyən italyan əsilli əhali. İtalyan diasporası Serb Respublikasının 12 milli azğlığı siyahısına daxil edilmişdir. Onların maraqlarını və hüquqlarını Serb Respublikasının Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il siyahısına alınmasına görə Serb Respublikasında 248 italyan yaşayır. == İcma == Hazırkı Serb Respublika italyanlar 1882-ci ildə peyda olmuşlar. İlk yaşayış məntəqələri 1883-cü ilin sentyabrında Banya-Luka, Laktaşi və Ştivor ətrafında salınmışdır. Torpaq sahəsi, heyvan və toxum əldə etdikdən sonra italyanlar üzüm və ağac əkməyə başlamışlar. Bir müddət sonra isə onlar konyan və digər içkilər hazırlayırdılar.
Serb Respublikasında turizm
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır. == Təbiət gözəllikləri == Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır.
Serb Respublikasında ukraynalılar
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır. == İcma == Ukraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır.
Serb Respublikasında çexlər
Serb Respublikasında çexlər (serb. Чеси у Републици Српској, çex. Češi v Republice srbské) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 218 slovak yaşayır. == Tarixi == Çexlər Bosniya və Herseqovina ərazisində ilk dəfə onun Avstriya-Macarıstan ərazisinə birləşdirilməsindən sonra peyda olmuşlar. Çexlər burada mədən sənayesi, meşəçilik, şaxta tikintisi, dəmir yolları, telefon və teleqraf xətlərinin çəkilişində çalışırdılar. Serb Respublikası ərazisinə əsasən Çexiyadan gələnlər və Qalisiyadan gələn çexlər üstünlük təşkil edirdi. Bir köç əsasən Banya Luka, Sarayevo, Brod, Derventa və Mostar şəhərlərində cəmləşmişdir.
Serb Respublikasında çinlilər
Serb Respublikasında çinlilər (serb. Кинези у Републици Српској, çin. 中國人 在 塞族共和國) — граждане Serb Respublikası ərazisində yaşayan və işləyən çinli icması. Hazırda çinlilər Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. == Tarixi == 1990-cı illərin sonları 2000-ci illərin əvvəlləri Serb Respublikası ərazisində ilk çin miqrantlsr görünməyə başlamışdır. Onlar əraziyə əsasən ticari məqsədlər üçün gəlsələrdə, bir qismi bölgəni tərk etməmiş və burada daimi yaşayış qurmuşlar. Çinlilər ölkənin hər bir yerinə yayılmışlar. Onların böyük qismi Banya-Luna ərazisində yaşayır. Onların əsas məşğuliyyəti ticarət, biznes və kənd təsərrüfatı sahələrində çalışırlar. Kənd təssərüfatında çalışanların böyük qismi əkinçilikdədirlər.
Serb Respublikasının coğrafiyası
Serb Respublikası coğrafi baxımından Balkan yarımadasının mərkəzində yerləşir. Serb Respublikasının ərazisi 24 641 km² təşkil edir. O 42°° 33 ‘ və 45°° 16 ‘ şimal enliyi, 16°°11 ‘ və 19 °° 37 ‘ şərq uzunluğunda yerləşir. Serb Respublikası Aralıq dənizinə çıxışı yoxdur. == Sərhədləri == Serb Respublikası Serbiya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərə malikdir. Serb Respublikasının ümumi sərhədi 2170 kilometrdir. Onun 1080 km Bosniya və Herseqovina Federasiyası ilədir. Bu ölkənin sərhədləri etnik tərkibə əsasən deyil Deyton anlaşmasına əsasən mövcud olan situasiya əsasında müəyyənləşmişdir. Qiymətləndirməyə əsasən Serb Respublikasının konsilidirləşmiş dairəyə malik idi. Onun sərhədi 561 kilometr təşkil etməli idi.
Serb Siyahısı (Kosovo)
Serb Siyahısı (serb. Српска листа/Srpska lista, alb. Lista Serbe) — 2014-ci ildə qurulan Kosovodakı Serb İctimaiyyətini nümayəndə edən Kosovonun siyasi partiyası. == Tarixi == === 2004 === 2004-cü ilin Oktyabr ayında olan, Parlament seçkilərində Kosovo və Metohiya üçün Serb Siyahısı (serb-kiril. Српска листа за Косово и Метохију /serb. Srpska lista za Kosovo i Metohiju ) rəhbəri Oliver İvanoviç idi. === 2014 === 2014 Kosovo parlament seçkilərində, Serb Siyahısı üçün ümumi səs sayı 38,169 (5,30%) idi. 17 Sentyabrda Serb Siyahısı, hökumət kabinetinə ancaq Vetevendosye, onun bir hissəsi olmasa qatılacağını açıqlamışdır. === 2015 === ==== Nazir Yablonoviçin Vəzifədən Alınması ==== Yakova'da serb məcburi köçkünlərə miladda daşla hücum edən etnik albanları "vəhşilər" adlandırmasından sonra, müxalifət onun vəzifədən alınmasını tələb etdi və 2015-ci ilin Fevral ayının 3-də Kosovo Respublikası, Aleksandr Yablanoviçi vəzifədən almışdı. İfadəsi, 2015 Kosova protestlərində köməyi olmuşdu.
Serb kiril əlifbası
Serb kiril əlifbası (serb. српска ћирилица/srpska ćirilica)— Serbiyalı dilçi Vuk Karadjiç tərəfindən 1818-ci ildə inkişaf etdirilmiş Serb dili üçün kiril qrafikasının yenidən işlənilməsi. Bu standart müasir Serbiya, Bosniya və Monteneqronun yazı standartları üçün istifadə olunan iki əlifbadan biridir. Serb kiril əlifbası Krste Misirkov və Venko Markovskinin işində Makedoniya əlifbası üçün əsas hissə kimi istifadə olunub.
"Ağ qartal" ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
Ageratina serboana
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxaq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Azərbaycan-Serbiya futbol matçlarının siyahısı
Serbiya futbolu Azərbaycanda təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi Azərbaycanda ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda "Srvena Zvezda"da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır. Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra "Olimpik"in "sükanı arxasına" keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.
Azərbaycan–Serbiya futbol matçları
Serbiya futbolu Azərbaycanda təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi Azərbaycanda ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda "Srvena Zvezda"da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır. Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra "Olimpik"in "sükanı arxasına" keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.
Azərbaycan–Serbiya münasibətləri
Azərbaycan–Serbiya münasibətləri — Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur. 2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2013-cü ildə Bakıda serb-amerikalı alim Nikola Teslanın abidəsinin açılışı keçirildi. Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Məlahət İbrahimqızı olmuşdur.
Ağ Qartal Ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
Bosniya Serb Respublikası dəmir yolları
Bosniya Serb Respublikası dəmir yolları (serb. Железные дороги Республики Сербской), qısa adı JRS və ŽRS — Bosniya Serb Respublikası dəmir yolları Bosniya və Herseqovinanın iki milli dəmir yolu sirkətindən biri (ikinci — Željeznice Federacije Bosne i Hercegovine, Bosniya və Herseqovina Federasiyasının dəmir yolları). Bosniya Serb Respublikası dəmir yollarının uzunluğu 424 km-dir. Şirkət 1991 ildə «Jelejnise Srpske» adı ilə yaradılmışdır. Sonradan Deyton sazişi ilə müasir adını almışdır. 2010-cu ilə olan məlumata görə 4 000 işçiyə malikdir. == Rəhbərlik == Draqan Savanoviç (serb. Dragan Savanović), baş katibi Draqan Subaşiç (serb. Dragan Subašić), infrastruktur bölməsinin katibi Drajenko Todoroviç (serb. Draženko Todorović), dəmir yol işləri üzrə katib Branislav Curisa (serb.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.
Glechoma hederacea subsp. serbica
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.) - yersarmaşığı cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. == Sinonim == Calamintha hederacea (L.) Scop. Chamaecissos hederaceus (L.) Nieuwl. & Lunell Chamaeclema hederacea (L.) Moench Glechoma borealis Salisb. Glechoma bulgarica Borbás Glechoma hederacea var. breviflora Coss. & Germ. Glechoma hederacea var.
Glechoma serbica
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.) - yersarmaşığı cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. == Sinonim == Calamintha hederacea (L.) Scop. Chamaecissos hederaceus (L.) Nieuwl. & Lunell Chamaeclema hederacea (L.) Moench Glechoma borealis Salisb. Glechoma bulgarica Borbás Glechoma hederacea var. breviflora Coss. & Germ. Glechoma hederacea var.
Makedoniya Respublikasında serblər
Makedoniya Respublikasında serblər Makedoniya Respublikasında köklü xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2002-ci il siyahıya alınmağa görə Makedoniyada 39 939 nəfər serb yaşayır. Bu isə ümumi əhalinin 1,78 %-ni təşkil edir. Serblər Makedoniyanın siyası və mədəni həyatında böyük rol oynayırlar. Onları iki partiyası vardır: Makedoniya Serblərinin Demokrat Partiyası və Makedoniya Serblərinin Radikal Partiyası == Tarixi == Serblərin müasir Makedoniyanın ərazisi ilə əlaqəsi qədimlərə gedir. Makedoniyanın şimalı Skopye ilə birlikdə Raşkanın tərkibində Stefan Nemanyanın hakimiyyəti illərində daxil edilmişdir. Ancaq Makedoniyanın bütün ərazisi Qədim Serbiyanın tərkibinə II Stefan Uraşın hakimiyyəti illərində keçmişdir. Osmanlı imperiyasının bölgəni uzun zaman nəzarətdə saxlaması ilə hər iki ölkə bir dövlətin tərkibində daxil idi. Osmanlı imperiyasının hakimiyyətinin sonlarına yaxın provaslav xristiyanların yaşayış sərhədləri müəyyənləşmişdi.
Qazaxıstan-Serbiya münasibətləri
Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir. == Tarixi == Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017). == Əlaqələr == === İqtisadi əlaqələr === Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln.
Qazaxıstan–Serbiya münasibətləri
Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir. == Tarixi == Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017). == Əlaqələr == === İqtisadi əlaqələr === Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln.
Serbiya Xarici İşlər Nazirliyi
Serbiya Xarici İşlər Nazirliyi (serb. Министарство спољних послова Републике Србије) — Serbiya konsulluq işlərinin və xarici əlaqələrinin idarə etməkdən məsul olan orqan. 2001-ci ildən sonra Çili, Kolumbiya, Konqo Demokratik Respublikası və Qana, Qvineya, Livan, Monqolustan, Şimali Koreya, Pakistan, Tayland, Venesuela, Vyetnam və Zimbabve kimi ölkələrdəki səfirliklər, maliyyə və digər səbəblərdən bağlandı. Xarici İşlər Nazirliyi hazırda xaricdə aşağıdakı ofisləri dəstəkləyir: 64 səfirlik 14 ölkədə 22 ümumi konsulluq Serbiyanın Beynəlxalq Millətlər Təşkilatında daimi missyası mövcuddurːVyana, Cenevrə və Nyu. Həm də YUNESKO, Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi daimi nümayəndəlikləri vardır.
Serbiya despotluğu
Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir. == Mənbə == Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2 Dušan Spasić, Aleksandar Palavestra, Dušan Mrđenović: Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele, Second edition (1991); Bata; ISBN 86-7685-007-0 Vladimir Ćorović: Ilustrovana istorija Srba, Vol.
Serbiya futbolu
== İlkin mərhələsi ==
Serbiya krallığı (orta əsrlər)
Serbiya krallığı (serb. Краљевина Србија) — 1217-ci ildən 1346-cı ilə qədər Nemaniçlər sülaləsinin hakimiyyəti altında mövcud olmuş serb krallığı. Serbiya torpaqlarını birləşdirən Stefan Nemaniçin taclandırılmasından sonra Raşka dövləti dağıldı. 1219-cu ildə müqəddəs Savanın başçılıq etdiyi Serb Pravoslav Kilsəsi avtokefal arxiyepiskopluğa çevrildi. 1346-cı krallıq imperiya elan olunsa da krallıq statusu itmədi, kral titulu hakimiyyət şəriki olan şəxsə deyilirdi. == İstinadlar == == Mənbələr == Peić, Sava. Medieval Serbian Culture. London: Alpine Fine Arts Collection. 1994. Ćirković, Sima.
Serbiya macarları
Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq. == Sayları == Ümumi sayları 293 299 nəfər təşkil edir. Bu isə ümumi əhalinin 3,9 % bərabərdir (2002-ci ilin siyahıya alınmasına görə). Macarıstandan xaricdə 5-ci ən böyük macar icmasıdır. Bununla yanaşı macarlar ABŞ, Rumıniya, Slovakiya və Kanadada böyük bir milli icma təşkil edirlər. ABŞ və Kanadada yaşayan macarlar dağınıq yayılmasını və assimilyasiya olunmasını nəzərə alaraq, Serbiya macarları dünya miqyasında üçüncü ən böyük macar icması sayıla bilər. Bununla belə Serbiya macarlarının sayında azalma müşahidə edilir Serbiyada macarlar ölkənin şimalında, muxtar Voevodina vilayətində yayılmışdır. Bu ərazi Macarıstanla sərhəddə yerləşir. Bu baxımından bu ərazidə yayılmış macarları diaspor deyil, irrident icma hesab etmək daha düzgün olar. 1920-ci ilə qədər alman azlıqlarının dəstəyi ilə macarlar uzun müddət Avstriya-Macarıstanın tabeçiliyi altında olan Voevodinada etnik iyerarxiyada üst sıraları əlində saxlayırdı.
Serbiya milli basketbol komandası
Serbiyanın kişilərdən ibarət milli basketbol komandası — Serbiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Serbiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aleksandar Corceviçdir. FİBA Dünya Reytinqində hazırda üçüncü pillədədir. == Tarixi == Serbiya milli basketbol komandası Yuqoslaviya milli basketbol komandasının və Serbiya və Monteneqro milli basketbol komandasının xələfidir. 1992-2002-ci illərdə Yuqoslaviyanı, 2003-2006-cı illərdə isə Serbiya və Monteneqronu təmsil etmiş bu komanda, indiki adı ilə 2006-cı ildə təşkil olunmuşdur.
Serbiya milli futbol komandası
Serbiya milli futbol komandası — Serbiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. == Adlandırması == Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. == Tarixi == Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.

Digər lüğətlərdə