Serb Respublikasında turizm
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır.
== Təbiət gözəllikləri ==
Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır.