Azərbaycan–Serbiya münasibətləri

Azərbaycan–Serbiya münasibətləriAzərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Serbiya münasibətləri
Azərbaycan və Serbiya
 Azərbaycan  Serbiya
Serbiyadaki Azərbaycanin səfirliyi
Səfir Kamil Xasiyev
Ünvan Belqrad, Pere Velimirovića küçəsi, 25
Azərbaycandaki Serbiyanin səfirliyi
Səfir Draqan Vladisavljeviç[ru]
Ünvan Bakı, İçərişəhər, Qəsr küçəsi, 6A
Digər
Quruluş tarixi 21 avqust 1997
Dövriyyə 0,011 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur[1].

2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2013-cü ildə Bakıda serb-amerikalı alim Nikola Teslanın abidəsinin açılışı keçirildi. Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir.[2]

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Məlahət İbrahimqızı olmuşdur[4]. 31 oktyabr 2008-ci il tarixində işçi qrupunun adı dəyişdirilərək "Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adlandırılmışdır[5]. 4 mart 2016-cı il tarixindən də Məlahət İbrahimqızı işçi qrupunun rəhbəridir[3].

Azərbaycanın Kosovo probleminə münasibəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur".

Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb. Aprelin 15-də taqım Azərbaycana qayıdıb[6].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac İdxal Ümumi dövriyyəsi
2020[7] 1 196,18 7 864,60 9 060,78
2021[8] 1 189,86 8 043,08 9 232,94
2022[9] 1 743,38 9 142,41 10 885,79

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Bakıda "Balkan" serb mətbəxi restoranı fəaliyyətə başlamışdır[10].

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Serbiyada:

  • Belqradda Azərbaycan səfirliyi

Serbiyanın Azərbaycanda:

  • Bakıda Serbiya səfirliyi
  1. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  2. "Azərbaycan Serbiyada akvapark quracaq". 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  3. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2022-05-04 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 31 oktyabr 2008-ci il tarixli, 713-IIIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. İLHAM ƏLİYEV: "KOSOVONUN BİRTƏRƏFLİ QAYDADA MÜSTƏQİLLİYİNİ BƏYAN ETMƏSİ QEYRİ-QANUNİ ADDIMDIR"[ölü keçid]
  7. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-24.
  8. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-24.
  9. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  10. Bakıda “Balkan” serb restoranı açılıb Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. interfax.az, 21.05.2013  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]