SİÇAN

сущ. кьиф; // кьифрен; siçan balası кьифрен шараг; pişiyin gözü siçan deşiyində olar. Ata. sözü кацин вилер кьифрен тӀеквендал жеда; ** cibində siçan oynayır кил. cib.
SİCİMLƏMƏK
SİÇAN-PİŞİK
OBASTAN VİKİ
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Opto-mexaniki siçan
Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur. 1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi. Opto-mexaniki siçanın iş mexanizmi: Siçan hərəkət etdikdə top dönür. Top X və Y silindirlərinə toxunaraq hərəkəti ötürür.
Siçan
Ev siçanı (cins)
Pıspısa Xanım və Siçan Bəy (1974)
Burada belə bir fikir söylənilir ki, hər bir adamın dostu olmalıdır. Lakin dost qazanmaq üçün sən də dostluq etməyi bacarmalısan. Film Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Nataliya Şneyer (Natalya Şneyer), İntiqam Qasımzadə Quruluşçu rejissor: Ağanağı Axundov, Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Ramiz Mirişli Operator: Ramiz Babayev Səs operatoru: Kamal Seyidov Mahnıların sözləri: Ramiz Rövşən Redaktor: Ədhəm Qulubəyov Cizgi rəssamı: A.Viken, N.Bondar Montaj edən: Rəfiqə İbrahimova Rejissor assistenti: Hafiz Əkbərov Rəssam assistenti: Elçin Axundov Operator assistenti: Y.Əliyev Filmin direktoru: H.Cəfərov Mahnını ifa edir: Flora Kərimova A.Babayev Rafiq Qasımov Dadaş Kazımov — çoban H.Cavadov Zemfira İsmayılova — Pıspısa xanım Ağaxan Salmanov — canavar C.Soltanov Tıq-tıq xanım Siçan bəy Çoban Tülkü Kirpi Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Pıspısa xanım və Siçan bəy (film, 1974)

Cırtdan siçan
Cırtdan siçan (lat. Micromys minutus) — gəmiricilər dəstəsindən məməli heyvan növü. Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur. == Qısa təsviri == Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Siçan (kompüter)
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Siçan (personaj)
Siçan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Uzunquyruqlu siçan
Uzunquyruqlu siçan —gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür . Kiçik siçan bədəni 6–7 sm uzunluğunda, uzun nazik quyruğu ilə, uzunluğu 10–11 sm-ə çatır.Rəngi ​​monotondur — qəhvəyi-boz, qarında daha açıq, arxada isə daha tünddür. Coğrafi cəhətdən digər siçan növlərindən təcrid olunmuşdur. Heyvanın iqtisadi əhəmiyyəti öyrənilməmişdir. Əhalidəki fərdlərin sayı yəqin ki, azdır. Uzunquyruqlu siçanlar Primoryedə, Mançuriyanın şimalında və Saxalində yaşayırlar.Uzunquyruqlu siçanın sığınacaqları hələ aşkar edilməyib.Düzdür, bir heyvan gənc ağcaqovaqda ot və yarpaqlardan toxunmuş sferik yuvada tutuldu, amma onu özü tikdi, yoxsa başqasının imkanlarından istifadə etdi, bilinmir. Uzunquyruqlu siçanın qidalanması digər növlərin qidalanmasına çox bənzəyir, lakin onun qidasının tərkibində toxum qidası üstünlük təşkil edir. Gəmirici toxumdan başqa itburnu, limon otu, qırmızı qarağat, tırtıl, milçək, hörümçək, çəyirtkə ilə qidalanır.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ayı və siçan (film, 1970)
Ayı və siçan filmi rejissor Nazim Məmmədov tərəfindən 1970-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın. == Məzmun == Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın. Ümumiyyətlə, yaxşılıq etmək hər bir kəsin borcudur. == Film haqqında == Film Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Seyid Əzim Şirvaninin eyniadlı təmsili əsasında yaradılmışdır. == Filmin üzərində işləyənlər == Əsərin müəllifi: Seyid Əzim Şirvani Ssenari müəllifi: Maqsud İbrahimbəyov Rejissor: Nazim Məmmədov Operator: Aleksandr Milov Rəssam: Nazim Məmmədov Bəstəkar: Oqtay Zülfüqarov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Siçan və pişik (film, 2008)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Ev siçanı (cins)
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Hirkan meşə siçanı
Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür. == Təsviri və yayılması == Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir. === Yayılması === Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır. == Sayı və azalma səbəbi == Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur. === Məhdudlaşdırıcı amillər === Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır. === Qorunması üçün qəbul edilmiş tədbirlər === Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Kiçik Asiya kolluq siçanı
Kiçik asiya kolluq siçanı (lat. Microtus majori) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kiçik Asiya qar siçanı
Kiçik Asiya qar çöl siçanı (Chionomys roberti) , (Rodentia) dəstəsindan bir Məməli növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Ch. roberti (Kiçik Asiya qar çöl siçanı) endemik hesab olunur. Az təhlükə altındadır, mühafizəyə baxımlı növdür. Nadir, azsaylı, ümumi areal daxilində az öyrənilmiş növdür. == Təsviri == Bədəninin uzunluğu 160 mm, quyruq uzunluğu 84–98 mm, qulağı 17 mm, arxa pəncəsi 29 mm-ə qədərdir. Yaşlı fərdlərinin çəkisi 81 qr ətrafındadır. Rəngi kifayət qədər tünd, qonur və ya qonur-qəhvəyi, quyruğu kəskin ikirənglidir, tükü kobud, quyruğu nisbətən seyrək tüklərlə örtülmüşdür. Üst azı dişlərinin uzunluğu 7–8 mm, aşağı 7–8.2 mm. M1–3.0–3.16–3.5 mm.
Kiçik Asiya qar çöl siçanı

Kiçik Asiya qum siçanı
Kiçik Asiya qum siçanı (lat. Meriones tristrami) , (Rodentia) dəstəsindan bir Məməli növü. Kür-Araz düzənliyinin sağ qolunda və Talışın dağətəyi və dağüstü cöllərində yayılmışdır (Eyqelis, 1980).
Kiçik Asiya siçancığı
Kiçik Asiya siçancığı (lat. Mesocricetus brandti) Gəmiricilər (Rodentia) dəstəsindan bir Məməli növü. Talışın arid yaylası və Ceyrançölün qərbində Mesocricetus brandti (Kiçik Asiya siçancığı) nadir halda yaşayır. Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur. == Təsviri və yayılması == Bədəninin uzunluğu — 150 mm, quyruğunun uzunluğu — 39 мм-dir. Çəkisi 296 qrama qədərdir. Üst tərəfinin rəngində qonurumtul-noxudu, alt tərəfində isə açıq rənglər üstünlük təşkil edir. Döşündə qarta xal vardır. == Yayılması == Cənubi Qafqazın və Ön Asiyanın (Qərbi İran, Türkiyə) dağ və dağətəyi ərazilərində, Şimali Qafqazın Dağıstan hissəsində və Gürcüstanda rast gəlinir.
Kiçik meşə siçanı
Kiçik meşə siçanı (lat. Apodemus uralensis) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kəsəyən dağ siçancığı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Kəsəyən dağ siçanı

Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Nazarov çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Nəzərov çöl siçanı
Nəzərov çöl siçanı (lat. Microtus nasarov) — gəmiricilər dəstəsi, Dağsiçanları fəsiləsinin boz çölsiçanları cinsindən heyvan növü. Bu canlılar əsasən Kiçik Qafqaz dağlarının şərq ətəklərində, Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır. Çöllüklərdə yayılmışdır. Demək olar ki olduqca az öyrənilmişdir. Amma Dağıstan çöl siçanıları ilə ümumi oxşarlıqları vardır. Xüsusi olaraq qorunması təşkil olnmamışdır. Bununla belə bir çox qoruqların ərazisində yayılmışlar. Tsytsulina, K. 2008.
Qafqaz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qafqaz qar siçanı
Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir. Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir. Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur.
Qafqaz qar çöl siçanı

Qara dəniz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qırmızıquyruq qum siçanı
Qırmızıquyruq qum siçanı (lat. Meriones libycus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır.
Qırmızıüz siçanaoxşar

Digər lüğətlərdə