SOĞAN

is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan.
– Soğan da meyvə cərgəsinə keçdi. (Məsəl).
Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavərnisənin] gözləri yaşarmışdı. T.Ş.Simurq.

◊ Soğan (qabığı) kimi soyulmaq – varyoxu tamamilə əlindən çıxmaq və ya əlindən alınmaq; müflisləşmək.
Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əsir düşən qızı deyil, qaragözlü bir Bağdad gözəlini gördülər. M.S.Ordubadi.
[Məşədi Məmməd:] [Qazı] mənə bir dil tökdü, yazdı, verdi.
Soğan kimi soyuldum, gəldim. R.Əfəndiyev.

Soğan kimi qabığını soymaq – bütün var-yoxunu əlindən almaq.
Kefinə (ovqatına) soğan doğramaq – bax kef.
Saqqala soğan doğramaq – bax saqqal.
Ürəyi soğan kimi soyulmaq – bax ürək.

Этимология

  • SOĞAN Bu sözün sinonimi qucğundu kəlməsi olub. Quc “обнимать” deməkdir. Quc­ğundu “qucaqlaşmış” mənasını əks etdirir
SOFU
SOĞANAQ

Значение слова в других словарях