solipsizm
soliter
OBASTAN VİKİ
Bəhram Əliyev (solist)
Bəhram Babaxan oğlu Əliyev (13 mart 1950) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tenor səs tembrinə malik yüksək dərəcəli solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. B. Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü. Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M. Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R. Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F. Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C. Puççininin "Çio-Çio-San" operasında Yamadori, R. Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.
Fərid Əliyev (solist)
Fərid Fərhad oğlu Əliyev (29 mart 1975, Bakı) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Şövkət Məmmədova adına Opera studiyasının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi. Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Fərid Əliyev 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olmuşdur. Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində "Vesyolaya vdova", "Maritsa", "Tsıqan premyer", "Silva", "Neistovıy Qasqonets", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Koroğlunun və Həmzə bəyin partiyalarını ifa edir. F. Əliyev Bakı Musiqi Akademiyasının Ş. Məmmədova adına Opera studiyasının solistidir. Orada "Boqema" operasında Rudolf, "Traviata" operasında Alferd, "Kənd namusu" operasında Turiddu, "Faust" operasında Faust, "Yevgeni Onegin" operasında Lenski rpartiyalarını ifa etmişdir.

Digər lüğətlərdə